Azərbaycanda Etiraz Aksiyalarının Zəifləməsi
Baxışlar: 1603
Dillər: 
Azərbaycanda Etiraz Aksiyalarının Zəifləməsi

 

Azərbaycan siyasi fəallığına görə seçilməyən ölkələrdəndir. Quruluşa rəqib səslər susdurulduğu dövrdə mitinqlər nadir hallarda və kiçik qruplarla baş tutur.

Müxalifətdə olan partiya təmsilçiləri mitinqlərə az insanların qatılmasının səbəbini hakimiyyətin tənqidçilərinə qarşı "amansız represiyalar" aparmasında görsə də, 23 ildir iqtidarda olan Yeni Azərbaycan partiyası sözçüsü bunu "müxalifətin sosial bazasının olmaması" ilə əlaqələndirir.

Azərbaycanda ən böyük etiraz aksiyaları və mitinqlər 1980-ci illərin sonunda qeydə alınıb. Həmin zaman SSRİ tərkibində olan ökənin əhalisinin bir hissəsi müstəqillik, həmçinin Qarabağ ərazisində Ermənistanla olan mübahisə səbəbindən meydanlara axışıb.  

1991-ci ildə Azərbaycanın müstəqilliyi ilə nəticələnən mitinqlərə qatılan və tələblərində qərarlı olan insan sayı o qədər çox idi ki, 1990-cı ilin yanvarın 20-də Sovet İttifaqı Bakıda yüzlərlə insanın ölümü ilə nəticəlnmiş hücum da həyata keçirib.

1988-ci ildən 1991-ci ilə qədər ölkədə baş tutan mitinqlərə Azərbaycan Milli Azadlıq Hərəkatı adı verilib.

Müstəqilliyin ilk illərində davam edən geniş etiraz aksiyalarında 1998-ci ilə qədər fasilə yaransa da, həmin ildən günümüzədək müxtəlif tarixlərdə ölkədə seçki nəticələri və ya insan haqlarına olan təzyiqlərlə bağlı müxtəlif mitinqlər baş tutub.

Müxalifət nümayəndələri Milli Azadlıq Hərəkatı və ondan sonra baş tutan mitinqləri müqaisə etməyi doğru saymır. Onlar bildirir ki, Hərəkat bir xalqın oyanışı və azadlıq arzusunu ifadə edirdi, hazırda baş verən mitinqlər isə ondan fərqlidir.

 

Geniş mitinqlərə 2013-cü ildə də rast gəlinsə də, bu mitinqlərə toplaşanların sayı ildən-ilə azalıb.

Natiq Cavadlı bunun səbəbini insanların ümid bağladığı lider və siyasi təşkilatların o ümidləri doğrultmamasında görür. O, Milli Azadlıq Hərəkatında üzü bəri baş tutan mitinqləri 3 hissəyə bölür.

"1990- cı illərin əvvəllərində baş verən mitinqlər SSRİ imperiyasından çıxmaq və müstəqillik tələbi ilə keçirilirdi. 2000-ci illərin əvvəllərində baş tutanlar demokratiya, insan haqları pozuntuları, son illərdə baş verənlər isə artıq bir ailənin idarəsinə qarşı nəzərdə tutulub", o deyir.

Cavadlı vurğulayır ki, 1990-cı illərdə insanlarda inam hissi yüksək idi.

"Nəsil dəyişikliyi baş verdi, ya da insanlar yoruldu. Dəyişikliyin olacağına inamsızlaşdı, ".

Elman Fəttah aksiyalara az insanların toplaşmasını heç də müxalifətə inamsızlıqla əlaqələndirmir. O deyir ki, 1980-ci illərin sonlarından başlayan mitinqlərə və ya aksiyalara hakimiyyət strukturları maneə törətmirdi. əksinə vətənpərvərlik duyğularına görə prosesin kütləvi olması üçün çalışırdılar. Zavod, universitet, akademiya işçiləri bu prosesin təşkilində yaxından iştirak edirdi və nəticədə mitinqlər kütləvi olurdu.

 

 

...

 

Son illərdə BŞİH müxalifətin mitinqləri üçün yalnız bir məkanı təklif edir. Bu da Yasamal rayonunda yerləşən Məhsul stadionudur.  Elman Fəttah deyir ki, qurum müxtəlif bəhanələrlə çox vaxt mitinqlərin baş tutmasına maneə yaradır.

 "Azərbaycan respublikası Konsitusiyasının 49-cu bəndi vətəndaşlara sərbəst toplaşma azadlığı verir. Lakin BŞİH qanunu və Kostitusiyanı pozraq mitinq və yürüşlərə absurd əsaslarla icazə vermir. Ya deyirlər "mitinq keçirməyə ehtiyac yoxdur", ya da deyirlər "mitinqin keçirilməsini məqsədəuyğun saymırıq"", o bildirir.

Azərbaycan Xalq Cəbhəsi partiyasının sədri Əli Kərimlinin sözlərinə görə, 1993-cü ildən Azərbaycanda avtoritar hakimiyyət formalaşıb və 1998-ci ildən başlayaraq mitinqlər zamanı represiyalardan sonra Azərbaycan artıq azad olmayan ölkələrdən birinə çevrilib. 

2016-ci il hesabatında Freedom House qeyri-hökumət təşkilatı müxtəlif azadlıqlar üzrə Azərbaycanın reytinqlərini göstərib. Ölkədəki hüquqi mühitin qiymətləndirilməsi 29 olub. Bu qiymətləndirmə 0-30 diapazonunda aparılır və burada 0 ən yaxşı, 30 isə ən pis göstəricidir.

Əli Kərimli indiki mitinqlərdə müşahidə edilən az kütləviliyi "başadüşülən" adlandırır.

"Azərbaycan 100-dən çox siyasi məhbusu olan ölkədir. 10 ildən çox televiziyada görünməyən, ofisi, xaricə çıxışı, passportu olmayan müxalifətin 2016-cı il 11 sentyabrdakı kimi mitinq keçirməsi fenomenaldır. Azad olmayan ölkədə müxalifətin belə böyük mitinqləri baş tutmur", deyən sədr həmin mitindqə 200 partiya funksionerinə təzyiq olunduğunun və 18 nəfərin də inzibati qaydada həbs aldığını bildirir.

Əli Kərimli deyir ki, cəmiyyətdə qorxu var və hakimiyyət yalnız qorxunun hesabına idarə edir.

"Bu müxalifətə ethmad məsələsi deyil. Müxalifət axı heç vaxt inhisarda olmur. Hansıssa liderə inanammaq olar, nəticədə daha nüfuzlu digər lider yaranar.  Necə olar ki, 23 ildir bir nəfər çıxmadı ki, nüfuz sahibi olmasın" deyə sual edən Kərimli bu iddianı hökumət tərəfindən azərbaycan xalqının özünəinamını sarsıtmaq və müxalifəti qaralamaq üçün əks təbliğatı adlandırır.

İqtidarda olan Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə, 59, partiyanın kütləvi aksiyaların keçirilməsini məqsədə uyğun hesab etdikdə təkşkil etdiyini deyir. 

Aydın Mirzəzadə müxalifət mitinqlərinə qatılan insanların sayının az olmasını müxalifətin böyük sosial bazasının olmaması ilə əlaqələndirir. Onun fikrincə,  müxalifət mitinqlərlə cəmiyyətdə güc olmasını göstərmək istəyir, ancaq sosial baza az olduğuna görə, tərəfdarlar toplaya bilmir.

"Siysətin qızıl qanunu var iqtidar işləyirsə, tərəfdarları çoxdur. İqtidar öz vəzifəsini yerinə yetirmirsə müxalifətin tərəfdarları artır. Heydər Əliyev və İlham Əliyevin apardığı siyasət ölkədə stabilliyi təmin edir, infilyasiyanın qarşısını alır, iş yerləri yaradır, sosial problemləri həll edir, təhlükəsizliyi təmin edir, buna görə insanlar müxalifətin ideyalarını bölüşmürlər", o deyir.

Mitinqlərə qatılan iştirakçıların çoxunun həbs olunması ilə bağlı suala isə Mirzəzadə "boş yerə heç bir halda insanı saxlamazlar" deyə cavab verir.

"Polislə toqquşmada maraqlı olanlar, polisin təhlükəsizlik naminə tələblərini yerinə yetirməyən insanlar saxlanılırlar. Bu kütləvi deyil və polis bunun olmasında maraqlı deyil" deyən millət vəkili müxalifət cəmiyyətə çatdırmaq istədiyi ideyaların üzərində deyil, məhz bu halın üzərində siyasi xal qazanmağa çalışdığını vurğulayır. O, "bunun ömrü çox uzun olmur" deyə qeyd edir.

  

Çayxana
Haqqımızda
|
© Müəllif Hüquqları