Əcnəbilərlə Evlilik
Məsuliyyətdən imtina
Baxışlar: 6414
Dillər: 

Cənubi Qafqazda əcnəbilərlə evlilik o qədər də yaxşı qarşılanmır, Azəbaycan da istisna deyil. 2010-cu ildə CRRC-Caucasus' un apardığı sorğuya əsasən Azərbaycanda vətəndaşların 90%  əcnəbilərlə, 50% -i də türk kişiləri ilə evliliyi yaxşı qəbul etmir. Nadirən fərqli irqlərin evliliyinə rast gəlmək olar ki bu da tabu mövzu sayılır.  

 

Əslən azərbaycanlı Şəhla Zeynalova 2010-cu ildə Nigeriya vətəndaşı Həmid Ajibola ilə ailə həyatı qurub. "Həmid mənim ingilis dili müəlimim idi. Onun məndən xoşu gəlməsindən heç xəbərim olmayıb. Bir neçə ay dərsə gedəndən sonra mən kursdan ayırdım. İki ildən sonra biz şəhərdə qarşılaşdıq və o mənə öz sevgisini etiraf etdi."- 28 yaşlı Şəhla deyir.
"Azərbaycadan fərqli olaraq Nigeriyada evliliyimiz çox yaxşı qarşılandı. Daha isti münasibət görürdüm deyə özümü fərqli hiss etmirdim."- Şəhla əlavə edir.
Şəhla və Həmidin rəsmi nigahı Azərbaycanda, toy mərasimi təkcə Nigeriyanın keçmiş paytaxında, Laqosda keçib.
Şəhla əlavə edir. Şəhla hazırda müxtəlif şənliklərin təşkilatçısı, həyat yoldaşı, 34 yaşlı Həmid isə Bakıda ingilis dili müəllimi kimi çalışır. Onların iki övladı var.
Turanə Sayılova pakistanlı Kaşif Əli ilə Bakı Slavyan universitetində oxuyarkən tanış olub. Onlar 2012-ci ildə ailə həyatı qurub və hazırda iki övladı var. 33 yaşlı Kaşif Əli Pakistanın Qujranvala şəhərindəndir, o 2005-ci ildə Bakıya işləmək üçün gəlib. Amma sonradan oxumağa qərar verib və burada da gələcək həyat yoldaşı ilə qarşılaşıb.
"Tanışlıqdan qısa müddət sonra, 2010-cu ildə ailə qurmağı düşündük. Evdə deyəndə, əlbəttə, etiraz edirdilər ki olmaz. Nəsildə ilk dəfə idi ki kimsə əcnəbi ilə evlənmək istəyirdi. Ailədə hər gün söz-söhbət olurdu. Anam əvvəl narazı idi, sonra məni dəstəklədi. Zamanla atam da razılaşdı."- Turanə Əli əlavə edir.
Turanədən fərqli olaraq Əlinin ailəsi onun fikrinə qarşı çıxmayıb,ona istədiyi seçimi etməkdə azad olduğunu deyiblər. Onların toy məclisi həm Azərbaycanda, həm də Pakistanda keçib. Turanə və Kaşif - hər ikisi sünni müsəlmandır və bunun üçün də ailədə dini baxımdan fikir ayrılığı olmur. Turanənin sözlərinə görə bu günə kimi hələ də onu əcnəbi ilə evləndiyinə görə xüsusi ilə yaşlı nəsil arasında qınayanlar var.
"Mənim böyük bacım ingilis vətəndaşı ilə evlidir, o Bakıya gələndə biz pabda görüşdük. 2014 də Kenny ilə təsadüfən orada tanış olduq, bir-birimizə nömrələrimizi verdik. Amma iki həftə ötdü, nə o mənə,nə mən ona zəng etmədim. Dörd ay sonra yenə pabda rastlaşdıq. Öyrəndim ki, o zaman işi ilə əlaqədar Şotlandiyaya qayıtdığı üçün mənlə əlaqə saxlaya bilməyib. Amma təkrar qayıdanda hər gün işlədiyim paba gəlirdi. 2015də görüşməyə başladıq və 6 aydan sonra o mənə evlilik təklifini etdi."- 28 yaşlı Kön
Kenny Mackenzie-nin 25 yaşı var. Bakıdakı neft şirkətlərinin birində mühəndis kimi çalışır. "Könül ingilis dilini bilməsə də biz tez-tez görüşürdük və ona görə hisslərimizi bölüşmək çətin olmurdu." - Kenni Mc. onların sevgi hekayəsindən danışır. Könülün ailəsində daha əvvəl əcnəbi ilə evlilik olduğu üçün valideynlərinə bu surpriz olmayıb.
"Qohumlardan, tanışlardan daha çox yaşlı adamlar valideynlərimə irad tuturdular. Onlar elə fikirləşirdi ki, yad adamdırsa məni aldada bilər, ya ailəm dağılar. Halbuki bacım 9 ildir ingilislə ailəlidi və heç bir problem yaşamayıb." - Könül Mackenzie evliliyi ilə bağlı ətarfdakıların münasibətində danışır. Dini baxışlara gəldikdə nə Könül, nə də Kenny bunun önəmli olduğun hesab etmir.
"Mən müsəlman olsam da dindar deyiləm, Kenny ateistdir. Münasibətlərimizə bu mane olmur. Bircə oğlan övladımız olsa bəlkə sünnət olunmasında fikir ayrı seçkiliyi ola bilər. Amma bəxtimdən qız övladına hamiləyəm,"Könül əlavə edir.
İxtisasca hüquqşünas olan Arzu Gitaliyeva, 40, 2008-ci ildə İtaliya vətəndaşı kinorejissor Karmelo Nuçera ilə Turində tanış olub. Azərbaycana qayıdanda da skype-la danışmağa başladılar. ‘’Sonra məndən xoşu gəldiyini dedi."- Arzu danışır. Arzunun dediyinə görə ailəsində bu izdivaca qarşı çıxan olmayıb. Arzu və Karmelonun iki əkiz - oğlan və qız övladı var. Həyat yoldaşı 39 yaşlı Karmelo Nuçera isə işi ilə bağlı hazırda Siciliyada yaşayır və tezliklə ailə Siciliyada yenidən bir araya gələcək.
"Mən islam, yoldaşımsa katolik kimi öz dinində qalır. Uşaqlar isə düşünürəm, böyüyəndə öz seçimlərin edəcəklər. Sözsüz ki, İtaliyada yaşasaydıq orada daha çox yaşlı nəslin təzyiqləri olardı. Uşaqların xaç suyuna salınması tələb olunacaqdı,"o əlavə edir.
32 yaşlı Vaqif Babayev musiqi müəllimilidir. Altı ildir ki İraqın Ərbil şəhərindəki kollecdə dərs deyir. 2016-ci ildə eyni məktəbdə çalışdığı 35 yaşlı Amerika vətəndaşı Cesika Albrent-la ailə qurub. Cütlüyün ilk toy mərasimi 2016-cı ildə ABŞ-da, ikinci toy mərasimi bir il sonra, 2017-ci ildə Azərbaycanda keçib.
"Biz beynəlxalq dərəcəli mütəxəssislərik. İşlə əlaqədar olaraq müxtəlif ölkələrə gedirik. Əgər qohumların yanında, istər Azərbaycan, istər Amerikada qalsaq yəqin ki bizim həyatımıza müdaxilələr olardı. Heç birimiz öz vətənimizdə yaşamırıq deyə bizim ailəmizə müdaxilə olmayacaq."- Cesika bildirir.
Azərbaycanlı Ziya Muradov,52, əslən rus-ukrayna qarışığı olan 43 yaşlı Yelena Muradova ilə 2002-ci ildə ailə həyatı qurub. Bu evlilikdən 12 yaşlı qız övladı var. "Biz artıq bir yerdə yaşayırdıq. Mən öz dostumu, Yelena da öz rəfiqəsini nikaha dəvət etdi. Anama zəng edib xəbər verdim ki, evlənmişəm. Əlbəttə mən anamın tək oğlu idim, təmtəraqlı toy görmək istərdi."- Muradov əlavə edir.
Muradovların həyatında din heç bir rol oynamır. Hər kəs öz baxışlarında sərbəstdir. "Əgər Ziya məndən islamı qəbul etməyimi istəsəydi razı olardım. Amma onun üçün heç bir önəmi yox idi. Adət-ənənəyə gəlincə bütün bayramları qeyd edirik, fərq qoymuruq."- Yelena bildirir.
Çayxana
Haqqımızda
|
© Müəllif Hüquqları