Artyom Adanın Neftli Qumları
Məsuliyyətdən imtina
Baxışlar: 2213
Dillər: 

Pirallahı adası Azərbaycanın şərqində, paytaxtın yerləşdiyi Abşeron yarımadasının ucunda, Bakidan təxminən 45 km uzaqlıqda yerləşən,  Xəzərin tünd göy rəngli suları və sirli aurasi ilə əhatə olunmuş gümüş qumlu adadır. Adadakı qədim neft buruqları buranın bir zamanlar ölkənin neft sərgüzəştlərinin mərkəzi olduğunu xatırladan nişanələrdir.

Adanın adı ölkənin siyasi şəraitindən aslı olaraq bir neçə dəfə dəyişmiş və  onun kiçik ərazisinin sahilləri böyük tarixi hadisələrin şahidi olmuşdur. Atəşpərəstlər adada uzunluğu 11, eni  4 km olan məbəd tikmişdilər. Uzun əsrlər ada Pirallahı- Tanrının müqəddəs məkanı – adlandırılmışdır. Rusya imperiyası zamanında ada – Svyatoy, yeni, müqəddəs adlanmışdır.

Ada 1936-cı  ildə əsasən Yoldaş Artyom kimi tanınan və Stalinin yaxın dostu olan Rus inqlabçısı Artyom Fyodoroviç Sergeyevin şərəfində Artyom adlandırılmışdır.

1992-ci ildə Sovetlər Birliyinin dağılmasından sonra adanın tarixi adı ona geri qaytarılmışdır, lakin hələ də əhalinin çoxu ona  Sovet dövründəki kimi Artyom deyir.

Pirallahı və ya Artyom 19-cu əsrdə Azərbaycanda neft quyularının qazıldığı və bu sahənin inkişaf etdiyi ilk ərazi olmuşdur. Tarixi bilgilərə görə, 1820-ci ildə ada iki yerə  bölünüb, bir tərəfdə dəbdəbəli məhəllələr, digər tərəfdə isə parafin istehsal olunan ərazilər mövcud olub. Daha sonra Rusiyalı mütəxəssislər öz ailələri ilə bu adaya köçmüş və 1868-ci ildə iki quyu qazılmışdır. 

1901-ci illərdə neft sahısi inkişaf etməyə başlamamışdı. Bir il sonra Azırbaycanda neft buruqlarının qazılmasında ilklərdən olan  İsveç şirkəti olan  “Nobel Qardaşları” adada ilk quyusunu qazmışdır.

İsveçlilər bir çox məlumatı gizli saxlayırdılar, onlar yerli əhalidən torpağı daha ucuz qiymətə ala bildirdilər, çünki işçilərin 14 saatlıq iş rejimini 10 saata qədər azaltmışdı. Onlara yaxşı maaş verilir, ailələrini mənzil ilə təmin edilir və müsəlmanlara namaz vaxtı ibadət etməyə icazə veriridilər. 

1912-ci ildə Nobel  qardaşları dəniz pirslərini şəhərlə birləşdirən dəmiryol xətti inşa etdilər. Hazırda bu dəmir yol xətti mövcud deyil. İsveçlilərlərlə yanaşı həmin illərdə Rus sahibkar Sidor Şibayevə məxsus qazma şirkəti də adada fəaliyyət göstərib. Daha sonra 1930-cu illərdə Sovetlər onu neft  qazma işlərinin mərkəzinə gətirmişdir.

Adanı materikdən bir kilometrlik yol ayırır, buna baxmayaraq 1943-cü ilə qədər adaya yalnız qayıq ilə getmək mümkün idi. Daha sonra adaya körpü yolu salınmışdır. 2012-ci ildə həmin körpü yenidən təmir edilmiş, genişləndirilmiş və gəmi tranzitinin asanlaşdırılması üçün bir az da yüksəldilmişdir.

Baxmayaraq kı, neft hasilatı azalıb  Neft buruqları hələ də aktualdır.  Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) sahib olduğu adanın şimal hissəsində hələ də qara qızıl erasının əbədi izləri qalıb- neft qalıqlarınından ibarət xarabalıqla, çürümüş platformalar, köhnə qayıqlar və palçıqlı gölməçələr. Damba - 1859-cu ildə inşa edilmiş 25 metr hündürlüyündə olan mayak, tərk edilmiş gəmilərin olduğu ərazinin ortasında yerləşir.

Kamera qadağan olunduğu üçün  adada çəkiliş aparmaq nadir hadisədir.

 

17.000 insanın yaşadığı adanın cənubunda hər ailədən heç olmasa bir nəfər neft sahəsində çalışır. Artyom adlanan bu şəhər əsasən bir və-ya iki mırtəbədən ibarət kiçik evlərdən ibarətdir,  Bu evlərin  bir çoxunda nə zamansa neftdən qazanc əldə etmək üçün gələn ruslar məskunlaşmış və neft “bum”u bitdikdən sonra geriyə qayıtmışdır.

Xəzərin suyunun qalxması səbəbi ilə bir çox evlər tərk edilmiş və Sovet binalarında məskunlaşdırılmışdır. Adanın yeganə quru yolu kənarlardan  Bakının görməli yerlərini və abidələrini əks etdirən 3D  plakatlarla qapadılıb. SOCAR-ın binası da neft buruqları rəsimləri ilə işiqlandırılır.

Bütün bu görülən işlərin ətraf mühitə ziyan vurması qaçınılmazdır- suyun üzərində və sahillərdə  qara neft layı üzür, biosferə ciddi ziyan vurulub və nə vaxtsa bu ərazilərdə inkişaf edən balıqçılıq indi demək olar ki tamamən məhv olub.

“Mən uşaq olanda elə bir gün olmazdı ki, dənizə gedib oradan balıqsız qayıdasan. Hətta sahildə yenicə tutulmuş kefal balıqıarı da görmək olardı,  65 yaşlı Telman deyir. Balıq o qədər çox idi ki, 5 kilodan az nərə balığı tutana balıqçı demirdilər.” 

Yaşayı məskənlərinin arasında yaşıl otlar üzərində heyvan qəbristanlığı - onlarla ölmüş heyvan cəmdəkləri, skeletlər görmək olar. Onların sonlarının necə belə olduğunu isə görünür heç kim bilmir.

Adanın şimalından qəsəbələrin içərisindən keçərək Abşeron yarımadasına gedən körpüyə doğru yaxınlaşdıqca mənzərə dəyişir- tex-park səni yenidən 21-ci əsrə qaytarır.

Bu texnoloji park dövlət dəstəyi ilə tikilən və İKT sahəsində inkişaf, araşdırmaları özündə birləşdirən, 2020-ci ildə bitməsi planlaşdırılan uzunmüddətli lahiyədir. Bununla yanaşı lahiyənin məqsədlərindən biri də alternativ turistik sahələr yaratmaqdır.

Pirallahı şəhərdən bir neçə kilometr uzaqda olmasına baxmayaraq, onun neft keçmişi adanı məcazi mənada indiki zamandan və məkandan uzaqlaşdırır.

 

Çayxana
Haqqımızda
|
© Müəllif Hüquqları