Azərbaycanda Yaşayan Mesxeti Türkləri
Məsuliyyətdən imtina
Baxışlar: 3177
Dillər: 

1944-cü ilin 14 noyabrında Güllü Bəkirovanın 11 yaşı vardı. O, həmin soyuq qış gününü yaxşı xatırlayır. Qapıları bərkdən döyüləndə o, ailəsi ilə birlikdə evdə idi.

“Gələn soldat idi. O, bizə müvəqqəti olaraq başqa yerə köçürüləcəyimizi və buna görə də əsas lazımlı əşyalarımızı hazırlayıb yola düşməli olduğumuzu dedi. Mən onda uşaq idim. Kəndimizdə isə kişi qalmamışdı, hamısı müharibəyə yollanmışdı. ( İkinci dünya müharibəsi) Mənim atam da cəbhədə idi” Güllü deyir.  

O vaxtdan sonra doğma yurduna geri dönə bilməyən tək Güllü olmur. SSSR-nin dağılmasından sonra vətəndaşlıq məsələsi hələ də həll edilməmiş qalır. Gənc Bəkirova hazırkı Gürcüstanın cənubunda yerləşən Mesxetian - Cavaxetiya bölgəsindən deportasiyaya məcbur edilən mesxeti türklərindən biridir. 1944-cü ildin payızında o zamanlar Sovetlər Birliyini idarə edən İosif Stalin düşmən kimi gördüyü millətin bir parçası olan mesxetilərin Türkiyənin şimal şərqinə yaxın ərazini tutmasından narahat idi. Və 24 saat içində 220 kəntdə yaşayan 115 min ailə mal-qara daşımaq üçün nəzərədə tutulan vaqonlara mindirilərək öz doğma yurdlarından  Mərkəzi Asiyaya deportasiya edildilər.

İndi 84 yaşlı Bəkirova gözünün ətrafındakı dərin qırışlar və ağarmış saçlarına örtdüyü qara örpəyin içindəki kimi xatirələrin içində də itib-batır. Onlara evlərini tərk emələri lazım olduğu deyiləndə anasının fikirləşməyə vaxtı olmur, Güllünü və balaca oğlunu götürərək əsgərin arxasınca gedir.  Onlar indiki Ermənistanla sərhəd olan Axalkalaki bölgəsinə yaxın Rabat qalasının ətrafındakı geniş çölə gətirilirlər. Bəkirovlara məxsus olan bütün əşyalar  tərk etdikləri evlərində qalır. Daha sonra onları daha beş ailə birlikdə avtomobilə doldurub aparırlar.

“Maşın bizi qırmızı yük vaqonlarının olduğu stansiyaya gətirdi. Qatarlar bizi Mərkəzi Asiyaya aparacaqdı. Yolda Qatar bir günlük Tbilisidə dayandı. Onda mən uşaq idim, ətrafda olanlardan xəbərim yox idi. Qatarın pəncərəsindən gözəl  Tiflisin işiqları və fantanlarını gördüm. Mən ağlayaraq anamdan su istəyirdim, çünki çox susamışdım,” Bəkirova xatırlayır.  

Hesablamalara görə, 17 min yaşlı və uşaq yoldakı ağır şəraitə tab gətirməyərək səyahət vaxtı vəfat edir. Bir uşaq qatarda gözümüzün qarşısında öldü, anası onu basdıra bilmədi. Başqa çıxış yolumuz yox idi, insanlar həyatını itirdiyi sevdiklərini, torpağa basdırmadan, arxada qoyub getməli idilər.

Bütün yol boyu yediyimiz tək şey,bizə verilən dadsız şorba idi.

İnsanların yarısı indiki Özbəkistan ərazisində məskunlaşdı. Bəkirovanın olduğu qatar, Tacikistanın şimalı  və Özbəkistanın cənubu boyu uzanan məhsuldar  Fərqanə vadisinin mərkəzi Sir Dəryada dayanır. Onlarla bərabər beş ailə işıqsız və qazsız bir evə yerləşdirilirlər.

“Bura elə qəribə bir ölkə idi ki, fərqli dilləri və mədəniyyəti var idi. Həm də bura çox isti idi. Biz fərqli idik, lakin tək problem bu deyildi. Sovetlər birliyində anti-türk təbliğatı var idi və özbəklər bizə kömək etməkdən çəkinirdilər. Atam cəbhədən qayıdandan sonra pabıq plantasiyalarında işləməyə başlayır”.

1953-cü ildə Stalinin ölümündən sonra Mesxetilər Özbəkistanı tərk edir. Lakin, öz doğma evlərinə qayıtmaq da mümkün olmur. Türkiyə ilə sərhəd olan Samkheti-Cavaxetiya “sərhəd zonası” elan olunmuşdu və mülki şəxslərin oraya daxil olması qadağan idi. Beləliklə, mesxetilər nəinki evlərinə qayıda bilmədilər, onlar ata-babalarının məzarlarını ziyarət etməkdən də məhrum oldular.

Gürcüstanda yaşaya bilməyəcəklərini anlayan mesxetilər öz doğma yurdlarına daha yaxın olan, hazırkı Azərbaycan ərazisində yerləşən Saatlı, Sabirabad, Xaçmaz və Qazax və Quba rayonlarında məskunlaşdılar.

Bəkirova da bu seçimi edənlərdən idi, 1957-ci ildə 24 yaşında evlənir. Və yəni evlilər  “öz doğma yurdlarına daha yaxın yerə köçmək” üçün Gürcüstan sərhəddinə bir – neçə kilometrlikdə yerləşən Qubada məskunlaşırlar. Və hər ilin qış aylarında iki uşağı ilə birlikdə ora gedirlər.

“İnsanlar çox qonaqpərvər idi. Çoxları bizə öz evlərində yer verdi, və rəsmilər bizə əkib-becərmək üçün torpaq sahələri ayırdı. Biz əməksevər xalqıq. Bizim burada vətəndən başqa hər şeyimiz var idi. Mən heç vaxt Gürcüstana qayıtmaqdım, amma həmişə oraları arzulamışam.”

SSSR-nin sonlarına yaxın mesxeti türkləri yenə də zorla deportasiya edilməyə məruz qaldı. SSSR-də 1989-cu ildə əhalinin son siyahıya alınması zamanı Özbəkistanda 106 min, Qazaxıstanda 50 min, Qırğızıstanda isə 21 min etnik mesxeti türkü var idi. Əhali sıxlığı çox  olan Fərqanə vadisində etnik zəmində gərginlik çoxalırdı. 1989-cu ildə etnik mesxeti türkləri və yerli özməklər arasında yaranan iğtişaşlar nəticəsində 100 nəfər həlak olur. Mesxetilərin şəxsi mülkləri dağıdılır və onlar yenidən sürgünə məruz qalır.

70 min mesxeti türkü Azərbaycana, kiçik qrupların bəziləri Rusiya, Qazaxıstan, Qırğızıstan və Ukraynaya köçür.

Bu gün Azərbaycanda yaşayan mesxeti türklərinin hamısının Azərbaycan pasportu var. Böyük Sovet İmperiyası zamanında məruz qaldıqları sürgün və bu imperiyanın dağılmasından sonra meydana gələn respublikalar mesxetilərin vətəndaşlıq problemlərini daha da çətinləşdirir.

1999-cu ildə Avropa Şurasına qəbul edildikdən sonra, geri qayıtmaq istəyən mesxetilər üçün qanun lahiyəsi hazırladı, lakin geri qayıtma prosesini sürətləndirməsi nəzərdə tutan lahiyənin işıq üzü görməyi 8 il çəkdi.

“Vətən” təşkilatı Gürcü vətəndaşlığı almaq istəyən mesxetilərə hüquqi  yardım edir. Təşkilatın təsisçisi İbrahim Ziyaoğlu deyir ki, 2007-2009-cu illərdə 13 min ərizə qəbul ediblər ki,  onlardan yalnız 1533 nəfəri vətəninə qayıdıb və 493-ü vətəndaşlıq alıb.

Lakin, vətəndaşlıq aldıqdan sonra da öz dogma Gürcüstanlarına qayıtmaq onlara qismət olmur, əsas səbəb isə ailənin bütün üzvlərinə yox, bir neçə üzvünə vətəndaşlıq verilməsi idi. Belə olduğu təqdirdə bütün ailənin Gürcüstana köçməyi qeyri-mümkün idi. Bundan əlavə, hökümət köçəcək mesxetiərə heç bir maddi yardım və güzəş vermirdi. 2007-2008-ci illərdə, ancaq 5 il yaşadıqdan sonra vətəndaşlıq almaq mümkün idi. 2010-cu ilin Yanvar  ayının 1-dən etibarən isə vətəndaşlığa qəbul ərizələri rəsmi olaraq dayandırıldı.

Gözlənilənin əksinə olaraq, vətəndaşlıq üçün müraciət edənlərin sayı az oldu. Səbəb isə səhiyyə xidməti, təhsil, yaşayış şəraiti və Gürcüstan qanunun təklif etdiyi ikili vətəndaşlıq ilə bağlı qarşılaşa biləcəkləri çətinliklər idi.

“Hökümət tərəfindən heç bir maddi dəstək olmaqdan hər şeyə sıfırdan başlamaq olduqca çətindir. Həm də Gürcüstan hökümətinin vətəndaşlıq müraciətləri üçün verdiyi vaxtın tamam olmasına bir il qalmışdı,”

2016-ci il Oktyabr ayında Türkiyə höküməti 30 ailənin öz dogma kəndlərinə qayıdışını maaliyələşdirdi. Bu gün Azərbaycandan olan təxmini 60 mesxeti türkü Gürcüstanda təhsil alır.  Azərbaycanda olan mesxeti türkləri cəmiyyəti hər ay problemlər və onların həlli məsələləri üçün görüşlər keçirir.  “Vətən” qəzetinə maliyyə dəstəyi  əsasən Türkiyədən və xaricdə yaşayan zəngin mesxetilərdən gəlir.

Güllü isə Azərbaycanda yenə özünə yer tapa bilmir.

“Vətən vətəndir.. Kim ora qayıtmaq istəməz ki...”

Çayxana
Haqqımızda
|
© Müəllif Hüquqları