Cəbhə Xəttində Qadın Sahibkarı
Baxışlar: 1205
Dillər: 

Ağdam rayonundan məcburi köçkün olan sahibkar  Gülnarə  Quliyeva Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələrinə baxmayaraq yaşadığı cəbhə xəttinə yaxın ərazidə kiçik mağazasında işləməyə davam edir. 

 

 

Məcburi köçkün ailələrinin əksəriyyəti iş tapmaq, ev tikmək, hətta gündəlik yaşam üçün pul tapmaq  kimi  bir çox problemlərlə üzləşir.

Cəbhə xətti ərazilərində bizneslə məşğul olmağın çoxsaylı risklərinə baxmayaraq Gülnarə xanım hələ də öz biznes planı üzrə hərəkət edir və bu səbəbdən yenidən pul qazanmaq şansı əldə edib.

İndi o, Qarabağ münaqişəsinə görə itirdiyi həyat standartlarını bərpa etməyə çalışır. Onun fəaliyyəti sübut edir ki, məcburi köçkün ailəsindən olan bir qadın da sahibkar ola bilər və işini qurub uğur qazanar. Bu, onun yaşadığı ərazidə nadir haldır. Çünki burda biznes sahəsində qadının rolu görünməzdir.

Amma Gülnarə xanım cəsur və çalışqandır və belə bir mühitdə ayaq üstə qalmağı bacarır.

 

 

 

Məqalənin məzmununa görə məsuliyyəti müəllif daşıyır. Müəllifin mövqeyi ChaiKhana mövqeyi ilə üst üstə düşməyə bilər.

 

Çayxana
Haqqımızda
|
© Müəllif Hüquqları