Balaxanı - Neft Torpağı
Baxışlar: 2196
Dillər: 

İndiki maddi dünyada nefti olan ölkə ən qabaqcıl ölkələrin siyahısında olan və ya bu siyahıya daxil olmağa can atan ölkənin sakinlərinin adətən cah-cəlal içində yaşadığı düşünülür. Vaxt keçdikcə Balaxanı dərinliklərindən çıxardığı neftin gəliri hesabına paytaxt görkəmli yerlərini abadlaşdırsa da, özü belə yerlərdən kənarda qalıb. 

 

Milli Parkdan şəhərin bir hissəsinə açılan görüntü
Şəhərin mərkəzində yerləşən Hilton oteli,
JW Mariott Absheron oteli
Port Baku biznes mərkəzi
Əslində isə əyani Bakıda və Bakə ətrafı qəsəbələrdə gördüyümüz hallar ümumi durumun tam əksini göstərir
Təbii resursu olan neft ölkəsinin bir hissəsi modern binalardan, fəvvarəli parklardan, digər hissəsi isə zibillik mənzərəsi ilə dolu olan geceqondu evlərdən ibarət olur. Bakı da istisna deyil.
Paytaxtda urbanizasiyanın izini bütünlüklə özündə əks etdirən yerin Balaxanı qəsəbəsi olduğunu desək, yanılmarıq. Belə ki, bura ölkəyə böyük vəsait gətirən neft quyularının məskənidir. Lakin buna baxmayaraq, bu təbii resursdan xeyir görməyən vətəndaşların da bir çoxu elə bu qəsəbədə yaşayır
“İmkanım olsa, köçərəm burdan. Kim istəyr ki, uşağını belə bir şəraitdə böyütsün” – 12 ildir ki, bu qəsəbədə yaşadığını deyən Asim Paşayev hazırda dövlət işində işlədiyinə görə, fotosunu çəkməyə razı olmadı. Bu görüntü isə onun evindən görünən mənzərədir.
Sakinlərin sözlərinə görə, Bakı İcra hakimiyyəti nümayəndələri bir neçə dəfə Balaxanı qəsəbəsinə gəlsələr də hər hansı bir yenilik nə qəsəbəyə, nə də gözləri yolda olan Balaxanı sakinlərinə nəsib olmayıb. İcra hakimiyyətindən əlavə, sakinlər də problemi çözməyə səy göstərmirlər. Belə ki, demək olar hər evin yaxınlığında zibillik var.
Balaxanıda yaşayan məktəb şagirdləri bir neçə il öncə bağlanan 311 saylı orta məktəbi bağlandıqdan sonra, Sabunçu rayonuna və ya Balaxanı kəndində yerləşən məktəbə gedirlər. Sakinlərin sözlərinə görə, bu da çox vaxt alır. “Çox uzaqdır yol. Səhər saat 7-də oyanırıq ki, saat 8-ə məktəbə çata bilək”
Ətrafda neft buruqlarını və zibillik göllərini nəzərə almasaq qəsəbədə həyat öz axını ilə davam edir
Sakinlər hər il bu qəsəbədə yaşadıqlarının sonuncu il olduğunu ümid edərək yaşayırlar.

Balaxanı kəndinin adının mənası Qılman İlkinin "Bakı və bakılılar" kitabında qeyd olunub: "bala" – yuxarı, hündür, "xana" – ev deməkdir. Abşeronda neft istehsalından öncəki dövrdə (XIX əsrin ortalarınadək) kənd əhalisinin əsas məşğuliyyəti ənənəvi olaraq əkinçilik, bağçılıq, bostan bitkiləri əkini və maldarlıq olub.

XIX əsrin 70-ci illərindən başlayaraq, Balaxanı Bakının əsas neft çıxarma mərkəzlərindən birinə çevrilməyə başlayıb. 1869-cu ildə Balaxanıda ilk dəfə olaraq mexaniki vurma üsullu quyu qazılır. Quyudan neft çox sürətlə çıxaraq, üç gün ərzində həmin quyu ətrafı neft gölünə döndərib. 1873-1878-ci illərdə Balaxanıda 47 belə güclü neft quyusu qazılıb. Həmin dövrdə Balaxanıda çoxlu torpaqlar əldə edən xarici şirkətlərin arasında Nobel qardaşları, Rotşild, Rokfeller kimi milyonçular, rus kapitalistləri olub.

Vaxt keçdikcə Balaxanı dərinliklərindən çıxardığı neftin gəliri hesabına paytaxt görkəmli yerlərini abadlaşdırsa da, özü belə yerlərdən kənarda qalıb. 

Çayxana
Haqqımızda
|
© Müəllif Hüquqları