Gürcüstanda qumar həyatı
Məsuliyyətdən imtina
Baxışlar: 3295
Dillər: 

Gürcüstanın Marneuli şəhərindən olan 28 yaşlı fəhlə Elşən Gülməmmədov ötən il oyun aparatlarının olduğu yerə gedəndə tək istədiyi dünyaya gələcək ikinci uşağı üçün bir az pul qazanmaq və əylənmək idi. Əvəzində isə o, zərərçəkənə çevrildi.

Gülməmmədov Marneulinin qərbinə doğru təxminən 2 saat məsəfədə yerləşən Kizilajlo  kəndindəki emalatxanada un və çörək daşınması üçün gündə 8 saatlıq işə görə cəmi 10 lari pul qazanır.

Amma o, ilk övladının xərclərini qarşılaya bilmək üçün bankdan necəsə 2, 500 lari dəyərində kredit götürə bilib. İndi o, borclarını ödəyə bilmək üçün pul yığmalıdır. 

Bu, Gürcüstanın ən aşağı-gəlirli bölgəsi kimi tanınan və Gülməmmədovun yaşadığı Kvemo Kartli bölgəsində heç də asan deyil.

Regionun əhalisi 140 min olan və əsasən etnik azərbaycanlıların yaşadığı mərkəzi Marneuli   şəhərində qumar çıxış yolu kimi görünür. 

Gülməmmədov əvvəlcə onlayn olaraq futbol yarışlarında mərcə girib.

O deyir ki, oyunları izləmək və proqnozları oxumaq üçün gününün çox hissəsini yerli internet klubda sərf edir. Hər həftə o, bütün əmək haqqını oyun aparatlarına xərcləyib.

Daha sonra o, mal-qarasını satıb və dostlarından 1, 500 dollar borc alıb.

Marneuli bazarında daşıyıcı kimi işləyən atası onun borcları üçün 3, 500 dollar kredit götürüb.

“Mən (qumar oynamağa) dayanmağa  çalışdım, ancaq alınmadı”, Gülməmmədov deyir.

“Beynimdə bir səs mənə dedi ki, qumar oynamağa davam et. Bu ruhi xəstəlik kimidir, ancaq müalicəsi yoxdur”.

Marneulidə şəhərin mərkəzində  isə qumar oynamaq üçün çox vasitə var. Kazinolar, totalizatorlar və başqa üsullar bir növ kənd təsərrüfatının geniş yayıldığı bu bölgədə çox gərəkli olan iş yerlərini əvəzləyir.

 Amma Gürcüstanda gəliləri təxminən 1 milyard dollardan çox olduğu güman edilən qumar bumu davam edir. Bu isə kommersiya banklarını qabaqlamaq dəməkdir. 

 

Tbilisidə24 saat işləyən və 140 oyun aparatına malik Casino Monte Carlo-nun yanında əyləşən sərxoş adam.
Qumar oynamağa məcbur olmuş Ramin Nağıyev Marneulidəki evində oturub. O, qumar borclarına görə götürdüyü krediti ödəyə bilmədiyi üçün əmlakını lombarda itirmək riski ilə yaşayır.
Elşən Gülməmmədov Marneulidə arvadı Xəyalə ilə birgə yaşadığı kiçik mənzilin pəncərəsinin arxasında oğulları Elcan və qızları Aliyə ilə birgə. O, çörəkbişirmə emalatxanasında işləyərək qumar borclarını ödəməyə çalışır.

Qumar bumundan kəndlərdə yaşayan istehlakçılar daha çox əziyyət çəkir.

Avropa İttifaqının bəzi ölkələrində qumar komissiyalarından fərqli olaraq, kazinoları lisenziyalaşdıran Gürcüstanın Gəlirlər Xidməti qumar asılılığından qurtulmaq üçün harada kömək axtarmaq barədə heç bir ictimai informasiya ilə təmin etmir.

Qumar aludəçilərinə yardım edən Kamara qeyri hökumət təşkilatı isə büdcə problemlərinə görə  paytaxtdan başqa yerdə fəaliyyət göstərə bilmir. QHT-nin ofisi Marneulidən 1 saatlıq məsafədədir. 

Gürcüstanda qumar aludəçilərinin sayına dair heç bir rəsmi rəqəm yoxdur. Amma Kamara təşkilatının psixoloqu Nino Komakhidze bunu narkomaniya aslılığına bənzədir.

"Ailələr belə aludə adamları xəstə kimi qəbul etməlidirlər.  Ailə fikirləşməməlidir ki, bu, sadə bir xəstəlikdir. Bu, çox təhlükəli aslılıqdır" və "onu müalicə etmək çox çətindir".

Bir neçə ay əvvəl, boşanma təhlükəsi nəhayət ki Gülməmmədovu qumar oynamağı dayandırmağa sövq edib. Lakin ona hələ də kömək lazımdır.

Hazırda o, gündə 16 saat işləyərək borclu olduğu 600 dolları geri qaytarmağa çalışır. Onun hələ də müalicə üçün maddi vəsaiti yoxdur.

Gülməmmədovla evlənə bilmək üçün orta məktəbi tərk etməli olan 25 yaşlı arvadı Xəyalə Nəcəfovanın  ərinin borclarını ödəmyə kömək üçün iş bacarıqları çatışmır.

“Mən belə, tələbatımızın hüdudlarından kənarda yaşamaqdan məyusam," o, övladları və  Gülməmmədovun valideynləri ilə bölüşdüyü ikiotaqlı kottecdə danışır.

"Hərdən uşaqlarıma verməyə bir tikə çörək tapa bilmirəm. Bilmirəm borclarımızı necə ödəyəcəyik”, o, davam edir.

Gülməmmədovun hekayəsinə bənzər hadisələr Kvemo Kartli bölgəsinin seçicilərinin niyə hakimiyyətdən qumar oyunlarına məhdudiyyətlər tətbiq edilməsi istəyini izah edir. Sakinlər xüsusən gənclərə görə narahatdır.

"[Gürcüstanda] Qumara əyləncə kimi deyil, əksinə pul və gəlir mənbəyi kimi baxılır ", Marneuli millət vəkili Savalan Mirzəyev şərh verir.

"Biz xalqımızı bu cür oyunlardan qorumağa çalışmalıyıq",  Gürcüstanın hakim “Arzu” partiyasının üzvü olan Mirzəyev deyir.

Mirzəyev parlamentdən istəyir ki, kazinolar şəhər kənarında ayrılmış ərazilərdə yerləşdirilsin və  yetkinlik yaşına çatmayanlar bura buraxılmasın.

 

Gürcüstanın Qara dənizdəki Batumi şəhərində bir kazino xaricində mükafat olaraq dördtəkərli kvadrosikl nümayiş olunur
Batumidəki kazino perspektivli oyunçuları cəlb etmək üçün restoran və karaoke və rəqs kimi əyləncə obyektləri təklif edir.
Marneulidəki Las-Veqas kazinosunun reklamında insanlara "öz qaydaları ilə oynamaq" təklif olunur.
Marneulinin dolu Marneuli-Algeti-Azizkenti küçəsində yaşayış binalarının yaxınlığında içərisində əyləncə mərkəzi olan kazino var.
Bankomatlar əsasən kazino yaxınlığında qurulur. Bununla da qumar oynayanların pula çıxışı tez və asan olur.

Gürcüstanın Transparency İnternational (Beynəlxalq Şəffaflıq) təşkilatı tərəfindən 2014-cü ildə nəşr edilən rəy sorğusuna görə, əksər gürcülər, yəni 1,867 respondentin 92 faizi - oyun biznesinə qismən qadağa və ya məhdudiyyətlərin tətbiq olunmasına razıdır.

Hərçənd, Kalmara təşkilatından olan Komaxidze hesab edir ki, qadağa yalnız gürcülərin gizli qumar oynamasına gətirib çıxaracaq. Əvəzində o, təklif edir ki, kütləvi informasiya vasitələrində qumar reklamlarına son qoyulsun və qumar oynamaq üçün minimal yaş həddi 25 olsun.

Qumar oyunları üzrə parlament işçi qrupunun rəhbəri, millət vəkili Levan Gogichiashvili onlayn qumar oyunlarında yaş və digər məhdudiyyətlərin tətbiq edilməsinə səy göstərmək istəyir.

Marneulinin özündə oyun sənayesi ilə əlaqədar bəzi müəssisələr vurğulayırlar ki, onlar qumardan sui-istifadənin qarşısını almaq üçün yalnız bunu tətbiq edə bilərlər.

Şəhər mərkəzində internet klubun sahibi Piri Ləzgiyev deyir ki, o, müştərilərin daxil olduğu saytlara nəzarət etmək iqtidarında deyil. Onun sözlərinə görə, müştərilərin az hissəsi qumar oymaq məqsədilə gəlir.

“Onlayn qumar oyunu kəndlərdə geniş yayılıb, çünki oralarda kazino yoxdur”, o bildirir, “amma Marneulidə çoxdur”.

34 yaşlı Marenuli sakini Ramin Nağıyevə isə bir dənəsi kifayət edib.

İki il əvvəl Nağıyev atası ilə birlikdə gəlinlik paltarları kirayəyə verən və satan gözəllik salonu açmaq üçün 15 min dollar kredit götürüb. Bu Marneulidə potensial olaraq davamlı biznes sayılır.

Amma onların xarici şəriki yoxa çıxdıqdan sonra biznes uğursuzluğa düçar olub. Nağıyev, Gülməmmədov kimi, borclarını ödəmək üçün qumar oyunlarına müraciət edib.

Oyun aparatından udduğu 68 lari (təxminən 27 dollar) isə onun bu cəhdlərinin davamlı olması ilə nəticələnib.

25 dəqiqə ərzində o, 1000 dollar uduzub. Bu rəqəm Kvemo Kartli regionunda adambaşına düşən orta gəlirin məbləğindən təxminən 13 dəfə çoxdur.

“(Uduzduğum məbləğ)...oyananda da ağlımda odur, gecə yatmağa gedəndə də”, Nağıyev deyir. 

"Qumar mənə hər şeyi unutdurdu. Mən uduzduğumu qazanmaq istəyirdim, vəssalam”. 

İndi Nağıyevin 20 min dollardan çox borcu var. Onun 2 uşağı, arvadı və valideynləri ilə birgə yaşadığı evi məhkəmə qərarı ilə itirmək təhlükəsi var.

"Bütün pulumu uduzanda, başa düşdüm ki, kazinolar bizim yox, kazino sahiblərinin qazanması üçün nəzərdə tutulub," o, danışır.  

Hərçənd ki, Marneuli kazinosu Olimp.Bet-in meneceri deyir ki, əgər müştərilərin qumar oynamaq üçün  borc götürdüyünü bilsəydi “yəqin ki, onlara qumar oynamağa icazə verməzdi".

Amma nəticə etibarilə, o, “bu, onların öz problemidir”, deyir. 

Marneulidə idman mərc oyunları ilə məşhur məkana daxil olan kişi.
Marneulinin dolu Marneuli-Algeti-Azizkenti küçəsində kazino.
Marneulinin mərkəzində səs-küylü bazar yaxınlığında məşhur Lider-Bet kazino-oyun şəbəkəsinin filialı.
Marneulidə bəzi oyunçular kazinoların əvəzində internet klublarda onlayn mərc oyunlarına üstünlük verir. Bu klublardakı yeniyetmələr də belə təcrübəyə maraq göstərə bilər.
Ölkənin ən iri pərakəndə bank zənciri Gürcüstan Bankının (Bank of Georgia) Marneuli filialı. Məlumata görə, Gürcüstanın sürətlə inkişaf edən qumar biznesi onun bank sektorundan daha çox gəlir gətirir.
Marneulinin mərkəzi Marneuli-Algeti-Azizkenti küçəsində məşhur idman mərc məkanı olan Monreal totalizatorun yanından keçən kişi.
Çayxana
Haqqımızda
|
© Müəllif Hüquqları