Azərbaycanlı Buduqlular: Yol axtarışında
Məsuliyyətdən imtina
Baxışlar: 2094
Dillər: 

 

Qubanın Böyük Qafqaz silsilə dağları ilə əhatə olunmuş, 150 nəfər sakini olan Buduq kəndinin əsas problemi məhv təhlükəsi qarşısında olan dil yox, yolsuzluq və bu şəraitdə necə var olmaq məsələsidir.

80 yaşlı Tərlan Məmmədov vəziyyəti daha yaxşı anlayır. 1957-ci ildə yerli sovxozda sürücü işləyən Məmmədov QAZ-51 markalı yük maşını ilə ilk dəfə Buduğa gedir.

“Uşaq və digər kəndlilər maşının arxasınca qaçırdılar. Kəndə ilk maşının gəldiyi üçün çox şad idilər.” - O xatırlayır.

O xatırlayır ki, həmin vaxt Buduğun yolu yox idi. Çox sərt yoxuşlu və dar palçıqlı cığırlarla kəndə getmək olduqca çətin idi. Hazırda kəndə getmək üçün 3 fərqli yol olsa da, yalnız 45 km-lik QrızDəhnə yolu, İyun-Sentyabr ayları arasında yağış və qar olmasa nisbətən təhlükəsiz hesab olunur.

Kəndlilər qeyd edirlər ki, onların digər bütün problemlərinin (xüsusən, iş tapmaq məqsədilə köçmələrin) səbəbi məhz yolsuzluqdur. Onlar Xınalığa qısqanclıqla baxırlar. Çünki 14 km qərbə uzanan, tarixi-memarlıq və etnoqrafiya qoruğu olan Xınalıq kəndinə 2006-cı ildə yeni salınan yol özü ilə birlikdə güclü turist axını gətirdi.

Şahdağdan 4,243 m cənub-şərqdə, Rusiyanın Dağıstan Respublikası ilə sərhəddə yaxın yerləşən Buduq kəndi isə əksinə ətraf kənd və qəsəbələrdən təcrid olunub. 

Qrız Dəhnədən keçməklə Qubadan Buduqa gedən yol pis vəziyyətdə olan yol əslində ən təhlükəsizi sayılır. Sürücülər hər zaman getməyə razılaşmır və bəzən ikiqat qiymət tələb edirlər.
Taksi sürücüləri Buduğa getmək üçün bir nəfərdən 12-15 manat gediş haqqı alırlar. Bu isə turistlərin axın etdiyi və daha yaxşı yolu olan Xınalığa getməkdən iki dəfə bahadır.
Buduq kəndi Böyük Qafqaz sıra dağlarının ətəklərindəki Çərəkə dağının cənub-şərqindədir. Yolu olduqca pis vəziyyətdə olduğu üçün kəndə ən yaxın Quba şəhərinə getmək üçün 64 km məsəfə qət edilməlidir.
Səkkiz yaşlı Ümidin evindən Qaraçaya gözəl mənzərə açılır.
Hörmət əlaməti olaraq Buduq əhalisi öz ailə üzvləri və qohumlarının şəkillərini divardan asır.
Buduqlu oğlanlar dağlarla əhatə olunmuş kəndlərindəki həyətdə oynayır.

İctimai nəqliyyat fəaliyyət göstərmir. Qubadan Buduğa yalnız dörd-çəkən şəxsi taksilərlə günorta gedib, ancaq səhər tezdən, təxminən 6 və ya 7 radələrində geri qayıda bilərsiniz. Adam başına gediş haqqı təxminən 10 manatdır. Bu isə maldarlıq və təsərrüfatla dolanan əhali üçün o qədər də ucuz deyil.

Buna görə də Buduqlular hər şeyi ehtiyatla ölçüb-biçməli olurlar. Məsələn, yayda, yollar quru olanda onlar aşağı kəndlərdən lazım olan tədarüklərini görürlər. Həmçinin, hamilə qadınlar da öncədən aşağı kəndlərə düşməli olurlar. Çünki Buduqda sadəcə ilkin tibbi yardım üçün nəzərdə tutulmuş kiçik bir otaq var.

Adətən, maaşlarını əldə etmək üçün Buduqlular öz bank kartları və şifrələrini rayon mərkəzinə yollanan güvəndikləri adama verirlər ki, onlar pulu bankomatlardan nəğd edib gətirə bilsinlər. Digərləri isə, sadəcə olaraq, bank kartlarını aran kəndlərində yaşayan qohumlarına verir, onlar isə öz növbəsində pulu nəğd edərək Buduğa gedən hər hansısa bir tanış vasitəsilə kəndə göndərirlər.

Kənddə üzü enişə doğru yaşamağın öz üstünlükləri də var. Enişdə yaşayan sakinlər 2010-cu ildən sonra evlərinə su xəttləri çəksələr də, yoxuşdakı sakinlər hələ də səhənglərə dolduraraq uzunqulaqla evlərinə su daşıyır.

Kənddə elektrik və telefon xəttləri var, lakin qaz yoxdur. Yerli sakinlər evlərini təzək yandıraraq, divarlara xalça vuraraq qızdırmağa çalışırlar.

Bütün bu narahatlıqlar öz mənfi nəticəsini verir. Yerli əhalinin sözlərinə görə, Sovet dövründən sonra kəndin əhalisi kəskin şəkildə azalıb. Hətta Buduqda bir neçə məscid və İslamın sünnilik qoluna dəvət edən alimlərin olduğu çar dövründə əhalinin sayında belə düşmə olmamışdı. 

Buduq sakinləri qoyun və mal-qara saxlamaqla yaşayışlarını təmin edir.
Kəndlilər deyir ki, əvvələr Buduqda 150 ailə yaşayırdı, lakin yolun bərbad vəziyyəti və mərkəzi su sisteminin olmaması bir çox sakini başqa kəndlərə köç etməyə vadar edib.
Hal-hazırda kənddə 25-30 ailə yaşayır.
Buduq kəndinin qəbirstanlığındakı ən qədim məzarın üzərində 1806-ci il qeyd olunub. O zamanlar müsəlman qəbirlərinin üzərindəki mətnlər ərəb əlifbası ilə yazılırdı.
Rusiya istehsalı UAZ ətraf kəndlərə səyahət etmək üçün ən uyğun nəqliyyat vasitəsidir.
Buduq və ətraf kənd sakinlərinin ziyarət etdiyi müqəddəs məkan. Kəndlilər burada niyyət edib, qurbanlar kəsirlər.
Sovet dövründə kəndi tərk edən sakinlərin evləri.
Buduq sakinləri evlərini və heyvanlarını canavarlardan qorumaq üçün həyətdə it saxlayır.
Ağır həyat şəraitinə baxmayaraq, etnik buduqlular öz tarixi ilə fəxr edir. Onlar ətraf mühitdən təcrid edilmiş dağlarda uzun əsrlər yaşaya bilib.
Elnur Aliyev
Avqust ayında Buduq sakinləri İmran Niftəliyev və qızı, mal-qara üçün qışa yem yığırlar.
Elnur Aliyev

Buduğun itirdiyi təkcə əhalinin sayı deyil. Hal-hazırda, əksərən yaşlı nəslin nümayəndələri (Şimal-Şərqi Qafqaz qrupunun Ləzgi dilləri alt-qrupuna aid olan) Buduq dilində danışa bilir. Evdə Buduqca eşitməyən gənclər isə bu dili ümumiyyətlə bilmir və ya sadəcə bəzi sözləri anlaya bilir.

Bəzi kəndlilər fəaliyyət göstərən məscidin bu dəyərləri qoruyacağına inanır. Hazırda günümüzə gəlmiş yeganə, 1894-cü ildə inşa edilmiş məscid Sovet dövründə anbar kimi istifadə edilib.

Kiril qrafikalı əlifbası olan Buduq dilinin yazısı da şifahi dil qədər mühimdir. Keçmiş kənd sakini, Buduq dilində sərbəst danışan Adıgözəl Hacıyev latın qrafikası əsasında əlifba yaratmışdır. Bununla beynəlxalq şəbəkədə dilin istifadə asanlaşmışdır. O, daha sonra, həmçinin şəkilli əlifba tərtib edərək azərbaycan, ingilis və rus dillərinə tərcümə etmişdir.

Buduq dili fənninin məktəblərdə keçirilməsi hələ də öz həllini tapmır. Dövlət bunun üçün lazımi icazələri versə də, Buduq kəndində ana dil tədris olunmur. Rayon üzrə təhsil şöbəsi 6-11 yaşlı 20 şagirdi olan Buduq kənd məktəbini bağlamağı planlaşdırır.

Bu isə o deməkdir ki, Buduqlu şagirdlər müxtəlif etnik azlıqların (etnik ləzgi, tat, qrız və s.) birgə yaşadığı və Azərbaycan dilinin üstünlük təşkil etdiyi digər kəndlərə köçməli olacaqlar. Buduq və Qrızlılar bir-birilərini başa düşsələr də, dilləri fərqlidir.

Buduq kəndinin fərqli, özünəməxsus olduğu kimi. 

 

Kənd sakini içərisi su olan kanyona gedən yolu gösərir.
Kənd sakini mal-qaranı otlaqdan gətirir.
Mal-qara axşama doğru Buduq kəndinə qayıdır.
Hər gün iri başlı heyvanlardan sonra qoyunlar kəndə qayıdır və qadınlar inəkləri sağmağa başlayır.
Buduqda gün tez, haradasa günəşin batışı vaxtı bitir. Bəzi ailələr qoyun-quzu gələndən sonra yatır, başqaları isə televizora baxır.
Kənd sakini maşınını təmir edir.
Buduq kənd ibtidai məktəbində 6-11 yaşlılar arasında 20 şagird var. Kənd sakinlərinin sözlərinə görə, əvvələr burada internat məktəbi olub və ətraf kəndlərdən uşaqlar oxumaq üçün Buduğa gəliblər.
Buduqda evlər iki mərtəbədir; birinci mərtəbə mal-qara, ikinci isə yaşayış evləridir.
Buduqda 19-cu əsrdən qalma məscid.
Elnur Aliyev
On il əvvəl Buduk kəndində çar dövründə axund və ya din xadimi olmuş Ağa Əfəndiyə məxsus yaşayış mskənindən 800-dən çox ərəb əlyazması tapılıb.
Çayxana
Haqqımızda
|
© Müəllif Hüquqları