Azərbaycanlı qadın və kişilərinin çoxşaxəli eynilikləri
Məsuliyyətdən imtina
Baxışlar: 3584
Dillər: 

Onlar ana, bacı, həyat yoldaşları ya da ən azından özlərini qəbul etdikləri kimidirlər. Azərbaycanda qadınlardan kim olduğunu soruşduqda, onlar özlərinin cəmiyyətdəki rollarına görə məsuliyyət daşıdıqları deyirlər.  Amma kişilərsə yox. Onlar özlərini ata, qardaş və ər obrazından daha çox peşələri, istəkləri və həyata baxışları ilə səciyyələnməyi lazım bilirlər. Səbəbləri isə məlum deyil. 

“Bu onunla bağlı ola bilər ki, cəmiyyətdə feminizmi kişilik qədər qiymətləndirmədiyindən, kişilər bu barədə danışarkən özlərini o qədər də rahat hiss etmirlər” – deyə gender təhsili üzrə ekspert Zumrüd Cəlilova bildirir. “Feminizm daha çox zəifliklə, kişilik isə güc ilə səciyyələnir.  Son nəticədə nəyimiz varsa oyuq; qeyri-qənaətbəxş və mühafizəkar düşüncə tərzli kişilər və qadınlar arasında kəskin daxili və xarici qeyri-tarazlığa aparıb çıxarır”

Cəlilova qeyd edir ki, bəzən qadın və kişilər şüursuz olaraq özlərini dərin cinsi stereotiplərə kökləyirlər. Ənənənin cinslərin və sosial rolların çox sərt formada müəyyən edən Azərbaycan cəmiyyətində bu, birmənalı olaraq bir həqiqətdir.

“Qadınlar hər zaman onların qarşısında qoyulmuş vəzifələri yerinə yetirmək üçün özlərinin cinsi mənsubluğunu qeyd etməyi lazım bilirlər” – deyə Bakı Dövlət Universitetinin gender təhsili üzrə 25 yaşlı müəllimi bildirir.

Məsələnin mahiyyətinə varmaq üçün Şeyda Allahverdiyeva müxtəlif sosial statusu, yaşı və maraqları olan 18 qadın və 18 kişidən onların mənsub olduqları 5-ə yaxın qrupdakı uyğunluqlarını göstərməyi barədə xahiş edib.

Heç bir cavab doğru və ya yanlış kimi xarakterizə edilə bilməz və layihənin məqsədi tam həqiqəti üzə çıxarmaq deyil.  Buna baxmayaraq, müsahibələr açıq-aydın göstərir ki, stereotiplər necə kök salıb və bu, müzakirə üçün şərait yaratmağa başlayır.

 


 

    July 2018, Identity Edition 

Çayxana
Haqqımızda
|
© Müəllif Hüquqları