Dağınıq Otaq - ADO
Məsuliyyətdən imtina
Baxışlar: 4652
Dillər: 

Səhnədə kişi və qadın dayanıb. Qadının sinəsi açıqdır. Böyük ehtirasın nəticəsində onlar öpüşür, qucaqlaşır, bir-birinə yapışırlar, bəzən adama elə gəlir ki, onlar güləşirlər.

İki ilə əvvəl, “Mimoda” ilk dəfə səhnəyə qoyulanda, tamaşa  Azərbaycanın ənənəvi teatr səhnəsində qalmaqala səbəb olub.

Hətta ölkənin paytaxtı Bakıda tamaşada yarıçılpaq ifa göstərmək bir tabudur və belə bir addımı o günədək heç kim atmamışdı.

Aktyor və teatr rejissoru Elmin Bədəlovun əsas məqsədi bu Cənubi Qafqaz ölkəsində incəsənətdə sərhədləri genişləndirmək və incəsənətdə inqilaba çağırışdır. 

Elə bu məqsədlə o, 2013-cü ildə  bir neçə cəsur aktyoru bir yerə toplayaraq “ODA” teatrını təsis edib. 

O vaxtdan bəri, 2015-ci ildə adını dəyişərək ADO Teatr-Kollektivi olan qrup ölkədə müasir və eksperimental teatr üçün unikal məkana çevrilib.  

 

 

Ancaq bu heç də asan olmayıb.

ADO-nun tamaşalarının demək olar ki, tam ssenariləri olmur, bunu da ənənəvi teatr sənətinin əsas qanunlarının pozulması hesab etmək olar.  

ADO Azərbaycan cəmiyyətinin ənənəvi dəyərlərinə meydan oxuyur və seks, azadlıq, hakimiyyətdən sui-istifadə kimi həssas mövzulara toxunur.

Lakin daimi maliyyə çətinliyi teatrın fəaliyyətini davam etdirməsinə təhlükə yaradır.

"ADO xaosdur”, təsisçi direktor Bədəlov belə deyir.

Bu film səhnədəki ifaları ilə qaydalara əməl etməyən aktyor qrupunun səhnə arxasından bəhs edir.

 


 

Çayxana
Haqqımızda
|
© Müəllif Hüquqları