Bakı Şanxayında həyat dəmir yolu relslərindən keçir.
Baxışlar: 3534
Dillər: 

“Ne vaxt buranı sökəcəklər?” Bir qrup əsəbi sakin bizə yaxınlaşır, lakin bizim hpkümət nümayəndəsi yox journalist olduöumuzu biləndə bir az sakitləşirlər.  Mətbuat  iç-içə tikilmiş alçaq evlərdən, labirintə bənzəyən dar keçidlərdən ibarət Bakı mərkəzindən cəmi bir neçə kilometr uzaqda yerləşən Şanxay və onun sakinləri  üçün heç bir əhəmiyyət  kəsb etmir. 

“Hər həftə gəlib,çəkirsən, söhbət edib gedirsən. Nə olsun? Nəsə dəyişib?” insanlar qışqırır.

Şüsəli göydələnlərinin yaraşıq verdiyi neft ölkəsi Azərbaycanın imici şəhər mərkəzindən aralandıqca sanki başqa dünyanı xatırladan bir-birinin içinə girən daş evlərin kölgəsində itib batır. O evlər ki, dəmiryolu xətti boyu uzanan xarabalığı xatırladır. Evlərin sayının çoxluğu və sıxlığı Çini xatırladır, elə buna görə də nə vaxtsa, kimsə buranı Şanxay adlandırıb və insanlar bu ərazini Şanxay kimi tanıyır.

Qatar keçəndə silkələnən bu evlərdə bir neçə nəsil böyüyüb, belə ki, bu ərazidə ilk ev 1960-ci ildə tikilib, olduqca təhlükəli qəsəbəyə dönmüş bu ərazinin sökülməsi haqqında uzun zamandı danışılsa da heç nə dəyişməyib.

“Sovetlər Birliyi bu evlərdən qabaq dağıldı”, 75 yaşlı qəsəbə sakini Əkrəm Məmmədov deyir. O, başqa bir kiçi ilə nərd oyanır. İnsanlar journalist gəldiyini biləndə, söhbət etmək üçün bizi ona yönləndirdi.

Sakinlər kiçik yaşlarından  təhlükədən necə qorünmağı öyrənməlidir. “Həyət” dedikləri relslər uşaqların oyun meydançasıdır. Bunun isə faciəvi nəticələri ola bilər.

“O evi görürsən?”, Ənvər, bizim sürücümüz  əlini balaca daxmaya uzadaraq deyir. “Bir dəfə o evə öz uşaqları ilə bir ailə qonaq gəlmişdi. Uşaqlardan biri qatarın altında qalıb öldü. Burda yaşayıb, böyüyən uşaqlar qatardan qorunmağın yollarını bilir”.

“Bura o qədər təhlükəlidir ki, qonaq da az gəlir,” o əlavə edir.

Yaşlılar dəmir yolu xətti boyu düzülən skamyalarda oturur, bəziləri toxuyur, bəziləri nırd oynayır, digərləri isə sadəcə söhbət edir. Əslində isə onların vəzifəsi növbətçilikdi- relsə yıxılan balacaları yerdən qaldırmağa hazır olan növbətçilər.  

“Biz başqa nə edə bilərik?  Bu üç qadın qonşudur. Bax, onlar gözlərini uşaqlardan çəkmir. Biz əslində növbə ilə işləyən gözətçilərik”.

 

Sakinlər deyir ki, ilin əvvəlində Bakı Şəhər İcra Hakimiyyətindən onlarla görüşüblər. Onlara tezliklə evlərin yarısının söküləcəyi, burdayeni yol və körğü tikiləcəyi bildirilib. Heç kim də onlara “təzminat” veriləcəyi barədə nəsə deməyib.  

65 yaşlı təqaüdçü Səlim dayı şikayət edir ki onlara təzminat barədə rəsmi heç nə demirlər.

“Mən bu plkənin vətəndaşıyam, bura mənim evimdir, rəsmi ünvandır. Mənim oğlüm hərbi xidmətə bu ünvana çağırış vərəqəsi göndərilməklə çağrılıb. Bu o deməkdir ki, dövlət buranı rəsmi ünvan kimi tanıyır. Əgər bu evlər söküləcəksə, bizə təzminat ödənilməlidir.

Şanxayda yoxsulluq sürətlə yayılır. Çətinliklə də olsa bir qədər pul toplaya bilən insanlar daha təhlükəsiz ərazilərə köçür. Burdakı insanların çoxunun internetə çıxışı yoxdur və məlumat əsasən şifahi yolla ötürülür. Çox vaxt isə bu məlmat yox şayiə olur.

“Mən eşitmişəm ki, hər kvadrat metr üçün 1200 manat ödəyəcəklər”. “ Deyirlər 1500 manat ödəyəcəklər, bu pis məbləğ deyil”.

Çox insan rəsmi şəxslərin dediyi heç nəyə inanmır. Əkrəm də onlardan biridir.

“Şanxayın söküləcəyi barədə ilk dəfə 1968-ci ildə eşitmişdim”, 75 yaşlı sakin deyir.

“ O vaxt komissiya quruldu, memarlar və yaxınlıqdakı kondisioner fabrikinin işçiləri gəldilər. Onlar bizə buranın tezliklə söküləcəyi və bizim beş mərtəbəli binalara köçürüləcəyimizi dedilər”.

 

Deyilənə görə burda ilk ev İzzər Ləzgin (söyadı onun ölkədəki kiçik etnik qruplardan olan ləzgilərin nümayəndəsi olduğunu göstərir) tərəfindən tikilib. 1960 cı ildə SSSR-inin kollektiv fermalarında çalışan fəhlələr ölkə daxilində səyahət etmək üçün daxili pasportlar aldı. Bir çoxu işləmək üçün Bakıya üz tutdu, mənzil tapmaq çətin olduğundan bir çoxu burda məskunlaşdılar.

“Mənim atam da o vaxtlar gəlib. Mən burda doğulmuşam və elə burda da qalıram”, 60 yaşlı Hüseyn Babullayev deyir. Onun evi Şanxayın girişindəki ilk evlərdəndir. Onun dediyinə görə, qəsəbə sakinlərinin çoxu onun qohumudur. “Mən burda böyümüşəm, məktəbə getmişəm, 15 yaşımda kondisioner zavodunda işləməyə başlamışam. Bu illər ərzində mənə bir neçə dəfə mənzil veriləcəyini deyiblər. Sonra Sovet Birliyi dağıldı, zavod bağlandı, mən isə mənzilsiz qaldim”.

1990-ci ildə Dağlıq Qarabağ müharibəsindən qaçan böyük  bu ərazilərdə məskunlaşmağa başladı.  Son illərdə Bakıya “neft manat”-ı qazanmağa gələn insanlar da burada yaşamağa başladılar.

 

Qəsəbə böyüməyə başladıqca insanlar oranada öz rahatlıqlarını təmin etməyə çalışdılar – onlar qəsəbəyə kanalizasiya və elektrik sistemi çəkdilər. Yaşayış evlərini genişləndirdilər. Rüşvət verməklə bütün bu işləri görmək mümkün oldu.

“Burda bələdiyyədə kiminsə olmadısa daşı daş üstünə də qoya bilməzsən”, Səlim deyir. “Mən bu evin, istifadə elədiyim elektrik və qazın pulunu verirəm, buna görə də kompesasiya tələb etməyə də haqqı var”.

Reqionlardakiı evlərini qoyub Şanxaya gələnlər işlərini geridə buraxıb geri qayıtmağa tələsmirlər.

“Əgər kompensasiya ödənilsə, burda qalıb özümə ev alacam, kənar yerlərdən də ala bilərəm”, 40 yaşlı sakin Sahib Məmmədov deyir. Onun evi taxta, kərpic, faner və plastic istifadə etməklə tikilib.

“Bakıda hardasa 300 AZN qazanıram. Kəntdə isə nə mənim nə də övladlarımın gələcəyi var. Biz illərdir ki bu qeyri müəyyənlik içində yaşayırıq. Pula görə buranı tərk edə bilmirik. Burda isə uşaqlarımızdan narahatıq. İllərdi bu problemin həllini gözləyirik”.

2005 –ci ildə qəbul olunan 33 saylı qərara görə, Şanqay qəsəbəsində dəmir yolu boyunca tikilmiş evlər sökülməli idi.  Lakin qərar kağız üzərində qaldı. 2014-cü ildə  Azərbaycan Dəmir Yollarının rəis müavini daha sonra 2015-ci ildə rəisi vəzifəsinə təyin olunan Cavid Qurbanov həmin ərazidə müasir yol çəkiləcəyi və park salınacağı haqqında məlumat verib. 1968-ci ildən bu yana verilən boş vədlər Şanxaydakı vəziyyəti dəyişməyib.  

Çayxana
Haqqımızda
|
© Müəllif Hüquqları