Bakının Gizli Dəyərləri
Məsuliyyətdən imtina
Baxışlar: 3533
Dillər: 

Yuxarıdan baxanda Bakı qədim köhnə binaların, müasir göydələnlərin və sovet dövründən qalma binaların hərəkətsiz qarışığı kimi görünür.

Onun divarlanmış tarixi ürəyi olan İçərişəhərin zərif daş fasadları və parlaq çınqıl küçələri var.

Bu memarlıq kompleksi  2000-ci ildə YUNESKO-nun Ümumdünya irsi obyektlərinin siyahısına salınıb.

Parıltılı qumlu daş evlərin və məşğul İçərişəhər metro stansiyasının arasında qalmış bu ərazidə bilinməyən canlı dünya var.

İnsanlarla dolu, bəzən dağılıb-uçulan həyətlərin labirintidir İçərişəhər.

1800-cü illərin ortalarında Bakıda neft bumundan sonra artan əhali bunun mövcudluğunu izah edir.

Mal-mülk axtaran Bakının yeni sakinləri üçün buradakı ənənəvi iki mərtəbəli tikililərə yeni mərtəbələr artırılıb.

20-ci əsr başlayana qədər, "bir çox evlər yalnız bir ailənin yaşadığı iki mərtəbəli xüsusi villalar idi", memar Aytac Əkbərli deyir.

"Bu villalar mənzillərə bölündü, onları birləşdirmək üçün zahiri pilləkənlər düzəldildi, həmçinin kommunal tualetlər meydaya gəldi".

Evlər daha çox ailəni yerləşdirmək üçün ucalmağa başladı və həyətlər insanlarla doldu.

Nəticədə bakılılar demiş "İtalyan həyətləri" meydana gəldi. Bu həyətlər müxtəlif səslər və qəhqəhələrin eşidildiyi, rənglərin bol olduğu və sərilmiş camaşırların küləkdə dalğalandığı, evlərdə bişirilən yeməklərin ətirinin yayıldığı məkana çevrildi.

Onun küçələrini bəzəkli metal qapılar və ya dar tunellər birləşdirir.

İçəridə isə hər mərtəbəni, hər mənzili spiral şəklindəki taxta və dəmir pilləkənlər birləşdirir.

Onilliklər ərzində bu "İtalyan həyətləri" zəngin tacirlər və neft işçilərinə də ev olub.

1930-cu illərdə isə bu nizam həmişəlik dəyişdi.

"Sovet rejimi bütün xüsusi mülkləri müsadirə edərək işçi sinifinə vermişdi. 1940-cı illərdən etibarən tikilən yeni yaşayış evləri daha çox və daha böyük ailələr üçün nəzərdə tutulmuşdu ", xanım Əkbərli deyir.

Farida Şeyxzamanova dövlət qulluqçusu olan həyat yoldaşı ilə birlikdə Nazirlər Kabinetinin binasının arxasında yerləşən Saraykin küçəsində bir mənzilə köçəndə 30 yaşında idi.

O, hazırda 84 yaşındadır və hələ də Sovet hökumətinin onlara verdiyi mənzildə yaşayır.

"Bura heç vaxt sakit olmayıb", o deyir.

"Uşaqlar futbol oynayır, pilləkənlədən aşağı-yuxarı qaçır, qonşular bişirdikləri yeməkləri paylaşır. Qapılarımız həmişə bir-birinə açıqdır. Doğum günlərini birlikdə qeyd edirdik və çətin günlərdə bir-birimizi dəstəkləyirdik. Biz böyük ailə kimiydik. "

Ənənəyə görə, bu həyətə baxan mənzillər bir nəsildən sonrakına keçir, gənc cütlüklər və uşaqları valideynlərilə bir evdə yaşayırdılar.

Sovet İttifaqının sonunda bu həyat tərzi, həyət sahələrinin canlılığı da daxil olmaqla yoxa çıxmağa başladı.

Şeyxzamanova xatırlayır ki, eyni məkanda etnik yəhudilər, ermənilər, ruslar və azərbaycanlılar birgə yaşayırdı.

"O atmosfer artıq itib. Qızım evdə olmayanda o qədər sakit olur ki, özümü kimsəsiz adada hiss edirəm ".

Amma İçərişəhərdə hələ də bəzi keçmiş xüsusiyyətlər qalıb. Sərilmiş camaşırlar hələ də şəhərin davamlı küləyində dalğalanır. Səmaya ucalan üzüm tağları həyətlərin sərin qalmasını təmin edir. Mövsümi tut yığımı da unudulmayıb.

Sonuncu hər kəsin iştirak etdiyi bayramdır. Tut ağaclarının altına mələfələr sərilir, uşaqlar ağaca dırmaşır və ağacdan son tut düşənədək silkələyir. Qonşular tut mürəbbəsi bişirmək üçün meyvəni paylaşır.

Bu rəngli səhnələr son iki on il ərzində Bakı boyunca göbələk kimi çoxalan polad və şüşə tikililərlə ziddiyyət təşkil edir.

Son on il ərzində qədim şəhərin yenilənməsi planı köhnə kərpic mənzillərin göydələnlər, lüks yaşayış binaları və ya ticarət mərkəzləri ilə əvəzlənməsinə gətirib çıxarıb.

Bəzi hallarda “İtalyan həyətlərinin” yerləşdiyi ərazi  onların məhvinə və ya orijinal xüsusiyyətlərinin yavaş-yavaş itməsinə səbəb olub.

Tikililərin ilk mərtəbələri anbar, kafe və ya kiçik mağazalara çevrilib.

Şəhər hökuməti sahibi olduğu bir neçə binanı və həyətlərini təmir edib, lakin əksər hallarda bu yenilənmə kosmetik xarakter daşıyıb və yalnız binaların şüşəli lojikasına təsir edib.

Heç də bütün sakinlər dəyişikliklərə sevinmir.

"Yalnız xarici görünüşü yeniləyirlər", Bakıda  Axundov Parkı yaxınlığında yerləşən bir mənzilin sakini şikayət edir.

"Pilləkənlər köhnədir, taxta tutacaqları köhnəlib, parçalanır. Heç kim onu ​​təmir etmək istəmir. "

Bakının mərkəzi ərazisindəki dəyişikliklər, şəhərin sosial tərzinə də, "İtalyan həyətlərində" yaşayanların bir-birinə münasibətinə də təsir edir.

Bakılıllar bir-birindən zarafatla soruşurdular: "Qohumunuzla daha yaxınsınız, yoxsa qonşunuza?"

Artıq soruşmurlar. İndi bir "Salam!" tut ağacları altındakı uzun söhbətləri əvəzləyib.

Bakının mərkəzindəki Nizami küçəsində bir həyətdə camaşır xətləri
Nizami küçəsi boyunca binaların daş fasadları şəhərdə aparılan təmir işləri ilə yenilənib. Lakin bu təmir binaların həyətlərini dəyişdirməyib. Bəzi sahiblər eyvanları öz hesablarına bərpa ediblər.
Axundov bağının arxasında Köhnəşəhərdə bir həyət
Fəridə Şeyxzamanova 1965-ci ildə mənzilinin eyvanında dayanıb. O, dövlət qulluqçusu işləyən əri ilə bu mənzili Sovet hökumətindən alıb.
Fəridə Şeyxzamanova Bakının sözdə İtaliyan həyətlərinə baxan mənzilində 54 ildir yaşayır. İndi 84 yaşında olan Şeyxzamanova üçün gəzmək çətindir. Deyir ki, evdə tək olanda "kimsəsiz bir adada" olduğunu düşünür.
Bakının Bünyad Sərdarov küçəsində bir “İtalyan həyəti”. Yüksək taxta fasadlar tez-tez boyanır.
Azərbaycan Xarici İşlər Nazirliyinin arxasında bu köhnə, üç mərtəbəli binanı dəstəkləyən daş sütunlar rütubətə görə yosunlarla örtülüb.
Bakı şəhər İcra Hakimiyyəti Əhməd Cavad küçəsinin arxasındakı bu şüşəli lojikanı bir müddət əvvəl yeniləyib və rəngləyib. Tikilinin daxilində isə hələ də dəyişiklik yoxdur, ancaq rəngləmə işləri davam edir.
İcra Hakimiyyətinin Əhməd Cavad küçəsində yerləşən "İtalyan həyətinin" təmiri zamanı həyətin iki binasını birləşdirmək üçün yeni pilləkən qoyulub.
Cəfərov Qardaşları küçəsinin arxasındakı bu təmir edilməmiş həyətdə uşaqlar həyətə düşmələri üçün dostlarını səsləyir.
Cafarov Qardaşları küçəsində yerləşən bu həyətdə eyvanları üzüm tağları əhatələyib. Peyk antenləri və kondisionerlər müasir dövrün tək əlamətləridir.
Çayxana
Haqqımızda
|
© Müəllif Hüquqları