Azərbaycan iqtisadiyyatına qoz-fındıq təsiri
Məsuliyyətdən imtina
Baxışlar: 2909
Dillər: 

Böyük Qafqazdan axan iki iri çayın qovuşduğu yerdə yerləşən Zaqatala Azərbaycanın fındıq cənnətidir.

Ölkənin meyvə bağlarının yarıdan çoxu Gürcüstanla sərhəddə yerləşən bu şimal rayonunun ərazisindədir. Ölkədəki 31 min 814 hektar bağın 17min hektara yaxını məhz burdadır.

Ərzaq və Kənd Təsərrüfatı Təşkilatına görə, Azərbaycan dünyanın dördüncü ən iri fındıq ixracatçısıdır. 2016-cı ildə ölkə 15 min ton fındıq istehsal edib, proqnozlara görə 2017-ci ildə isə bu rəqəm 20 min ton olub.

Neft və qaz qiymətlərindəki azalma Azərbaycan hökumətini iqtisadiyyatın diversifikasiyasına, xüsusilə də kənd təsərrüfatı sektorunun dəstəklənməsinə yönəldib.

2016-cı ilin oktyabrında prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Fondunu  (AZPROMO) yaradılıb.

AZPROMO dünyanın hər yerində fındıq da daxil olmaqla "Made in Azerbaijan" məhsullarını dəstəkləyir.

Dünyanın ən böyük fındıq alıcısı olan Ferrero şirkəti 2016-cı ildə, “ata-baba” keyfiyyətinə malik Azərbaycan fındığını böyük miqdarda almağa başlayıb.

Fındıq əkən fermerlərin çoxu üçün bu bir ailə işidir.

Fatmat Vəliyevanın ailəsinə məxsus fındıq bağları 10 hektardan çox ərazidə salınıb. Bu, Sovet İttifaqının parçalanmasından sonra ailəyə hökumətdən qalan kiçik xəzinədir.

39 yaşındakı məktəb müəllimi Fatmat və onun həyat yoldaşı Nazir Muradov hər mövsüm məhsulu yığmaq üçün bir çox yerli sakini işə götürürlər. Ümumiyyətlə, fındıqlar iyul ayının sonuna qədər yetişir və avqustun ortalarından sentyabr ayının ortalarına qədər yığılır. 

Konsorsiumunda (AHEC) çalışan bir işçi yeni gələn fındıqların qabıqlarını sınamaq üçün dişləyir.
Boş qabıqlar adətən odun əvəzinə istifadə edilmək üçün fermerlərə satılır.
Fermerlər fındıq qabığını yükləyirlər.
Fındıq emal olunduqdan sonra, istehsalçılar yandırmaq üçün boş gövdələri geri alacaqlar.
Fındıq yükü emal zavoduna çatır.
Təmizənməmiş məhsulu çeşidləyən əl.

Toplayıcı işçilər orta hesabla günə 12-15 manat (7-8,8 dollar) qazanırlar. Onlar hər gün təxminən 25-30 kilo məhsul yığa bilərlər.

 Yığılmış fındıqlar əlavə çəki verən qabıqdan təmizlənməlidir. Tural Muradov Zaqatalada fındığın qabığını təmizləyən xüsusi birləşməni ortaya çıxarıb. Onun əsas müştəriləri qonşularıdır. Məmmədov çox vaxt qonşularından pul götürmür, qonşuları da ona bunun əvəzində fındıq verir. 50 kiloqramlıq fındıq çuvalı qarşılığında bir 50 kiloqramlıq fındıq  çuvalı. O, kömək üçün sakinləri işə götürür.

Fatmat kimi fermerlər və istehsalçılar Azerbaijan Hazelnut Exporters Consortium (AHEC) yəni Azərbaycanın fındıq istehsalçısı və ixracatçı konsorsiumu ilə əlaqəlidir.

Konsorsiumun direktoru İsmayıl Orucov  digər regionlardan olan kiçik iş adamlarını cəlb etmək üçün güclü ixrac şəbəkəsini yaratmağı nəzərdən keçirir.  Orucovun sözlərinə görə, rayon əhalisinin təxminən 35 faizi məhsula güvənir. "Bu, əsasən ailə biznesidir", - deyə o, əlavə edir. "Həyətyanı sahələrdəki bağlardan tutmuş bir neçə hektara qədər olan əkin əraziləri var".

Fabrik işçiləri yeni gətirilən fındıq yüklərini rayondaki fəaliyyət göstərən 18 fabrikadan birinə boşaldırlar . Hər zavod səkkiz aya qədər çəkən mövsüm boyunca ayda təxminən 300-450 manat (200-260 dollar) alan 60-80 işçi ilə çalışır. Bir fabrikdə işləyən bütün ailələri görmək nadir hal deyil. 

 

Zaqatala rayonunun Suvagil kəndində qadınlar ilin son məhsulunu toplayır. Hər bir ağacdan iyul və sentyabr ayları arasında üç dəfə məhsul yığmaq olur.
Yığılmış fındıqlar əlavə çəki verən qabıqdan təmizlənməlidir.
Suvagil kəndindən olan qadınlar məhsul yığımı zamanı.

 

Text edited by Monica Elena

Çayxana
Haqqımızda
|
© Müəllif Hüquqları