Bakı Hamamları: Keçmişə Qayıdış
Məsuliyyətdən imtina
Baxışlar: 1801
Dillər: 

Redaktor Elizabeth Owen

 

Ənənəvi hamamlar deyəndə Bakılıların ilk ağlına gələn buxara bürünmüş kiçik pəncərəli, sarı mərmərli, içərisi su ilə dolu mis dolçalı  otaqlar olur.

Lakin, Bakı hamamları sadəcə yuyunmaq üçün yer deyil. Hətta Facebook kimi sosial şəbəkələrin popular olduğu dövürdə də hamam bir çoxları üçün ünsiyyət məkanıdır.

 

“Yaşlı nəslin nümayəndələri aktiv internet istifadəçiləri deyil, onlar hamama əsasən bir-biri ilə məlumat paylaşmaq üçün gəlir”, Bakının İçəri şəhərdə yerləşən 200 illik Ağa Mikayıl hamamının direoktoru Orxan Qasımov deyir. “Onlar məlumatı əsasən TV və qazetlərdən alır. Əhəmiyyətli bir hadisə baş verdikdə, onlar hamama gəlir, məsələni müzakirə edib çıxış yolları tapmağa çalışır.”

 

Bakı hamamlarının əsas ziyarətçiləri kişilərdir. Ağa Mikayıl hamamı ancaq həftənin iki günü qadınlar üçün açıqdır. (Kişilərlə qadınlar ayrı olsa da, qadın fotoqrafın varlığı  yarı-çılpaq kişiləri narahat etmir.)

 

Qadınların əsas məşğuliyyətinin ailəsi olduğu bir ölkədə hamam  qadınların özlərinə vaxt ayıraca biləcəkləri azsaylı məkanlardan biridir. Azərbaycan qadınlarınin hamamdan evə gec gəlməsi ailədə problem yaratmır. 

 

Sovet İttifaqı və ondan daha əvvəlki dövrlərdə evlərin çoxunun hamamı olmadığı üçün insanlar üçün hamamlar böyük əhəmiyyətə malik idi.

Hazırda Bakı sakinlərinin evlərində hamamları olsa da, keçiş ənənəyə sadiq qalaraq “həftə hamamı”na gedirlər.

 

Ağa Mikayıl hamamının orta yaşlı daimi xanım müştərisi  uşaq yaşladından hamama getdiyini deyir. O, həmçinin öz uşaqlarına da bu ənənəni öyrətdiyini deyir.

“Vaxtım olsaydı, bura daha tez-tez  gələrdim, çünki evdə yuyunanda özümü burdakı kimi rahat və təmiz hiss etmirəm,” özünü Gülya kimi təqdim edən saç ustası deyir.  “Buranın buxarı, kisə və sauna mənim bədənimi rahatlaşdırır, mən özümü yenilənmiş və təmizlənmiş hiss edirəm...”

 

Təmizlənmə mərhələsində əsas iş kisəçiyə düşür.  20 ildir ki, Ağa Mikayıl hamamının kisəçisi olan 68 yaşlı Ələsgər Əzizov daha öncə Şəkidə aşçı işləyib.

 

Əzizovun sözlərinə görə onun və 41 yaşlı digər kisəçi Mübariz Qasımovun müştəriləri həftədə bir dəfə hamama gəlir. Bəziləri isə o, işə başlayandan hamamın müştəriləridir. İki kisəçi çox vaxt bir –birini əvəz etsələr də, xarici vətəndaşlar hamama gələndə aralarında mübahisə yaranır. Çünki xaricilər standart qiymətdən 10 manat ($5.88)  daha çox pul ödəyir.

 

Həftə hamamı ənənəsindən başqa, Azərbaycanlı qadın və kişilər öz toylarından  əvvəl də hamama gedir. Həmçinin çox zaman yasdan sonra da ailə üzvləri hamam gedib islam ədətlərinə görə təmizlənirlər.

Bütün bunları müasir hamamlarda da eləmək mümkün olsa da, köhnə Bakı hamamlarındakı rahatlığı və ünsiyyəti heçnə ilə əvəz etmək mümkün deyil.

 

 

Yuyunduqdan, masaj və kisədən  sonra Ağa Mikayıl hamamının müştəriləri çay otağında ev mürəbbəsi və qənd ilə çay içir.

Burada  taro kartları və kofe ilə  xanım müştərilərin falına da baxılır. İslamda qadağan olunan fal, kişilər arasında elə də yayqın deyil. 

 

 

Nə qadın, nədə kişilər hamamı tərk etməyə tələsmir. “Hamam istirahət yeridir,” 55 yaşlı hökümət rəsmisi Faiq Qarayev deyir. “Bura şeytanın girə bilmədiyi azsaylı məkanlardan biridir.”

“Burada heç vaxt münaqişə və dava olmur,” o deyir.  

 

Çayxana
Haqqımızda
|
© Müəllif Hüquqları