Bədənimdə Çernoblın İzləri
Məsuliyyətdən imtina
Baxışlar: 1630
Dillər: 

1986-ci il, 26 Apreldə Eldar Sultanov, Ukrayna Sovet Sosialist Respublikasının  paytaxtı Kievdən  35 kilometr uzaqda yeləşən Qostomel şəhərində polis zabiti idi.

“Evdə idim. Axşam xəbərlərinə qulaq asırdım. Xəbərlərdə alovlara bürünmüş nüvə zavodunu göstərirdilər”.

Sultanov bu kadrları gördükdən sonra könüllü olaraq xilasetmə əməliyyatlarında iştirak etmək qərarına gəlir. Hazırkı Belorusiya sərhədi yaxınlığında yerləşən Çernobl nüvə stansiyasının atom reaktorlarından birindəki çat və insan səhvi nəticəsində baş vermis partlayışdan sonra 5% dən çox radioaktiv maddə atmosferə yayılmışdır. Avropanın “ürəyində” baş vermiş bu hadisə tarixin ən böyük və ölümcül partlayışlarından biridir. Bu hadisə milyonlarla insanın həyatını dəyişdi.

Partlayışdan sonra xilasetmə və təmizləmə əməliyyatlarında iştirak edən azərbaycanlıların sayının 7 mindən çox olduğu bildirilir ki, onların 5000 nəfəri hələ də yaşayır.

"1972-ci ildə Bakıda polis kimi işə başladım və iki il sonra Ukraynaya təyinatım çıxdı. Beləliklə, faciə baş verəndə 12 il idi ki, Ukraynadaydım. Mən bu insanlara borclu idim, əgər çətin zamanlarda onlara dəstək olmasaydım, ömrüm boyu vicdan əzabı çəkərdim.”

Digər könüllülər kimi, Sultanov da onu gözləyənlərdən xəbərsiz idi. "Biz sənəd imzaladıq ki, bütün məsuliyyəti öz üzərimizə götürürük. Bu sənəddə şualanmaya məruz qalacağımız və təhlükəsizlik tədbirləri barədə heç bir şey yazılmamışdı. Bizim yerinə yetirməyə borclu olduğumuz vəzifəmiz var idi və şikayət etmək haqqımız yox idi."

Bəzi insanlar onlara ziyan dəyə biləcəyindən şübhələnirdilər, lakin heç kim səsini çıxarda bilmirdi, çünki məlumatlar gizli saxlanılırdı. Şualanmadan qorunmaq çətin idi, hər növbədən sonra dezinfeksiya  prosedurları həyata keçirirdilər.

"Bizə hər növbədən sonra  paltarimizi dəyişməli və soyuq duş qəbul etməli olduğumuz deyilmişdi. Lakin,hər kəs bunu edə bilmirdi- bəziləri isti suyun altına qaçırdı. Bu isə zərərli idi. Biz yüksək kalorili yeməklər yeyir, xüsusi balonlardan su içirdik. Su şüşəsini bir dəfə açanda ikinci dəfə istifadə eləmək qadağan idi

."Dezinfeksiya olunmuş işçilərdə partlayış nəticəsində yaranan şuanın təsirinin dərəcəsi haqqında heç bir təsəvvür yox idi. Hətta zəif şualanma da qan xəçəngi, leykoz kimi xəstəliklərə səbəb ola bilirdi.

Dünya Səhiyyə Təşkilatının yaydığı məlumatlarda 350 min təmizlik işçisi yerli polis, ordu, yanğınsöndürənin 1986-1987-ci illərdə radioaktiv ərazisinin təmizlənməsində iştirak etdiyi bildirilir. Bununla yanaşı, “240 min işçinin atom reaktorunun 30 km yaxınlığındakı ərazidə aparılan əsas təmizləmə işləri zamanı yüksək dozada radiasiya aldığı məlumdur”, DST –nın 2006-cı ildə nəşr olunmuş hesabatında bildirilir.  

“Daha sonra, yüksək dərəcədə radiasiyaya məruz qalanların sayı 600 min nəfərə qədər artdı.

İşə başlayandan bir neçə həftə sonra şualanma Sultanova da təsir etdi. O bir ay müddətində xəstəxanada müalicə aldı, daha sonra yenidən təmizləmə işlərinə geri qaytarıldı. Bir il sonra, 1987-ci ilin May ayında, o, yarı iflic olmuş vəziyyətdə zəhərli bölgəni tərk etdi. O, Kievdəki xəstəxanada 5 ay müddətində radiasiyaya qarşı müalicə aldı.

"Mən görmə qabiliyyətimi itirmişdim, və yalnız divardan tutaraq yeriyə bilirdim”, 66 yaşlı Sultanov deyir. “Mən hardasa bu şəraitdə iki üç ay bu şəraitdə yaşadım. Normal həyata qayıdacağıma heç kim inanmırdı. Sonra yavaş-yavaş sağalmağa başladım."

“Kənardan səhhətində heç bir problem olmayan biri kimi görünürəm. Lakin, bu belə deyil”, Sultanov təəsüflə qeyd edir. Sultanov ikisi ürək olmaqla müxtəlif cərrahi əməliyyatlara məruz qalıb.

“Hətta yuxuya getmək də çətindir. Uzananda nəfəs almaqda çətinlik çəkirəm, buna görə də yarı uzanmış vəziyyətdə yatıram. Yatağım daha çox kresloya oxşayır.”

Hadisədən sonra Sovet rəsmiləri partlayışın həcmi və ziyanlarının dərəcəsi barədə ictimaiyətə məlumat verilməsi tələblərini qulaq ardına vurdu və hər bir məlumatı gızli saxladı. Şualanmadan zərər çəkənlər əlillik status ala bilmədilər və həkimlər onların xəstəliklərinin səbəbinin  radiasiya olduğunu təsdiq etməkdən imtina edirdilər.

Xəstəxanada Sultanova xəstəliyimin anadangəlmə olduğu və şualanma ilə heç bir əlaqəsi olmadığı bildirildi.

"O vaxtlar susmağa məcbur idim”, o deyir. “ Haqqını tələb edənlərin sonu dəlixanada hər kəsdən təcrid olunmuş halda qalmaq idi. Bütün bunlar o insanlara qarşı cinayət idi”.

Daha sonra  Eldar  xəstəliyinin şualanmanın təsirindən yarandığının təsdiq edilməsi üçün Ukraynanın Səhiyyə Nazirliyinə müraciət edir. 1987-ci ildə Suleymanov şüalanma diaqnozu təsdiqlənərək, ilk rəsmi  Çernobl faciəsi əlillərindən biri olmuşdur.

          “Mən yaxşı təqaüd alırdım. Təqaüdüm hardasa 800 man edirdi. Ölkədə isə orta aylıq təqaüd 150 man idi. O vaxtlar çörəyin qiyməti 0.30 manat idi. Təsəvvür edirsiz bu pula nə qədər çörək almaq mümkün idi?”, o deyir. SSSR dağıldıqdan sonra, təqaüdlər yavaş yavaş azalmağa başladı. SSSR-nin dağılacağı son aylarda Azərbaycanda insanlar sosial fəaliyyətə başladı və 1990-cı ildə faciənin 4-cü il dönümündə könüllülər tərəfindən “Çernobl Əlilləri cəmiyyəti yaradıldı”. Sultanov isə həmin vaxtdan  cəmiyyətin sədr köməkçisidir.

 Üç il sonra, cəmiyyət yeni müstəqillik əldə etmiş respublikanın parlamentində  Çernobl faciəsi nəticəsində əmək qabiliyyətini itirən şəxslərin hüquqlarının qorunması üçün məsələ qaldırdı. Qəbul edilmiş  “Çernobl faciəsi nəticəsi qurbanlarının və xilasetmə işçilərinin sosial təminatı” qanununa əsasən adıçəkilən faciədə zərər çəkənlər xüsusi tibbi və sosial  imtiyazlar əldə etdi. Bu Heydər Əliyevin hakimiyyətə gəldiyi zaman qəbul etdiyi ilk qanunlardan biri idi.”Biz çox təəcüblənmiş, eyni zamanda sevinmişdik. Bu qanun əsas qanundan bir qədər fərqlənsə də, əsas təminatlar demək olar ki eyni idi”.

 Yenə də Çernobl əlillərinin qanunda narazı qaldığı bəzi məsələlər var: “ Əlillərin reabilitasiyası, və sosial müdafiəsi haqqında” qanunun səhiyyə təminatı. 14 saylı qanunun  1-ci maddəsinə əsasən əlillərin  dövlət səhiyyə obyektlərində və termal mərkəzlərdə pulsuz müalicə almaq, eyni zamanda dərman preparatlarını xüsusi güzəştlərlə almaq imtiyazı var. Lakin, bütün bu əslində uzun çəkən bürokratik prosesdir.

  O, bunun olduqca yorucu olduğundan şikayət edir. “Bütün bu süründürməçilikdənsə, dərmanları öz pulumla almağa üstünlük verirəm”, o deyir.

Otuz bir ildir ki, Azərbaycanda Çernoblda şua alan insanların uşaqlarının müayinəsi ilə məşqul olunmur.

“Mənim bəxtim gətirmişdi. Üç övladım var. Yaxın zamanlarda baba da oldum. Uşaqlarımdan heç birində xəstəlik olmadı. Lakin, bu o demək deyil ki, ölkədə bu sahədə mütəxəssisə ehtiyac yoxdur”, Süleymanov əlavə edir. Bir neçə ildir ki, Nazirlər Kabineti Çernobl facəsindən zərər çəkənlər üçün reabilitasiya mərkəzinin yaradılması barədə müzakirələr edir. Lakin hələ bir nəticə yoxdur.

Bu gün isə Süleymanov vaxtınının əsas hissəsini mütailə etməklə və öz cəmiyyətlərində keçirir. O, tez-tez Çernobl faciəsi qurbanlarını və xilasedicilərini düşünür.

"Heç kim, o vaxt xilasedicilərin nə qədər əhəmiyyətli işlər gördüyünü düşünmür. İndi belə bir şey baş versə, düşünürəm ki, könüllü olaraq bir də getmərəm. Ancaq belə bir hadisə Azərbaycanda olsa, heç düşünmədən yenə də xilasetmələrdə iştirak edərəm”.

 

Bu gün Azərbaycanlı xilasedicilər 400 manat (225 dollar) məbləğində təqaüd alır, bundan əlavə onlara 129 AZN ( 80 dollar) prezident təqaüdü verilir.

Bir çoxları üçün bu əlbəttə yetərli məbləğ deyil.

“Heç nə mükəmməl deyil. Lakin boş tənqidin də heç kimə faydası yoxdur. Hökümətin atdığı müsbət addımları da qiymətləndirmək lazımdır. Hazırda  mən hər ay 500 manat (300 dollar) alıram. Mənə bu bəs edir”, Sultanov deyir.

Onun uşaqlıqda nərdə olan marağı bu gün sevimli hobbisi olub və bir bir neçə ölkə səviyyəli yarışın qalibi olub.

Bir çoxları kimi, Çernobl Süleymanovun da həyatında dərin izlər buraxıb. Lakin, yenə də o qururludur, çünki mənalı həyat yaşayıb. 

 

Çayxana
Haqqımızda
|
© Müəllif Hüquqları