Azərbaycanın nadir papaqçılarından biri
Məsuliyyətdən imtina
Baxışlar: 1678
Dillər: 

Bir Azərbaycan məsəli var “papaqsız kişi olmaz”. Azərbaycanda papaq əvnənəvi olaraq ya quzu ya da qaragül qoyununun dərisindən hazırlanır. Papaq yalnız baş geyimi deyil, daha çox şərəf və ləyaqət simvolu hesab edilir.  Ancaq rəqəmsal texnologiyalar dövründə papaq öz əhəmiyyətini yavaş-yavaş itirir. Bu da papaq hazırlama sənəti olan papaqçılığın yoxa çıxmasına səbəb olur.

Aqil Kərimov Azərbaycanda fəaliyyət göstərən azsayılı papaqçılardan biridir. O, bu ənənəni yaşatmağa qərarlıdır.

42 yaşlı Kərimov 63 min insanın yaşadığı, ölkənin şimalında yerləşən Şəki şəhərinin sakinidir. Şəki vaxtilə ölkədə papaq istehsalı üzrə qabaqcıl mərkəz olub.

“Papaq o qədər önəmli idi ki, keçmişdə başında papağı olmayan məhkəmədə şahidlik edə bilməzdi", - deyir Kərimov.

Kərimovun ailəsi 5 nəsildir ki, papaqçılıqla məşğul olur.

 "Bir kişinin şapkasına toxunmaq təhqir sayılırdı. Papağı itirmək ən pis ayıb idi", o davam edir.

Kərimov hər gün şəhərin Karvansaray adlanan ərazisində yerləşən emalatxanasına gəlir. Karvansaray Şəkinin mərkəzinə yaxın qəmbər daşlı küçə kənarındakı tarixi məkandır.

Papaqçı Kərimovun əsas müştəriləri onun tikdiyi papaqlarla şəkil çəkdirməyi sevən və həmin şəkilləri İnstagram sosial şəbəkəsində paylaşan turistlərdir.

Çayxana
Haqqımızda
|
© Müəllif Hüquqları