Azərbaycanda ANS kanalının bağlanması
Məsuliyyətdən imtina
Baxışlar: 2823
Dillər: 

“ANS-i çağıracam!”. Bir il əvvəl bu cümlə vətəndaşların şikayətinə biganə yanaşan yerli məmurlar üçün  bir növ hədə idi. ANS bir çoxları üçün şikayətlərinin eşidiləcəyi və hətta çox zaman nəticə əldə edə biləcəkləri bir yer idi.

Lakin, 19 İyul 2016-cı il tarixində hər şey dəyişdi, belə ki, kanalın fəaliyyəti yayım şurası tərəfindən “təxribat” və “terrorizmə açıq dəstək” ittihamları əsas gətirilərək  dayandırıldı.

Kanalın bağlanması səbəbi kimi Türkiyədə hərbi çevriliş etməkdə ittiham olunan və hazırda ABŞ-da yaşayan Fətullah Gülən ilə yayımlanması planlaşdırılan müsahibə göstərilir. Azərbaycanın televiziya və Radio şurasının qənaətinə görə ANS bu müsahibəni yayımlamaqla çevrilişə dəstək verir. Televiziya kanalı, eyni zamanda ona bağlı olan radio və sayt da bağlanıldı.  

Bəzi müstəqil media qurumlarından fərqli olaraq, keçmiş Sovet ölkələri içərisində ilk müstəqil kanal olan ANS (Azerbaijan News Service) höküməti açıq şəkildə tənqid etmirdi. Kanal dəfələrlə hazırkı prezident İlham Əliyevi “ilin adamı” seçmişdi. Eyni zamanda mərhum prezident Heydər Əliyevin dəstəyinə arxalanırdı.

1997-ci ildə verdiyi müsahibədə Heydər Əliyev kanalı “Azərbaycanda azad media və demokratiyanın sübütü” adlandırmışdı.

“Heç kim sizin fəaliyyətinizi dayandıra bilməz,” o deyirdi

Lakin bir ildir ki, ANS-in fəaliyyəti dayanıb. ANS-in keçmiş jurnalistlərinin bir çoxu digər hökümətyönlü kanallara üz tutub, az sayda əməkdaşları isə müstəqil fəaliyyət göstərir. 

ANS-in zalında Azərbaycan prezidenti İlham Əliyev və onun atası, keçmiş president Heydər Əliyevin şəkillərinin olduğu vətənpərvər kitablar.
ANS işçilərinin şəkilləri ilə bəzədilmiş otaqda qadın efirə çıxmaq üçün makyaj edir.
Xəbər otağı
“Toy Olsun” şousunun musiqiçiləri
Studiyadakı tamaşaçılar məhşur “Toy olsun” şousunun başlamasını gözləyir.
“Toy olsun” şousunun 67 yaşlı iştirakçısı
“Toy olsun” şousu zamanı kommersiya reklamı
Texniki işçilər “Toy olsun” verlişinin yayımını yoxlayır.

Kanalın bir çox keçmiş işçisinin fikrinə görə ANS-in bağlanması ölkədə peşəkar jurnalistikanın ölümü deməkdir.

“ANS-də tam olaraq müstəqil deyildim, lakin digər kanallarla müqayisə edəndə nisbətən daha azad idim”, hazırda APA xəbər agentliyində çalışan keçmiş ANS işçisi deyir. O, adının gizli saxlanılmasını istədi.

“Deyə bilərəm ki, ANS-də demək olar ki, jurnalistlərə qarşı  təyziq və senzura yox idi. Medianın hazırkı vəziyyəti elədir ki, ifadə etdiyin fikrə görə səni həbs edə və ya digər yollarla təyziq edə bilərlər. Belə bir vəziyyətdə ANS bizim üçün bir məktəb idi.

Bir çoxları kanaldakı sərt qayda-qanundan şikayət edirdi- işə bir dəqiqə gecikməyə və malerialı vaxtında çatdırmamağa görə aylıq əmək haqqından çıxılırdı. Buna baxmayaraq, etiraf edirlər ki, bu nizam-intizam onlara yaxşı müxbir olmağı və hər şeyin- video çəkilişdən son hazırlıqlara qədər –öhdəsindən gəlməyi öyrədib.

“ANS deyəndə ağlıma ilk gələn şey bacarıq və peşəkarlığımıza görə iş tapa biləcəyimiz yer olur. Başqa yerlərdə isə işə girmək üçün tanışlığa ehtiyac olur”, ANS bağlanana qədər 5 il müddətində orada işləyən digər keçmiş işçi deyir.  

ANS 1991-ci ildə iki journalist (Vahid Mustafayev və Mirşahin Ağayev) və bir senarist (Mustafayevin qardaşı Seyfulla) təfərindən yaradılmışdı.

Kanal əsasən 1988-1994-cü illərdə separatist etnik ermənilərin Dağlıq Qarabağ ərazisinə olan iddiaları nəticəsində Azərbaycan və Ermənistan arasında yaranan münaqişə zamanı çəkdiyi süjetlərlə insanların rəğbətini qazana bilmişdi.

“Ya Qarabağ ya Ölüm” rep musiqisinin sədaları altında ANS-də münaqişə zamanı həlak olan müharibə jurnalisti, Vahid Mustafayevin qardaşı, Çingiz Mustafayevin çəkdiyi süjetlər yayımlanırdı. Şirkət müntəzəm olaraq vətənpərvər mahnı müsabiqələri təşkil edirdi.

Kanal bağlananda ANS-in Vitse Prezidenti Mirşahin Ağayev Gülən müsahibəsinə görə prezidentdən üzr istədi və kanalın yayımlanmasına şərait yaradılmasını xahiş etdi. Lakin xahişə cavab gəlmədi.

ANS kulinariya şousu
redaktə otağı
Dekor
Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin Qarabağ cəbhə xəttində çəkilmiş şəkli
ANS dəki şou zamanı qadın milli musiqi aləti olan saz çalır.

Bu ilin May ayında Mirşahin Ağayev mərhum prezident Heydər Əliyevə açıq məktub yazdı. Lakin bu məktub istehza ilə qarşılandı və kanalın ümidlərinin tükəndiyini göstərdi. Məktub yayımlandıqdan sonra Mirşahin Ağayevin qardaşı Mirəddin “dələduzluqda” ittiham olunaraq həbs edildi.

“Bəziləri ona yaltaq və dəli dedi”, keçmiş işçilərdən biri deyir. “Mənim fikrimcə, onun bu addımı atmağa səbəbi vardı...Jurnalistika onun arzusu idi. Onun həyatının bir parçası idi. Əgər məktubu yazmaqla kanalı xilas edə biləcəyini düşünürdüsə, mən onu başa düşürəm”.

Tənqidçilər deyir ki, hökümətin Türkiyə ilə olan əlaqələrə hər hansı kanalın mövcudluğundan daha çox əhəmiyyət verməsi ANS-i təəcübləndirməməlidir. .

“Hökümətin azad sözə dözümü yoxdur- ya mən deyən kimi işləyəcəksən, ya da mən səni bağlayaram”, Turan xəbər agentliyinin direktoru Mehman Əliyev keçən il Azadliq.org verdiyi müsahibədə deyir.

Hökümət ANS-in yenidən açılması ilə bağlı Ağayevin müraciətinə heç bir fikir bildirmir.

ANS TV, radio və xəbər saytı birlikdə onlayn istipress.com- a birləşmişdi. ANS-şirkətlər qrupuna daxil olan dəbdəbəli saat dükanı isə hələ də fəaliyyət göstərir.

Lakin azərbaycanlıların bir çoxu ANS-in açılacağına olan ümidi itirməyib. Feysbuk sosial şəbəkəsindəki “ANSi sevənlər” qrupu insanları bağlanan kanalı unutmamağa çağırır. “Allah dualarımızı eşitsin və kanal yenidən açılsın” səhifə istifadəçilərindən biri yaxın zamanda yazmışdı.

Başqaları daha pessimisdir.

“Kanalın bağlanması ilə jurnalistikamız və bütünlüklə Azərbaycan çox şey itirdi. Biz bu itgini gələcək illərdə də hiss edəcəyik”, ANS-in keçmiş müxbirlərindən biri yazır.

 


 Text by Lala Aliyeva.

Photo by Ilkin Huseynov  

 

 

Məqalənin məzmununa görə məsuliyyəti müəllif daşıyır. Müəllifin mövqeyi ChaiKhana mövqeyi ilə üst üstə düşməyə bilər.

Çayxana
Haqqımızda
|
© Müəllif Hüquqları