Gəlinsiz toy
Məsuliyyətdən imtina
Baxışlar: 3994
Dillər: 

Azərbaycanın Abşeron yarımadasında yerləşən və mühafizəkar dini baxışları ilə seçilən Nardaran kəndində keçirilən toyda demək olar ki, toyun bütün atributları – kabab, milli rəqslər, bəzədilmiş çadır –var. Olmayan bir tək gəlindir. Qadın qonaqlar da gözə dəymir.

Adətən çox israfçılıqla müşahidə olunan, simvol və rituallarla zəngin bu adət əsrlərlə kişilərin iştirakı ilə keçirilib. Bu cür mərasimlərdə qadin və kişilərin ayrı olmasının kökü İslamın İxtilat qadağasına  dayanır. Lakin, bu adətlər bir çox qonşu islam ölkələrindən fərqli olaraq, Azərbaycanda elə də çox gözlənilmir.

Bu ənənə Cənubi Qafqazda getdikcə yox olur və müasir toyların demək olar ki, hamısı qadın və kişilərin birgə iştirakı ilə keçirilir.

Əslində müasir toylar, ailələr üçün qızlarının özünü göstərib və uyğun ər tapa biləcəkləri yerdir.

Dünyəvi ölkənin Nardaran kimi dini mühafizəkarlığı ilə seçilən yerlərdə kişi toyu ənənəsi hələ də qorunub saxlanılır.

 

Toyların Azərbaycan üçün əhəmiyyəti böyükdür. Ailələr öz gəlirlərinin böyük hissəsini toyların təşkilinə və toylara getməyə xərcləyir. Toy ənənəsi Azərbaycan qadınlarının və kişilərinin həyatının ən mühüm hadisəsidir.
Ilkin Huseynov
Lakin, hazırkı toyların təşkilində İslamdan qalan və qərbdən gələn adətlərin hər ikisindən istifadə olunur.
Ilkin Huseynov
Ilkin Huseynov
Ilkin Huseynov
Ilkin Huseynov
Ənənəvi kişi toylarında, qadınlar səhnə arxasında olur, yəmək bişirir. Bişirilən yeməklər kişilərə verilir və dəha sonra kişilər toyda xidmət göstərir.
Ilkin Huseynov
Ilkin Huseynov
Bir çox hallarda kişi toyları ilə yanaşı qadın toyu da olur. Bütün qadın toylarında bəzi qadınları sarpayı təyin edirlər. Sarpayının əsas işi çadırdan qadınlara baxmaq istəyən kişiləri qovmaqdan ibarətdir.
Ilkin Huseynov
Bakıdan 30 km şimalda yerləşən, 8000 əhalinin yaşadığı Nardarana dünyəvi Azərbaycanın mühafizəkar şiə kəsiminin əsas istehkamı demək olar.
Ilkin Huseynov
Ilkin Huseynov
Bu toylarda yalnız çay və meyvə suyu verilir, lakin bunu bütün kişi toylarına şamil etmək olmaz. Başqa Bakı kəndlərində kişi toylarında içki və qumar olur.
Ilkin Huseynov
Bu bir növ qadın qohumların gözündən iraq yerdə əylənmək üçün bir şansıdır
Ilkin Huseynov
Ilkin Huseynov
Ilkin Huseynov
Ilkin Huseynov
Bəzən kişilərin toy ərəfəsində evlərini də qumara qoyduqları bilinir.
Ilkin Huseynov
Ilkin Huseynov
Ilkin Huseynov
Ilkin Huseynov
Ilkin Huseynov
Ilkin Huseynov
Ilkin Huseynov
Bir çox dini toylarda musiqi və rəqs qadağandır və onların yerinə Qurandan surələr oxunur.
Ilkin Huseynov
Bu toyun birinci günündə dualar oxunmuşdu, lakin şəkillərin çəkildiyi üçüncü gündə isə meyxana və aşıq müsiqisi oxunub.
Ilkin Huseynov
Bakı sakini xanımlardan biri, toyun ayrı keçirilməsini istəyən ailəyə gəlin gedir və kişi toyunun keçirildiyi gün Facebookda “bu gün mənim toyumdu mən isə ofisdəyəm” başlıqlı şəkil paylaşır”.
Ilkin Huseynov
Qeyd etmək lazımdır ki, maliyyə çətinlikləri səbəbi ilə Nardaranda və əsasən Talışların yaşadığı ərazilərdə keçirilən ayrı toylar getdikcə azalır.
Ilkin Huseynov
İki toy eləmək ailələr üçün çətindir.
Ilkin Huseynov
İstənilən halda bu toylarda 300 -400 nəfər iştirak edirdi və oğlanın atası “qanunda oğru” kimi tanınırdı. Bu ifadə Sovet dövrünün qanqsterlərinə verilən ad idi.
Ilkin Huseynov
Ilkin Huseynov
Müasir toylar öz sələflərindən xeyli fərqlənsə də toyda qeyri formal olaraq ayrılma olduğunu hiss edilir.
Ilkin Huseynov
Qərbli qonaqlar rəqs meydançasında bəy ətrafında toplanıb rəqs edən kişiləri görəndə təəcüblənir. Kişilər və qadınlar yemək masalarında da ayrı oturur.
Ilkin Huseynov
İslamın ixtilat qadağasından fərqli olaraq, müasir toylarda qadın və kişilərin ayrı oturması əsasən kişilərin alkoqol içməsi, Azərbaycan kimi ənənəvi cəmiyyətlərdə, qadınların içki içməsinin xoş qarşılanmaması ilə əlaqədardır.
Ilkin Huseynov
Ilkin Huseynov
Çayxana
Haqqımızda
|
© Müəllif Hüquqları