90-cı illər- Meyxananın “Sovet zindanından” xilası
Baxışlar: 2551
Dillər: 

Video Azərbaycanın məhşur meyxana ifaçıları haqqında məlumat verir. 1962-ci il təvvəlüdlü məhşur meyxana ustası Ağasəlim Çıldaq deyir ki, o meyxana sənətinin incəlikliklərini öz əmisindən öyrənib.  

Ağamirzə meyxananın 90 –ci illərdəki və hazırkı vəziyyətini müqayisə edərkən bildirir ki, “ 90-cı illərdə bütün qapılar bağlandı və sonra qəfildən açıldı….”

 


 

Meyxana Azərbaycanın folklor nümunələrindən biri olub, bir və ya iki şəxs tərəfindən heç bir hazırlıq olmadan,  müəyyən bir mövzu haqqında bədahətən söylənilən qafiyəli mətnlərdi. Qərblilər üçün bu “rep” ilə assosiasiya olunsa da yerli əhali üçün daha ənənəvidir. Hal- hazırda bu Azərbaycanın Abşeron yarımadasında ən geniş yayılmış folklor nümünələrindən biridir.

Meyxana sözü fars dilində “şərab verilən məkan” mənasını verir.

 

Meyxananın bu əsrdəki tarixi üç hissəyə bölünür: 1920-ci illər ( Sovet dövründən əvvəl), 1920-1991, ( Sovet dövrü) və 1991-ci ilədən bu günümüzə gədər olan zaman.

 

Birinci dövr meyxana sənətinin azad şəkildə inkişaf etdiyi və olduqca geniş yayıldığı zaman idi. 1920-1991-ci illər isə bu sənət növünün “zindana salındığı” və  qadağan edildiyi dövr kimi xarakterizə edilə  bilər. Sovet hakimiyyətinin dağılması və müstəqilliyin əldə edilməsindən sonra meyxana sənəti yenidən canlanmağa başladı.

 

Müstəqillik qazandıqdan sonra meyxananının  keçmiş popularlığını yenidən bərpa etmək imkanı yaransa da, mühafizəkarlar bu ənənəvi janra qarşı çıxaraq, bunu “seks, spirtli içkilər, narkotiki təbliğ edən olduqca  liberal cərəyan” adlandırmış və bunun bizim milli mənəvi dəyərlərimizə zidd olduğunu bildirmişdilər.

 

Sovet hakimiyyəti dövründə, Azərbaycan şairi Əliağa Vahid şerlərini meyxana şəklində yazılmışdır. Onun meyxanaları müasir dövrümüzdə olduğu kimi qafiyələnmişdi. Nizami Rəmzi televiziya kanallarında və məhşur filmlərdə şerlərini ifa edən ilk meyxana ustadı hesab olunur.

 

Müasir dövrümüzdə meyxanaçıların bir çoxu keçmiş onilliklərdəki klassik stili qoruyub saxlayır, bəzi ifaçılar isə meyxananı digər musiqi janrları ilə sintez etməklə onu daha müasir şəklə salır.

 

Meyxananın ən populyar olduğu zaman1990 –cı və 2000-ci illər olub. ANS TV  kanalında  yayımlanan “De gəlsin” meyxana şousu meyxananı geniş kütləyə təqdim etdi, beləliklə meyxana Azərbaycan toylariının da mühüm elementlərindən birinə çevrildi.

 

Video Azərbaycanın məhşur meyxana ifaçıları haqqında məlumat verir.

1962-ci il təvvəlüdlü məhşur meyxana ustası Ağasəlim Çıldaq deyir ki, o meyxana sənətinin incəlikliklərini öz əmisindən öyrənib.  

Ağamirzə meyxananın 90 –ci illərdəki və hazırkı vəziyyətini müqayisə edərkən bildirir ki, “ 90-cı illərdə bütün qapılar bağlandı və sonra qəfildən açıldı….”

 


 

Çayxana
Haqqımızda
|
© Müəllif Hüquqları