Azərbaycanda avar olmaq və avarca danışmaq
Məsuliyyətdən imtina
Baxışlar: 6533
Dillər: 

Kimsə 54 yaşlı Elman Zalxayevin kökləri haqqında tərəddüd edəndə, o, Sovet dövründə ona verilmiş pasportu sübut kimi təqdim edir. Beləliklə, o, avar olduğunu qürurla diqqətə çatdırır. 

“Mən gözlərimi açandan avaram” – Azərbaycanın şimalında, Gürcüstan sərhədinin təxminən 10 kilometrliyində yerləşən Xalatala kəndinin işsiz sakinin Zalxayev bildirir. “Mən dünyanı anlamağa başladığım vaxtdan avar olduğumu bilirdim”.

Rusiyanın tərkibindəki qonşu Dağıstanda avarlar ən böyük milli azlıq hesab olunurlar, amma, Azərbaycanda onların sayı 2009-cu ilin siyahıyaalınmasına görə cəmi  49 minlik kiçik şəhər qədərdir. Özlərinin “Ma`rulal”, yəni “dağ xalqı” adlandıran bu milli azlıq əsasən Azərbaycanın paytaxtı Bakıdan 400 km aralıdakı şimali-qərb bölgəsi olan Balakən və Zaqatalada yaşayırlar.

Sovet dövründən fərqli olaraq, Azərbaycanda verilən  şəxsiyyət vəsiqələrində onların milliyyəti barədə məlumat yoxdur. Belə bir  məlumata yalnız doğum şəhadətnaməsində rast gəlmək mümkündür. Amma, onun mövcud  olması avarlar üçün hələ də əhəmiyyət kəsb edir.

Keçmişdə onları səhvən şimal-şərqi Qafqaz xalqları dilində danışan Dağıstan ləzgiləri ilə bərabər tuturdular.

Avarlar həm də əsrlər boyunca Rusiyanın təsirləri ilə mübarizə aparıblar. “Sovet dövründə rus dili və mədəniyyəti hakim idi”,  - deyə əvvəllər Dağıstanda Rusiya Federal Miqrasiya Xidmətində çalışmış Zalxayev qeyd edir.

 

Elman Zalxayevin etnik avarların üstünlük təşkil etdiyi Xalatala kəndindəki evi
54 yaşlı Elman Zalxayev Azərbaycanın hər tərəfində yaşayan böyük avar ailəsinin bir üzvüdür
Yaz aylarında Azərbaycanın şimal-qərbindəki hava yumşaq mülayimdir və bu şəkildə Elman Zalxayev boş vaxtını açıq havada ailəsi və onu ziyarət edən qohumları ilə keçirir
Elman Zalxayevin qardaşı Ömər Sovet dövrünə - 1957-ci ilə aid doğum şəhadətnaməsində valideynlərinin avar olduğunu göstərir
Elman Zalxayevin 49 yaşlı xanımı Pidimət Zalxayeva Azərbaycanın şimal bölgəsi Zaqatala və Balakəndə yaşayan Avar qadınlarına xas olan baş örtüsü geyinib
Keçmiş zamanlar olsa idi Elman Zalxayevə məxsus olan bu xəncər, kəmər və zənciri bəy öz toyunda taxardı
Şiəliyə meylli olan müsəlman azərbaycanlıların əksəriyyətindən fərqli olaraq, avarlar sünni təriqətinə məxsusdur. Burada Elman Zalxayev ərəb yazısı ilə olan qədim İslam medalyonunu göstərir
XIX əsr ənənəvi avar qadın geyimlərinin illüstrasiyalarının 1912-ci illərdə yenidən nəşr olunmuş surətləri (“Car icmasının yaşayış məskənləri”, 2011, DİNEM)
Elman Zalxayev (öndən solda) 1970-ci illərin əvvəllərində anası və digər qohumları ilə birlikdə

Onun əsl soyadı ruslaşdırılıb, halbuki, o, avar dilində Zalxatsul olmalıdır.

Amma Rusiya avarların qarşılıqlı anlaşmaya gəlməyə məcbur olduğu tək böyük cəmiyyət olmayıb. “Mənim hər iki valideynim avardır və mən dünyanı avar dilində qəbul etmişəm. Regiondakı başqa etniklər barədə mən yalnız məktəbə gedəndə xəbər tutmuşam”- o, izah edir.  

Azərbaycan avarlarını tədqiq edən sosioloq Sergey Rumyantsev deyir ki, “Avar-Azərbaycan ailə ittifaqlarının mövcud olmasına baxmayaraq, əksər hallarda bu ailələrin uşaqları əsas etnik qrupa, yəni azərbaycanlılara bağlı olurlar”.

“Ayrı-seçkiliklə bağlı narahatlıqlar və bunun karyeraya ya da Dağıstandakı qohumları ziyarət etməyə təsirləri var, lakin bu çox azıdır”, - deyə Berlindəki Müstəqil Sosial Araşdırmalar üzrə qeyri-hökumət Mərkəzində çalışan Rumyantsev əlavə edir. 

Qadın toy mərasiminin ertəsi günü avar toy məraismi olan qerqeniy betin (dairəvi toy) üçün samovar çayı dəmləyir. Bu ad avarların ənənəvi dairədəki rəqsindən götürülüb
Elman Zalxayevin 27 yaşlı qardaşı qızı artezian quyusundan gələn sudan stəkanlara dolduraraq əmisinin qonaqlarına aparır
Avar “dairəvi toyu” və ya toyun ikinci günü bəy və gəlinin yaxın qohumları bəyin evinə yığışıb yeyib-içir, rəqs edirlər. Burada kişi qonaqlar Elman Zalxayevin yenicə evlənən qardaşı oğlu Ruslan Zalxayevin evinə yiğışıblar
Gənc qızlar Xalatalada Zalxayevlər ailəsinin evsahibliyi etdiyi “dairəvi toy“ mərasimində avar rəqsi oynayırlar. Toydan bir gün sonra baş tutan “dairəvi rəqs” öz adını dairə içində oynanılan rəqsdən götürüb
Qonşu uşaq Xalataladakı Zalxayevin ailəsindəki toy üçün ənənəvi qırmızı paltar geyinir
Ənənəvi qırmızı lentlər bəy Ruslan Zalkayevin toyundan bir gün sonra evini bəzəyir. Qırmızı lent gəlinin bakirəliyini və bütün Azərbaycanda toyların xüsusiyyətlərini simvolizə edir
25 yaşlı gəlin Aksana Zalxayeva "dəyirmi toy" ya da toydan sonrakı şənlikdən sonra qırmızı paltar geyinir. Azərbaycan adətlərində qırmızı rəngli toy paltarı onun bakirəliyinin itirilməsini simvolizə edir
Musiqiçilər 34 yaşındakı Ruslan Zalkhayevin (öndən solda) "dairəvi toy“unda avar musiqisini çalırlar. Arxa fonda yaxınlıqdakı Gürcüstanın Ananuri qəsrinin rəsmi asılıb. Gürcüstanda da az sayda avar yaşayır.

Buna baxmayaraq, Azərbaycan avarları öz kimliklərinin hələ də qoruyub saxlayırlar. Dillərini də həmçinin.

“70-80-ci illərdə avarlar heç Azərbaycan dilini bilmirdilər” - Zalxayev vurğulayır.  O, xatırlayır ki, kənddə hamı avarca danışırdı: “ Buna görə də biz dilimizi qoruyub saxlaya bilmişik”.

Hazırda kiril qrafikası ilə yazılışı olan avar dili keçmişdə gürcü, ərəb və latın əlifbalarından istifadə etmiş və dörd fərqli dialektə malikdir. 

Azərbaycanda Avar uşaqları üçün avar dilində məktəblər yoxdur,  lakin bir neçə minlik Xalatalanın yeniyetmələri xüsusi dil kurslarında iştirak edə bilirlər.

Digər qarşılıqlı ünsiyyət formaları kimi, bu dərslərin səmərəli olduğu görünməkdədir.

“Xalatala avardilli kənd olaraq qalır.  Burada hətta rəsmi qurumlarda da hər kəs avarca danışır”, – deyə Zalxayev vurğulayır. 

Bu qadın Zalxayevlərin toydan sonrakı mərasimində qonaqlara içində kartof, soğan, duz və ədviyyatla bişirilmiş quzu və ya toyuq parçaları olan “soyutma” boşqabları daşıyır. Gəlinin ailəsi içi ətlə dolu olan düşbərə - xinkali və günəş şəklində kökəyə bənzər pasta olan maxaranı (avar dilində "günəş" deməkdir) gətirir.
Yeni evlənənlərə xoş niyyətlərini bildirmək məqsədi ilə qohumlar bəyin ailəsinin gətirdiyi ilk çay stəkanları üçün pul ödəyirlər. Hər bir qonaq nə qədər ödəyəcəyinə özü qərar verir
Bəyin nənə-babaları Ruslan Zalxayevin "dairəvi toyunda" ya da toydan sonrakı şənliyində avar musiqisinin sədaları altında rəqs edir
Bəy olan Ruslan Zalxayevin kişi qohumları hətta toy mərasiminin və ya "dəyirmi toyun" bitməsinə baxmayaraq, rəqs etməyə davam edir
Sol tərəfdəki musiqiçi Azərbaycanda yayılmış və avarların arasında da məşhur olan simli alət - tanburda çalır.
Ruslan Zalxayevin anası toydan sonrakı şənliyində qardaşı ilə ənənəvi avar rəqsini oynayır
Qafqazın digər etnik qruplarından fərqli olaraq, avarların əksəriyyətinin gözü açıq yaşıl və ya mavidir

 


Lalə Əliyeva bu reportaja əlavələr edib.

 

                              İyun 2018, Kimlik

Çayxana
Haqqımızda
|
© Müəllif Hüquqları