Azərbaycan yəhudiləri, keçmişdə və indi
Məsuliyyətdən imtina
Baxışlar: 6260
Dillər: 

Meir Manaşirov hər gün yavaş- yavaş qəbristanlığa doğru addımlayır. Onun 84 yaşı var, səhhəti zəifləyib, buna baxmayaraq o, tələsmir, qəbristanlığa giriş qapısından daxil olur, cığırları və məzarları təmizləyir və dua edir.

Bu səssiz məzarlar və Meir  Azərbaycanın şimalındakı İsmayıllı rayonunda yerləşən Muju Haftaran yəhudi icmasından qalan yeganə əlamətlərdir.  İcmanın adından yəhudi mənşəli olduğu bəllidir. Muju kəndi 1859-cu ildə baş verən zəlzələyə qədər eyniadlı xanlığın paytaxtı olan Şamaxı şəhərinin yaxınlığında yerləşirdi. Zəlzələdən sonra insanlar şimala köçməyə başladı və bir çox yəhudi İsmayıllıda məskunlaşmağa başladı. 18-ci  əsrin sonlarında Muju Haftaranda 3000 yəhudi, bir sinaqoq və iki yəhudi məktəbi var idi.

SSSR-nin ateizmi təbliğ etməsi, dinlərin təqib olunması nəticəsində Azərbaycanda olan sinaqoqlar da bağlanılaraq ya anbara, ya da məktəblərə çevrildi, ravvinlər Sibirə sürgün edildi. İnanclı insanların çoxu ibadətlərini evdə gizli etmək məcburiyyətində qaldı.

 

"Uşaqlarım onlara köçməyimi istədilər, lakin mən getmədim. Bu məzarlıqda yatanların demək olar ki hamısını tanıyıram. Mənim xanımım və valideyinlərimin hər ikisi də burada basdırılıb. Mən burada doğulmuşam və burada da öləcəm”, o deyir.

1970-ci ilin əvvələrindən sakinlər kəndi tərk etməyə başlayır, bəziləri Bakıya və Göyçaya, digərləri isə daha uzağa- İsrailə köçür.  Meirin bacı-qardaşı və onun 5 uşağının hamısı kəndi tərk edir. Uşaqlarından ikisi İsrailə köçür.  2011-ci ildə həyat yoldaşı dünyasını dəyişir. Onun ölümündən  sonra Meir özünü tamamiylə tək hiss etməyə başlayır.  Uşaqları ildə bir dəfə onu ziyarət edirlər və zəng edirlər.

“Kəntdəki insanlar mənim xəstə olduğumu bilir və bundan istifadə etməyə çalışır- o, gileylənir. Bir neçə ay bundan əvvəl 40 inəkdən ibarət  süru qəbristanlığa girib burda otlayırdı!  Allah bilir, mən burda olmasam bu qəbristanlığı yerlə yeksan edib, yerinə asfalt döşəyərdilər. ”

Meirin bütün xatirələri bu kəndlə və hazırda məzarlıqda yatan insanlarla bağlıdır. 

Qırmızı Qəsəbə

Muju Haftaran kəndindən fərqli olaraq, şimalda yerləşən və daha çox Krasnaya Sloboda kimi tanınan ( rusca-qırmızı şəhər) Qırmızı Qəsəbənin taleyi tamamiylə fərqli olub.  Bu qəsəbə yəhudi icmasının qiymətli daşı sayılır. 1950-ci illərdə, bu qəsəbə İsraildən kənarda olan ən böyük yəhudi kəndi idi. Lakin zaman keçdikcə kəndin insanları azalmağa başlayır. Hazırda kəndin 3500 daimi sakini var. Ölkədə qalan 8900 yəhudinin çoxu əsasən paytaxt Bakıda məskunlaşıb.

Qırmızı qəsəbədə yaşayan yəhudilər, dağ yəhudiləri və özlərinin dediyi kimi “cuxuro” kimi tanınırlar.  Yəhudilər Qafqaza 15–ci əsrdə  qədim İran ərazisindən köçməyə başlayır, onlar fars dilin bir növü olan yəhudi-tat dilində danışırdılar. Əsirlər boyu birlikdə yaşayan xalqların yazılı ünsiyyətində azərbaycan və rus dilləri ilə yanaşı qədim yəhudi dilinin də əhəmiyyətli rol oynadığını deyə bilərik.

Krasnaya Sloboda 1731-ci ildə hal-hazırda Rusiyanın şimalındakı Dağıstan respublikasının ərazisində yerləşən  Quba xanı Fətəli xan tərəfindən salınmışdı. 1920-ci il Qırmızı Ordunun işğalına qədər ərazinin adı Yəhudi qəsəbəsi idi. Rusiya ilə sərhəd boyu uzanan dağlar əsrlər boyu icmanı işğaldan qorumuşdur.  

Qəsəbənin ən qədim iki sinaqoqundan birinə daxil olanda Yuri Nəftəliyev ayaqqabılarını çıxardır, bu isə yəhudi və müsəlman adətlərinin bir-birinə təsir etdiyinin göstəricilərindən biridir. Məbədin döşəməsində məscidlərdəki kimi rəngli xalçalar var.  

Azərbaycan əhalisinin 95%-ni müsəlmanların təşkil etdiyi dünyəvi dövlətdir. Lakin əsrlər boyu bu reqionda yəhudi icması da mövcud olub və heç bir təyziqə məruz qalmayib.  

“Yerdəki xalçaların hamısını yerli əhalinindir. Bəziləri xalçanı evdən gətirib, bəziləri satın alıb”, - 54 yaşlı icma sədri bildirir.  

Giləki məbədi 1896-ci ildə inşa edilib lakin  SSSR zamanında istifadəsiz qalıb. Sovetlər dağıldıqdan sonra məbəd Moskvada yaşayan məhşur  Zarax İliyevin maliyyə dastəyi hesabına yenidən bərpa olunub.  Zarax İliyev Krasnaya Slobodada doğulub, daha sonra o Rusiyaya köçür və orada varlanır.  Digər sinaqoq,  Altı Günbəz (Nəhəng) 1888-ci ildə tikilib, 2000-ci ilə isə bərpa edilib.  Qardaşlarından fərqli olaraq Yuri Naftaliyev heç vaxt Krasnaya Slobadanı tərk etməyib. Onun övladları da hal-hazırda qəsəbədə yaşayır.  Onun böyük oğlu ravvindir, iki qızı isə Hilaki sinaqoqundakı həftəlik dərslərdə iştirak edir. Bu dərslərdə qızlara Tövrat və yəhudi adət-ənənləri öyrədilir.

“Mən burdakı həyatı sevirəm,” o deyir. 

Yuriy Naftaliyev

Dağ yəhudiləri icmasının sədri Miliks Yevdayev başqa ölkələrdə yaşayan yəhudilərin antisemitizimdən  əziyyət çəkdiyini xüsusi vurğulayır. Eyni zamanda o bildirir ki, “ Tam əminliklə deyə bilərəm ki, bu ölkə digər ölkələr üçün tolerantlıq nümunəsidir”.

1970-ci ildən sonra sakinlər qəsəbəni tərk etməyə başlayır. Digər ərazilərdə yaşayan yəhudilər kimi Krasnaya Sloboda sakinləri də, ailələrinə daha yaxın olmaq və daha yaxşı imkanlar əldə etmək üçün İsrailə və ya Rusiyaya gedirlər.

Bütün bunlarla yanaşı son onillikdə icmada bir növ canlanma müşahidə olunur. 2005-ci ildə ravvin Yona Yakobi Krasnaya Slobodaya səfər edir. Özbəkitanın Buxara şəhərində doğulan həkim –ravvin yəhudiliyin hasidilik   məhzəbinin emisarı kimi İsrailin Kfar Saba şəhərindən qəsəbəyə gəlir. Dini həyat tərzini və yəhudi adətlərini yaşatmaq üçün, o, arvadı ilə birlikdə qəsəbədə qalmaq qərarına gəlir.  O, burada baxça açır və 16-18 yaş arası gənclər üçün proqramlar hazırlayır.

Yəhudi dili 4-cü sinifdən başlayaraq şəhər məktəblərinin birində tədris olunur. Gənclərin bir çoxu təhsillərini davam etdirmək üçün paytaxta və ya xarici ölkələrə üz tutur. Lakin, onlar yay tətillərində müntəzəm olaraq qəsəbəyə qayıdır və öz biliklırini digər icma üzvləri ilə bölüşürlər. İanələr hesabına məbədlə yanaşı, mikvə- xüsusi hovuz və yəhudiliyə görə yeyilməsi halal olan ( koşer) yeməklərin hazırlanması üçün yer də tikilir.

 

Ravvin Yona Yakkobi

Qəsəbədəki üç qəbristanlıq  ənənəvi yəhudi qəbirstanlığından  fərqlənir. Yəhudi adətlərinə görə qəbrlərin üzərində ad və ya şəkil olmamalıdır, lakin buradakı qəbir üstü daşların üzərində adlar, ölən şəxsin şəkli və David ulduzu var. Bütün bunlar isə öz növbəsində yəhudi və Azərbaycan adətlərinin bir-birinə təsirinin bariz nümunəsidir.

Sinaqoqlarda da müəyyən fərqlər var, məsələn,  ənənəvi Aşkenazidən başqa  Krasnaya Slobodada qadınların ibadəti üçün nəzərdə tutulan ikinci mərtəbə yoxdur.

“Bizim qadınlar həftə içi sinaqoqa gəlmir. Onlara kişilərlə birlikdə ibadət etmək qadağandır”, Naftaliyev deyir.

Krasnaya Slobodadan 70 km uzaqda, Meir tək ibadət edir.   O, qocalıb, səhhəti yaxşı deyil. O anlayır ki, ömrünün sonuna az qalıb, və öldükdən sonra onun çox sevdiyi bu qəbristanlıq bir zamanlar mövcud olan Muju Haftaran yəhudi icmasının bir nişanəsi kimi qalacaq.


 

 

Çayxana
Haqqımızda
|
© Müəllif Hüquqları