Chai Khana Qafqazda qadınlar, kənd icmaları, milli və cinsi azlıqlar və münaqişə zonalarına istiqamətlənən kreativ beynəlxalq media platformasıdır. Platforma barəsində məlumat verilməyən məsələ və hadisələri insan hekayələri ilə təqdim edərək region boyunca təmsil olunmayanların səsi olmağı məqsəd seçib.
Chai Khana hər iki aydan bir sənədli filmə, fotoqrafiya və multimediaya kreativ və eksprimental yanaşma ilə Qafqazda miqrasiyadan bazara qədər müxtəlif mövzularda yeni nəşr dərc edir.
Chai Khana və ya çay evi insanların bir yerə toplaşaraq ideya, təcrübə və hekayələrini paylaşdığı simvolik ümumi məkanı ifadə edir.
Platforma bütün Cənubi Qafqazda və onun sərhədlərindən kənarda olan insanlarla ünsiyyətə girərək bu məkanı yeni mərhələyə çıxarır.
Chai Khana özünəməxsus mentorluq proqramilə istedadlı, gənc jurnalistlərin bacarıqlarını inkişaf etdirir və professional media nümayəndələrinin növbəti nəslinə dəstək olur.
Açıqlayıcı mətn
ChaiKhana azad söz prinsipinə inanır və buna görə də heç bir mətn, təhqir, təhdid, zorakılığa çağırış və ya başqa səbəblərdən etnik narazılıq doğuracaq terminlər istisna olmaqla senzuraya məruz qalmır. ChaiKhana-nın işlədiyi ərazini nəzərə alsaq, dərc olunan materialdakı terminlər, fikirlər və toponimlər hər kəs tərəfindən dəstəklənməyə bilər. Həmin terminlər ChaiKhana-a yox, jurnalistə aiddir və ChaiKhana-nın, onun əməkdaşlarının fikirləri ilə üst-üstə düşməyə bilər.