Gürcüstanda hicaba münasibət
Məsuliyyətdən imtina
Baxışlar: 2445
Dillər: 

Yayın istisi idi, Delisi metrosunda 50 yaşlarında qadın mənə baxdı... baxdı... və sonda gözləri doluxsunmuş halda “bednaya devuşka” dedi. Mən gülümsəndim və ona mən yaxşıyam və xoşbəxtəm dedim. Metrodan birlikdə çıxdıq. Yol boyu söhbət etdik....ona azadlığımdan danışdım.

20 yaşım var idi hicab bağlamağa qərar verəndə. 

2016 ilin sonu idi. Tbilisi məscidinə Cümə namazına getmişdim.
Qadınlar otağında Fətimə adlı bir xanım gördüm – uzun, qara paltar qeyinmişdi, bir əlində Quran tutmuşdu. O biri əli ilə sakitcə təsbeh çevirərək yeni gələnlərə namazın mənasını izah edirdi.  Daha sonra şirniyyat payladı.

Evinin zirzəmisində şərab çəlləkləri, otağının divarından asılı Quran-i Kərim kitabı... Fatima bu qədər təzadların içində müsəlman qala bilmək üçün mübarizə aparır. Üstəlik həm də hicablıdır.

Fatima Asanidze Dağıstandan gəlmiş “Lak” adlanan kiçik azlığın nümayəndəsidir.  63 yaşlı qadın uzun illərdir Gürcüstanın Bolnisi ərazisində ailəsi ilə birgə yaşayır. 

Asanidze deyir ki, islam dini də, hicabı da Qurani Kərimi oxuduqdan sonra şüuru şəkildə qəbul edib.

“Mənim mənsub olduğum azlıq xristiandır. Uşaqlığımda digər yaxınlarım kimi, dinimin xristian olduğunu bilirdim. Dini mövzular, inanclar həmişə diqqətimi çəkib. Təxminən 18 yaşlarımdan başladım dini kitablar oxumağa. İlk oxuduğum dini kitab evimizdə olan “Bibliya” olub. Lakin oxuyuandan sonra beynimdə suallarım məni rahat buraxmırdı. Nələrsə aydın deyildi. Zamanla qərara aldım ki digər dini kitabları da oxuyum. Beləcə “İncil”i, “Tövrat”ı ən sonda isə “Qurani-Kərim” kitabını oxuyub bitirdim. Kitabı oxuyandan sonra elə bir xoşbəxtlik hiss etdim ki, onu sözlə ifadə etmək olmaz. Artıq hər şey mənə tam aydınlanmışdı. Elə həmin gündən qərar verdim və müsəlmanlığı qəbul etdim. Çünki, Qurani Kərimin təkcə dini kitab yox həm də çox böyük elm olduğunu anladım. Bundan sonrakı yüzilliklərə aid çox şeylər yazılıb orda, zamanla üzə çıxacaq”.

Müsəlman olmaq, islam dinini qəbul etmək Fatima üçün heç də asan olmayıb. 34 yaşında artıq müsəlmanlığı qəbul edən Fatimaya ilk təqiblər elə öz yaxınlarından gəlib. Atası, anası, hətta bəzi qohumları ona qarşı kəskin münasibət göstərib.  Lakin Fatima deyir ki, onu daha çox sarsıdan öz yoldaşının evladlarının onun seçiminə əqidəsinə hörmət etməmələri, qarşı çıxmaları olub.

“Mənim həyat yoldaşım illərdir mənə təsir etməyə inancımdan döndərməyə çalışır. Evdə üzüm şərabı çəkir, evimizdə zirzəmidə çəlləklərdə şərab saxlayır. Hələ də bu ənənəsinə davam edir. Mən mübarizə aparıram ki, haram olan şeylərdən uzaq dursun. Yemək zamanı evdə və ya qohum evinə gedəndə mənə məcbur edirlər ki mən də donuz əti yeyim. Məm də onlara izah etmyə çalışıram bəzən heç qulaq asmaq istəmirlər”.

Hazırda yaşadığı Bolnisi ərazisində yaşayan xristianların da Fatiməyə qarşı münasibətləri xoş deyil. Bəziləri onu xristianlıqdan dönüb islamı təbliğ etməsinə, kilsəyə deyildə məscidə getməsinə görə qınayır, xristianlığa xəyanətdə ittiham edirlər. Ətrafın təqibləri, namaz qılmaq, evdə şərabdan, haram yeməklərdən uzaq durmaq kimi məsuliyyətlər bir yana Fatima üçün ən çətini hicab bağlamaq olub.

“Qonşular qohumlar mənim hicablı görəndə dərhal rekasiya verirlər. Deyirlər sən müasir deyilsən, bükələnməyin nəyə lazımdır?! Hətta yoldaşım dəfələrlə hicabımı dartışdırıb ki, axı bu nədi çıxart?!. Qonşularım də mənə qarşı bəzən kəskin ifadələr deyirlər, çünki onlar hicabın nə olduğunu dərk etmirlər. Evladlarım da istəyirlər ki, hicabı açam. Lakin mən ölən günə qədər kim nə deyir desin hicabımı açmaram”.

Fatimanın iki böyük arzusu var. Birincisi Quranı daha yaxşı mənimsəyə bilmək, digəri isə yoldaşının islamı qəbul etməsidir.  

“Qohumlarım hətta uşaqlarımın seçiminə qarşmıram. Ancaq yoldaşım çox istəyərdim müsəlman olsun. Ona hər gün islamın gözəlliyindən danışıram qəlblərdə yaşatdığı sevgidən danışıram”.

 

Fatima Asanidze
Leyla Makhmedova Quranı oxumaq üçün ərəb dilini öyrənir
Gülnür Kazimova
By Gulnur Kazimova

Tbilisidə yaşayan 32 yaşlı Leyla Maxmedova da hicab bağlayır. Deyir ki, bəzən təəccüblü baxışlar sezsə də özünü hicablı olduğuna görə narahat hiss etmir.

“Gürcüstanın dövlət dini xristian olsa da başqa dinlərə qarşı tolerantlıq var. Mən hər hansısa diskriminatik münasibət, hicabıma görə, dışlanma hiss etməmişəm. Düzdür bəzən təəcüblü baxırlar, gürcü qadınlar məndən hicabın nə olduğunu soruşurlar mən də izah edirəm. İslam dinimizi yaşamaq üçün hər cür şərait var. Məscidə gedə bilirik, hicab taxmaq üçün qadağa yoxdur. Mən özümü rahat hiss edirəm.”


Gürcüstanda hər on vətəndaşdan biri müsəlmandır. 2002-ci ilin siyahıyaalmasına görə, bu ölkədə görə 430 min müsəlman var. Başqa sözlə desək, əhalinin 9.9%-i özünü müsəlman hesab edir.  Müsəlmanların əksəriyyəti etnik gürcülər deyil, onlar Gürcüstanın cənub-qərbində yaşayan etnik azərbaycanlılardır.

Leyla deyir ki, o ayrı-seçkiliklə heç vaxt üzləşməyib.  Lakin İrqçilik və Dözümsüzlüyə qarşı Avropa Komissiyasının (ECRI) 2016-cı ildə yayımlanan hesabatına görə, "Gürcüstanda nifrət nitqi və müsəlmanlara qarşı fiziki hücumlar artır''. Gürcüstanda mənzillənmiş insan haqları təşkilatının hesabatına görə isə, hakimiyyət ayrı-seçkiliyə uğramaqla bağlı şikayətlərə müdaxilə edə bilmir. Bura hicab geynimək də daxildir. 2017-ci ilin mart ayında Tbilisidəki Tolerantlıq və Müxtəliflik İnstitutu (TDİ) 18 yaşlı tələbənin hicabla məktəbə buraxılmaması barədə məlumatı qınayıb.

Müsəlman doğulmuş Leyla Gürcüstanda xristian cəmiyyətində hicabını qəbul etdirməyi bacarsa da xristian doğulmuş Fatima Asanidze hələ də öz kiçik cəmiyyətinə ailəsinə islamı, əqidəsini, seçimimini qəbul etdirə bimir. 19 ildir ki, ailəsinə, cəmiyyətinə rəğmən hicablı qala bilmək üçün mübarizə aparır.

Çayxana
Haqqımızda
|
© Müəllif Hüquqları