Arzularına Sərhəd Çəkilənlər
Baxışlar: 12754
Dillər: 

Heydər Əliyev adına Hava Limanı. İçəri keçib üstündə olan telefonu, saatı, kəməri plastmas qutuya qoyub təhlükəsizlik cihazının altından keçir. Hər şey qaydasındadır. Qutuya qoyduğu əşyaları götürüb əlindəki çamadanının təkərləri diyirlənə-diyirlənə bilet yoxlamasına gəlir. Pasportunu alıb, qeyd edib, qalxacağı mərtəbəni, sıranı deyirlər. Əlindəki çamadanı alıb nömrələyib, gedəcəyi təyyarəyə göndərirlər. Əlindəki yüklərdən qurtulub, yuxarı mərtəbədə sonuncu yoxlanışa- pasport nəzarətinə qalxır. Uzanan növbə getdikcə azalır, sıra ona gəlir. Sərhəd xidmətinin əməkdaşı əlindəki pasportu alıb kameraya baxmağını istəyir və kompüterdəki sistemə vurur. Orada gördüklərindən duruxur, bir ona, bir də sistemdəki qeydə baxır. “Sizin ölkədən çıxışınıza qadağa qoyulub” deyir.

Vəkil Əsabəli Mustafayev və blogger Mehman Hüseynov Hava Limanında bu cür qadağa ilə üzləşiblər.

 

Heydər Əliyev adına Hava Limanı. İçəri keçib üstündə olan telefonu, saatı, kəməri plastmas qutuya qoyub təhlükəsizlik cihazının altından keçir. Hər şey qaydasındadır. Qutuya qoyduğu əşyaları götürüb əlindəki çamadanının təkərləri diyirlənə-diyirlənə bilet yoxlamasına gəlir. Pasportunu alıb, qeyd edib, qalxacağı mərtəbəni, sıranı deyirlər. Əlindəki çamadanı alıb nömrələyib, gedəcəyi təyyarəyə göndərirlər. Əlindəki yüklərdən qurtulub, yuxarı mərtəbədə sonuncu yoxlanışa- pasport nəzarətinə qalxır. Uzanan növbə getdikcə azalır, sıra ona gəlir. Sərhəd xidmətinin əməkdaşı əlindəki pasportu alıb kameraya baxmağını istəyir və kompüterdəki sistemə vurur. Orada gördüklərindən duruxur, bir ona, bir də sistemdəki qeydə baxır. “Sizin ölkədən çıxışınıza qadağa qoyulub” deyir.

Vəkil Əsabəli Mustafayev və blogger Mehman Hüseynov Hava Limanında bu cür qadağa ilə üzləşiblər.

26 yaşlı bloqer və hüquq müdafiə fəalı gənc də hökümətin tətbiq etdiyi ölkədən çıxış qadağası ilə üzləşib. O, hüquqşünas Asəbəli Mustafayev  və onlarla başqaları ilə eyni taleyi bölüşür.

Azərbaycan hakimiyyəti Beynəlxalq İnsan Hüquqları bəyannaməsindən Avropa Konvensiyasına qədər insan hüquqlarının müdafiəsinə dair çoxlu sayda nizamnamə qəbul edib. Bununla yanaşı Azərbaycan söz və mətbuat azadlığının müdafiəsini həyata keçirən bir sıra beynəlxalq təşkilatların üzvüdür. Azərbaycan Vətəndaş və Siyasi hüquqlar üzrə Beynəlxalq Konvensiyanın üzv dövlətlərindən biridir. Təşkilatın əsas prinsiplərindən biri də Maddə 12-dir ki, həmin maddədə “ hər kəsin öz ölkəsi də daxil olmaqla istənilən ölkəni istədiyi vaxt tərk etmək hüququnun olduğunu” bildirir.

Hüquq müdafiəçisi Elçin Sadıqovun sözlərinə görə hazırda 25 nəfərin ölkədən çıxışına rəsmi qadağa qoyulub.

Ölkədən çıxış qadağası hakim ailənin  gizli biznes əmlaklarını aşkarlayan araşdırmaçı jurnalist Xədicə İsmayılovadan da yan keçməyib. O, 2014-cu ildə vergidən yayınma, vəzifədən sui-istifadə və intihar həddinə çatdırma maddələri ilə təqsirləndirilərək 7 il 6 ay həbs cəzası almışdı. 2016-cı ilin May ayında azad edilsə də öz ölkəsində “həbs” edilib.

 

Hüseynov bloqerlərdir. Onun şəxsi Facebook səifəsində 148.961, həmçinin ona məxsus olan “Sancaq Production” satirik bloqunun Facebook səifəsininə  də 266,062 izləyicisi var.

Onun işi əsasən hüquqları pozulan insanların problemlərini işıqlandırmaqdan ibarətdir. 2012-ci ilin may ayında keçirilən Evrovision Mahnı Müsabiqəsi  ərəfəsində zorla evləri sökülən və evlərindən köçməyə məcbur edilən insanların problemini işıqlandırmışdır. Onun çəkdiyi materiallar sosial mediyada böyük əks sədaya səbəb oldu lakin özü xuliqanlıqda ittiham olunaraq bir sutkalıq həbs cəzası aldı. Bir il sonra, prezident seçkiləri ərəfəsində namizədlərdən bəhs edən“300 spartalı” satirik videosunu hazırladı. Bu video onun bir neçə günü həbsdə keçirməsi ilə nəticələndi.

Onun fəaliyyəti Azərbaycanın hüdudlarını aşır və  2013-cü ilin İyun ayında jurnalist Təhminə Tağızadə ilə bərabər Mehman Hüseynov  ölkədəki korrupsiya və insan hüquqları problemlərini  işıqlandırdığına  görə   ZEİT və Fritt ORD fondlarının Şərqi Avropa Azad Mətbuat mükafatı Gerd Bucerius-a layiq görülür. Gənc bloqqer mükafatı almaq üçün Norveçın paytaxtı Osloya getməli idi.

 

Ana-bala ilk dəfə Norveçi görəcəkmişlər. Səyahət planları qurub hava limanına çatanda 69 yaşlı anası Firəngiz Hüseynova pasport yoxlamasından keçir, amma Mehmanı saxlayırlar.

“2013-də anamla mükafat almağa gedirdim. Müstəntiq dedi, rahat gedə bilərsən. Bir ay əvvəl ona müraciət etmişdim, uçuşa bir neçə saat qalmış dedi ki, icazə var, get. Bilet şöbəsini keçirəm, artıq təyyarəyə minəndə pasport yoxlamasında anam keçir və qayıda bilmir, məni də saxlayırlar. Anamın gözünün qabağında polislər gəlir və məni qandallayırlar. Elə bildilər ölkədən qaçıram. Həmin hadisə anama çox pis təsir eləmişdi. Anam ilk dəfə Norveçə gedirdi deyə çox xoşbəxt idik ki, bir yerdə gedəcəyik, amma sərhəddə anam keçir, mən qalıram. Anam da qayıtmaq istəyir ki, mən heç yerə getmək istəmirəm. Dedim ki, yox, sən getməlisən”.

Valideyn Norveçə gedib oğlunun adından mükafatı özü qəbul edir. Mehman Hüseynov isə aldığı mükafata Bakıda oturub canlı yayımla baxır. Tədbirdə deyilir ki, Mehman Hüseynov bloqer fəaliyyətinə görə cəzalandırılıb, ölkədən buraxılmayıb.

2012-ci ildə  bloqerə qarşı Cinayət Məcəlləsinin “ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərmək” maddəsi ilə cinayət işi açılıb. M.Hüseynov ittihamı absurd hesab edir. O düşünür ki, polislərlə bağlı çəkdiyi tənqidi videolar bu ittihamı yaradıb. 

Mehman Hüseynovla bərabər Asəbəli Mustafayev də 2015-ci ilin əvvələrindən ölkədən kənara çıxa bilmir. 

2014-cü ilin aprelindən Azərbaycanda bir çox QHT-yə qarşı vergi cinayətləri ilə bağlı araşdırma başladılıb. Ə.Mustafayevin rəhbərlik etdiyi  Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzinin fəaliyyəti  də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsində iki ildən çox müddətdir araşdırılır. Nə vəkilə, nə də QHT-yə qarşı ittiham irəli sürülüb. Amma vəkilin ölkədən çıxışına qadağa, bank hesabına həbs qoyulub.

“Axırıncı dəfə 2014-cü ilin avqustunda ATƏT-in konfransında iştirak elədim. Varşavadan gələndən sonra qeyri-rəsmi mənə bildirdilər ki, artıq məndə “stop” var”- daha çox siyasi motivli işlərə çıxan vəkil Əsabəli Mustafayev danışır. 2015-ci ilin əvvəlində o Tiflisə səfər etmək istəyərkən ona ölkədən çıxışına qadağa qoyulduğunu deyərək geri qaytarıblar.

 ““Ölkədən getmək, ölkəyə gəlmək, pasportlar haqqında” qanun var. Orada birbaşa göstərilib ki, ölkədən çıxışa kimlərə qadağa qoyulur. Orada şahidin, digər şəxslərin , QHT rəhbərinin ölkədən çıxışına qadağa qoyulmaqla bağlı bənd yoxdur. Demək, bu qadağa qeyri-qanunidir”.

 2015-ci ilin sentyabrın 19-dan 20-ə keçən gecə  Meydan TV-nin üç xanım əməkdaşı saxlanılıb. Hava Limanında yoxlanışdan sonra onları Hava Nəqliyyatında Polis İdarəsinə gətiriblər. Oradan da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıblar. 

Ukraynadan təlimdən qayıdan, Meydan TV ilə əməkdaşlıq edən üç qadın jurnalist - Aytən Fərhadova, Sevinc Vaqifqızı və İzolda Ağayeva  Binə Hava Limanında saxlanılıblar. 

“Oğlumla danışmışdıq ki, mən evə tez gələcəm. Səhər yuxudan duranda görəcək ki, mən evdəyəm. Əsas planım o idi ki, evə tez çatım. Təzyiqləri də görürdük deyə fikirləşirdik ki, evə çatanda evdəkilər bizi görsə, rahatlaşacaqlar. Ondan sonra nə olacaqsa olsun, amma evə çataq evdəkilər bizi görsün”- Jurnalist Aytən Fərhadova Ukraynadakı təlimdən ölkəyə yorğun-arğın qayıdarkən yeganə istəyi evə tez gedib onun üçün darıxan oğlunu qucaqlamaq olub.

Amma o, həmin gecəni Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində keçirməli oldu.

 “Ukraynada olanda Meydan TV ilə əməkdaşlıq edən Şirin Abbasov həbs olunmuşdu. Gözləyirdim ki, qayıdanda mənə də təzyiq olacaq. Amma gözləmirdim ki, bu elə hava limanından başlayacaq.''

Aytən Fərhadova kanalda vəzifəli şəxs olmadığını və istintaqa da şahid qismində çağırıldığın deyir. 

Gecəni idarədə qalan jurnalist hələ də nəyə görə saxlandığını anlamadığını deyir. “İçəri girən kimi dedilər ki, Azərbaycan xanımı olduğunuza görə sizi zirzəmiyə aparmırıq, yuxarı çıxacaqsınız. (gülür) “Azərbaycan xanımı” ifadəsi o qədər anormal vəziyyətdə işlənmişdi ki, biz bilmirdik ki, Azərbaycan xanımı necə olur ki, günahsız yerə tutulub bura gətirilir, hələ deyirlər ki, “Azərbaycan xanımısınız də xanımlığınızı nəzərə alıb zirzəmiyə aparmırıq”“

 Meydan.TV internet media kanalının ofisi Almaniyada yerləşir. Kanalın vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin qanunsuz sahibkarlıq, külli miqdarda vergiləri ödəməkdən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə etmə-seçkilərin və ya referendumun nəticələri saxtalaşdırmaqla və ya ağır nəticələrə səbəb olduqda maddələri ilə Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi açılıb. Meydan TV-nin direktoru Emin Milli yaydığı bəyanatda bildirib ki, "bizim yeganə “cinayətimiz” söz azadlığı hüququmuzdan istifadə etməyimizdir."

Vəkil Əsabəli Mustafayev və jurnalist Aytən Fərhadova ölkədən çıxışlarına qoyulan qadağanın qanunsuz olması və aradan qaldırılması üçün  məhkəməyə müraciət ediblər. Hər iki şəxsə bildirilib ki, adları keçən cinayət işlərinə görə ölkədən çıxışları məqsədəuyğun deyil.

Mehman Hüseynov isə məhkəməyə müraciət edə bilmir. Onun pasportu ilə yanaşı şəxsiyyət vəsiqəsi də fəaliyyətsiz elan olunub.  O, bu səbəblə vəkil tutub hüquqlarını müdafiə edə bilmir. Şəxsiyyət vəsiqəsinin olmamağı təhsilini davam etdirmək və əməliyyat olunmaq üçün  də qapıları üzünə bağlayıb. Sonuncu dəfə xaricdə əməliyyat olunmaq üçün müstəntiqə müraciət edib. Deyir ki, bu dəfə də  “ölkədən çıxışınız məqsədəmüvafiq deyil” cavabı alsa, bir daha müraciət etməyəcək. “Hətta yazmışam ki, evimi sizə girov qoyuram, gedim əməliyyat olunum gəlim. Necə edim ki, siz mənə icazə verəsiniz? Bu dəfə də icazə verməsələr, mən daha onlara müraciət etməyəcəm”.

Ölkədən çıxışa qoyulan qadağa hər üç şəxsin arzularına da sərhəd çəkir. Onların peşə inkişafına əngəl yaradır. Deyirlər, elektron poçtlarına hər ay xaricdəki tədbirlərə, konfranslara dəvətlər gəlir, amma onlar köks ötürə-ötürə bu məktubları cavabsız qoyurlar. Ya da yazırlar ki, ölkədən çıxışlarına qadağa var deyə gələ bilmirlər. Aytən Fərhadova deyir, daha ona dəvət göndərmirlər. Artıq bilirlər ki, o ölkədən çıxa bilmir.

Deyirlər, qadağa olmasa, Gürcüstana getmək istəyərdilər. Həsrətini çəkdikləri ölkə Gürcüstandır.

Adı qara siyahıya düşdüsə hətta Tbilisiyə getmək  də mümkünsüz görünür.

Çayxana
Haqqımızda
|
© Müəllif Hüquqları