Azərbaycanlıların qara kürü ilə bağlı xatirələri
Məsuliyyətdən imtina
Baxışlar: 2298
Dillər: 

Bahalı qidalar həmişə dadlı olmur. Kürü kimi: Lali Lobjanizde və Gülnarə Mehdiyevanın uşaqlığı kürüyə nifrət etməklə keçib.  Sovet İttifaqının dağılmasından əvvəl Lobjanidzenin anası kürü emalı zavodunda işləyirdi və indiki dövrdə bir çoxları üçün bahalı delikates olan kürü onların evinin gündəlik məhsulu idi.

“Mən bunu başa düşmürdüm. Bu “Səhranın bəyaz günəşi” filmi kimi idi. Mən kürü yeməkdən bezmişdim”, 35 yaşlı proqramçı xatırlayır. O, zamanlar gömrük rəsmilərinin çoxu hər gün kürü yeməkdən yorulurdu.

Yerli Bakılı olan Lobjanidze də kürü yeməyə məcbur idi: Anam zavoddakı işindən çıxandan sonra valideyinlərim bəzən  tanıdığımız bir balıqçıdan kürü alırdı.

28 yaşlı  sosial fəal Mehdiyeva  da Bakı sakinindir. O, deyir ki atasının  yaxın dostu tez-tez 3 kiloqramlıq bankalarda onlara kürü verirdi.

“Biz də kürünü sevmirdik, buna görə də o mətbəxtdəki masanın üzərində günlərlə qalır və xarab olurdu. Sonra isə kürü tapmaq çətin olmağa başladı”, o xatırlayır. “ Son dəfə 3 il bundan əvvəl qırmızı kürünün dadına baxdım. Onu da duty-free dən almışdım, qeydi adi dadı yox idi.”

34 yaşlı bank işçisi Könül Rüstəmova  atasının kürü sevməyənlərin yeməkdən başı çıxmadığını söylədiyini deyir. Rüstəmova hazırda Bakıda yaşasa da, əsli Azərbaycan balıqçılığının mərkəzi olan Nefçala şəhərindəndir. Onun uşaqlıq illərində kürü bol idi. O, axşam yeməklərində şorba ilə qara kürü yediyini hələ də xatırlayır.

“Atam xarici qonaqlara kürü hədiyyə verməyi çox sevərdi”, Rüstəmova deyir. “Onlar, bəzən, iyrənib burunlarını tuturdular. Bu səhnəni görəndə biz gülürdük, atam isə onların yeməkdən başı çıxmır deyirdi.”

Təzə Bazarda Azərbaycan kürüsü satılır. Bir müştəri etiketi olmayan “saxta” və Rusiyada istehsal olunub Azərbaycanda yenidən qablaşdırılan kürülər barədə xəbərdarlıq edir.
Xalis qara kürü tapmaq asan deyil. “90 manata ala bilərsən, ($53),” amma mənşəyinin hardan gəldiyini və harda qablaşdırldığını sənə deməyəcəklər.
Çox böyük olduqları üçün Təzə Bazarın satış piştaxtalarında nərə balığı yoxdur.
Təzə Bazarda təmizlənmiş nərə balığı və kürüsü. Azərbaycanda nərə balığı ovuna qadağa qoyulub və hazırda ölkənin cənubunda yerləşən Nefçala şəhərində balıq zavodlarında nərə yetişdirlir.

Neft kimi qara kürü də Azərbaycan tarixinin bir parçasıdır. Onillilər boyu insanlar Xəzər dənizindən nərə balıqlarını tutub və kürüsünün ticarəti ilə məşqul olub.

Neftdən fərli olaraq, qara kürü istehsalı məhduddur. 1990-cı ilə qədər dünyanın kürü ehtiyacının 90 % Xəzər dənizindən təmin olunurdu. İran istisna olmaqla Xəzər sahili ölkələrin hamısı Sovetlər İttifaqına daxil olduğu üçün kürü istehsalı sahəsi  Sovetlərin inhisarında idi. Qeyri-qanuni balıq ovunun o zamanlar da olmasında baxmayaraq, mütəxəssislərin sözünə görə, Sovet liderləri Xəzərdəki balıq ovuna ciddi nəzarət edirdi.

Sovet İttifaqının dağılması ilə kürü sənayesi də məhv oldu. 1990-cı ildən bu günə qədər nəzarətsiz balıq ovu və dənizin kirləndirilməsi Xəzərdəki nərə balığının azalmasına ciddi təsir göstərib.

 2000-ci ilin əvvələrindən, Azərbaycan daxil olmaqla bütün Xəzər sahili ölkələr, bunun qarşısını almaq üçün brakonerliklə mübarizə aparır.

2008-ci ildə Rusiya nərə balığı ovuna moratorium tətbiq etdi və digər sahilyanı ölkələr də 2011-ci ildə buna qoşuldu. Moratoriumun müddətinin 10 il də uzadılması barədə danışıqlar gedir.  

Bu şəraitdə nərə balığı ovu ancaq araşdırma məqsədi ilə və ancaq ciddi nəzarət altında həyata keçirilir.

2016-I ildə Azərbaycan qara kürü ixracına məhdudiyyət qoydu. Yeni qanunlara əsasən xarici ölkə vətəndaşları ancaq lisenziyalı mağazalardan kürü ala bilər və ancaq 125 qram  məhsulu ölkədən çıxarda bilər.

 

Təzə bazarda içi balıqla dolu çənin yanında selfi çəkən kişi.
Qızıl Azərbaycan mətbəxində tez-tez istifadə olunan məhsuldur.
Qurudulmuş şemaya qutuları. Bu xərçənkimilər fəsiləsinə daxil olan balıq Azərbaycanda satılan məhsullardandır.

Son on ildə Azərbaycanda həmçinin nərə balığı istehsal edən zavodlar  da yaradılmağa başlandı. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata görə, hər il 8 milyon nərə balığı istehsal edilir. Bu balıqların bir qismi Xəzər dənizinə buraxılır.

Nərə balığının 25 müxtəlif növündən yalnız üçündən keyfiyyətli qara kürü almaq olur. Ağbalıq cinsinin dişisi ancaq 20 ilə cinsi yetkinliyə çatır və kürü tökə bilir, belə olduqda isə qanunsuz qalıq ovu onların sayını kəskin şəkildə azaldır.

Beləliklə, nərə balığının sayının azalması kürü qiymətlərini də artırıb, hazırda bir kiloqram qara kürünün qiyməti 2,000 manat ($1,176) dəyərindədir. Bu qiymətə isə hamı kürü ala bilməz.

55 yaşlı Əkrəm Əliyev son dəfə yediyi kürünün 200 gramına 100 dollar ödəmişdi. 1990-cı ildə o, ilk uşaqlarına hamilə olan həyat yoldaşına kürü almaq qərarına gəlir və Bakının cənubunda yerləşən Buzovaya gedir.

Əliyev parlaq, qumlu çimərliklərdən üstün olan yüksək qayalarla xatırlayır; sahilə bağlanan taxta qayılar və üfüqdə üzən balıqçı gəmiləri. Nə uçurumlar, nə də qayıqlar indi  mövcud deyil. Qumlar tikintidə istifadə üçün daşınıb, sahillərdə isə tutmağa balıq qalmayıb.

Əliyevin 1970-ci illərdə qara kürünün bir kiloqramı üçün  ödədiyi qiymət 20 rubl idi, on il sonra bu qiymət 40 rubla yüksəldi. O zamanlar -1980-ci illərdə  ayda 150 rubldan  az alan Azərbaycanlı ailələr üçün bu qiymətə kürü almaq asan deyildi.

 

Təzə Bazarda Azərbaycan kürüsü satılır. Bir müştəri etiketi olmayan “saxta” və Rusiyada istehsal olunub Azərbaycanda yenidən qablaşdırılan kürülər barədə xəbərdarlıq edir.
İçi təmizləndikdən sonra yuyulacaq balıqlar.

1940-cı illərdəki müharibədə kürü bankalarla verilirdi. 42 yaşlı təhlükəsizlik mühəndisi Anton Saburovun atası deyir ki, 2-ci dünya müharibəsi zamanı aclıq çox dəhşətli idi və balıqçılar çox vaxt qara kürünü bankalarda insanlara pulsuz paylayırdı.

“İnsanlar ilanbalığı və xərçəng yeyə bilmədiyi üçün kənara atırdı. Başqası isə onu toplayırdı”, Saburov Atasının xatirələrini danışır.

O günlər indi geridə qalsa da, Bakının Təzə Bazarında hələ də qara kürü satılır. Eyyub Hüseynov deyir ki, satılanın hamısı əsl qara kürü deyil, çünki çoxu dənizdə yaşayan  balıqlardan deyil.

Bakıda yerləşən Azad İstehlakçılar Birliyinin sədri Hüseynovun sözlərinə görə, hazırda satışda üç cür kürü var: harda istehsal edildiyi və qablaşdırıldığı məlum olmayan, tamamiylə “saxta”, balıq yağından hazırlanan “suni” və Azərbaycanın cənubunda, dövlət tərəfindən nəzarətdə olan balıq zavodlarında istehsal olunan "xalis” qara kürü.  

Uşaqlıqda çörək üzərinə çəkib yedikləri qara kürüyə  indi çox Azərbaycalı həsrətdi. Məktəb müəllimi, 39 yaşlı  Rəna Əliyeva əsl kürünü sonuncu dəfə uşaqlıqda yeyib.

 “Heç vaxt kürü yeməkdən doymurdum. Kaş yenə bir az tapa biləydim!”

Təzə bazarın ən bahalı məhsulu – qara kürü bankaları
Bakının təzə bazarında donuz əti və balıq satanlar.
Hisə verilmiş balıq bir çox azərbaycanlının pivə içərkən yediyi sevimli qəlyanaltısıdır.
“Ən yaxşı balıq satıcısı mənəm”. Təzə bazarda işləyən Ceyhun deyir. Satılan balığın çoxu Azərbaycanın Səlyan, Nefçala və Sumqayıt kimi şəhərlərindən tutulur.
Təzə bazarda hədiyyə kürü qutusu.
Çayxana
Haqqımızda
|
© Müəllif Hüquqları