90-cı illər Dəbinə Qayıdış
Baxışlar: 2001
Dillər: 

Son illər dəb dünyasında keçmişə dönüş yaşanır. 60, 70, 80 və 90-cı illər trendləri, xüsusilə, özünü göstərir. 2016-cı ilin yaz-yay aylarında isə daha çox 90-cı illər havasını hiss etmək mümkündür. Xanımların qarderobunda 90-cı illərdə dəb olan kombinezonları, mom və skinny cins şalvarları, şortları, oversize cins pencəkləri, printli denimləri, zamşa, mini ətəkləri, damalı, crop-top köynəkləri, zolaqlı t-shirtləri, sport və klassik (loafer), minimalist tərzli ayaqqabıları, fərqli aksesuarları (hippie style) görmək mümkündür. Saç və makiyaj mövzusunda 90-cı illərdə sadəliklə mürəkkəblik balans təşkil edirdi. O dövrün rəngli, qısa, fərqli kəsimli saçlarını, parlaq və minimalist tərzli makiyajlarını kim unuda bilər ki?!

 

2016-cı ildə dünyada olduğu kimi, Azərbaycanda da dəb sahəsində 90-cı illərin trendlərindən istifadə olunur.  

 

Lab 151 - 90-cı illərdə trend olan printli denimləri müasir dövrə daşıyan bir brend oldu. Brendin yaradıcıları iki gözəl xanım İndira Əkbərova və Valentina Vəliyeva ilə bu ideyanı həyata keçirtməkləri, Azərbaycanda 90-cı illər printli cins dəbinə müasir dövrdə olan maraqdan danışdılar.

 

İndira və Valentina 4 il əvvəl tanış olan rəfiqədirlər. İndira brendin yaradıcı və vizual, Valentina isə iqtisadi tərəflərilə məşğuldur. Qızların sözlərinə görə, brendin xüsusi yaranma hekayəsi yoxdur. Valentina deyir ki: “Mən tez-tez cinslər haqqında düşünürəm, İndira isə mənim cinslərimi tənqid edir. Onun cinslərimə qarşı belə kritik yanaşması Lab 151-in əsas məqsədinin formalaşmasına gətirib çıxartdı”.

 

Lab 151-in adındakı 151 rəqəmi təsisçilərin doğum tarixidir, lab isə bir növ ideyaların həyata keçdiyi laboratoriyadır. Həmsöhbətlərim brendin əsas fəlsəfəsinin azadlıq və rahatlıq olduğunu deyirlər. Cinslərin üzərindəki rəsmlər print maşını və xüsusi aplikasiyalarla deyil, məhz əllə çəkilir. 

 

https://www.facebook.com/lab151/?fref=ts
https://www.facebook.com/lab151/?fref=ts
https://www.facebook.com/lab151/?fref=ts
https://www.facebook.com/lab151/?fref=ts
https://www.facebook.com/lab151/?fref=ts

Təsisçilər bu cinsləri Amerikadan sifariş edirlər. Çünki cinslərin materialı və uduculuq keyfiyyəti mühüm rol oynayır. Qızlar öz işlərini haqlı olaraq cəmiyyətə mesaj ötürən iş kimi qiymətləndirirlər. Onların işləri təkcə 90-ların dəbini müasir dövrdə yaşatmaq deyil, həm də, çəkdikləri rəsmlərlə insanlara mesaj verməyi bacarmaqdır. Belə ki, brendin 90-ların denim dəbi arasında rəssam Əli Şəmsinin, Azərbaycan nağıllarının, Mikky Mouse-un, müqayisəli şəkildə balerina xanım printləri olan geyimləri tapmaq olar.

Qızlardan məhz onların 90-cı illəri özündə əks etdirən denim işlərinə azərbaycanlı xanımlar tərəfindən marağın necə olduğunu soruşduqda onlar bildirdilər ki, qısa müddətdə fəaliyyət göstərmələrinə baxmayaraq xanımlarımız tərəfindən onların işlərinə maraq çoxdur. Çünki xanımlarımız öz individuallıqlarını və bənzərsizliklərini nəzakətli şəkildə vurğulamağı sevirlər. Bu da, onların brendinin fəlsəfəsilə tam üst-üstə düşür. Rəfiqələr deyirlər ki: “Bizim brend olaraq təklif etdiyimiz həyat tərzidir, rəngarənglik, şuxluq, həyata pozitiv və hardasa “funny” baxanlar üçündür. Dəbin keçmişə dönüş yaşadığı dövrdə dünyada və təbii ki, bizim ölkəmizdə də xanımlar standart görünüşdən artıq uzaqlaşaraq, qeyri-adi və cəlbedici görkəmlərə üstünlük verirlər. Bu tendensiyari nəzərə alaraq yola çıxdıq və qısa zamanda uğurlar əldə etdik”.

 

Sonda isə Lab 151-in gələcək planları haqqında da danışdılar: “Onu qeyd etmək istərdik ki, brendimizə olan maraq tez bir zamanda qonşu olan ölkələrdə də, yarandı. Belə ki, biz artıq təkcə Azərbaycanda deyil, eləcə də, Qazaxıstan və Rusiyanın paytaxtı Moskovada da təmsil olunacayıq. Təbii ki, bununla kifayətlənmirik, məqsədimiz Milanin, Parisin, Londonun, New Yorkun və Tokyonun öndə gedən “concept store”larında da təmsil olunmaqdır”.

 “El Viento” aksesuar və kafe brendinin yaradıcısı, xüsusi tərzilə seçilən Ays İbrahimlidir. O, gənc olmağına baxmayaraq “El Viento” (İspan küləyi) brendi adı altında “dreamcatcher”, “macrame”, “plant hanger”, “boho wall hanging” kimi aksesuarlar düzəldir. Bu yaxınlarda isə elə brendin adına uyğun aksesuarlarını da cəmlədiyi kiçik bir kafe də açdı. Ays bütün tərzini aksesuarları və kafesində deyil, həmçinin də geyimində də göstərə bilir. Əsasən, 90-ların hippie, retro, vintaj tərzi onun geyimlərində üstünlük təşkil edir. Aysın qarderobunda daha çox cinslər, zolaqlı köynəklər var və daha çox qara rəngə üstünlük verir.

90-cı illər yenilənir və müasirləşir, və əvvəlki kimi eyni deyil.

 

Çayxana
Haqqımızda
|
© Müəllif Hüquqları