İran: Ana dili Uğrunda Mübarizə
Baxışlar: 2985
Dillər: 

Azərbaycan türkləri İranın ən çoxsaylı milli azlığıdır. Əsasən Cənubi Azərbaycan ( və ya İranının Şimali Azərbaycanı) kimi tanınan ərazidə məskunlaşan 30 milyonluq icma, ölkə əhalisinin demək olar ki yarısını təşkil edir. Lakin buna baxmayaraq, bu etnik qrup öz milli kimliyini təsdiq etdirməkdə çətinliklərlə qarşılaşır, belə ki, Azərbaycan dilində məktəb və media vasitəsinin açılması qadağandır.  

 

2000-ci ildən başlayaraq Azərbaycanlılar İran Konstitusiyasında nəzərdə tutulduğu kimi Fars dili ilə yanaşı  etnik qrupların ana dilində təhsil almaq hüqundan istifadə etmək üçün mübarizəyə başlamışdır. Azərbaycanlılardan dəfələrlə az olan milli azlıqlar ( məsələn, digər Qafqaz millətləri ermənilər və gürcülər) öz dillərində məktəb açmaqda heç bir məhdudiyyətlə üzləşməsələr də Azərbaycan türkləri bu hüquqdan məhdrumdur.  Dövlət kanalları yalnız fars dilində fəaliyyət göstərir.

Azərbaycan uşaqları öz ana dillərini məhdud qrupda, əsasən öz ailələrində öyrənmək məcburiyyətindədir, və bu uşaqlar fars dilinin ciddi təsiri altına düşürlər. Səbəb isə, Azərbaycanlıların məskunlaşdığı bu ərazilərin 19-cu əsrin əvvələrindən İranın tərkib hissəsinə keçməsidir.

 Bu səbəbdəndir ki, Məhsa Mehdi öz ana dilini sevmək və qorumaq üçün mübarizə aparır.

Mehdili, 1983-cü ildə İranın şimal-qərbində yerləşən Salmas şəhərində dünyay göz açan,  hal –hazırda Türkiyədə mühacir həyatı yaşayan fəallardan biridir. O,valideyinləri müəllim olan ailənin  tək  qız övladıdır. Azərbaycan türkcəsi bütün ailə yeməklərindən uşaq oyunarına qədər həyatı boyu istifadə etdiyi dil olmuşdur.

 Onun ailəsindən kənarda isə bütün hər yerdə ona yad olan xarici dildə danışdırdılar.

“Televizorda və radioda ancaq fars dilində danışdırlar”, - o deyir. “Mənim atam bu məsələlərdə olduqca sərt biri idi. O evdə yazlnız öz dilimizdə danışardı, hətta başqa  rayonlarda danışılan azəri türkcəsinin diyalektində danışmağımız da onun xoşuna gəlmirdi”.

O, üç qardaşın tək bacısı idi. Lakin, gender məsələrində ədalətsizlik onların ailəsinə yad olan məhvum idi. “Mənim anam olduqca güclü qadın idi və  heç bir zaman sən qızsan buna görə də bu işi görmək sənə qadağandır” cümləsini eşitməmişdim. Atam isə həmişə deyərdi ki, “qadın istəsə ordu da idarə edə bilər”.

Onun öz ana dilində danışmaq üçün apardığı mübarizə hələ erkən məktəb illərindən başlamışdır. Ailəsinin böyükləri onun öz dilində danışmağını çox bəyənsə də, məktəbdə öz ana dilində inşa yazmaq istəyinə müəllimləri etiraz etmişdi. “Bu qanuni deyil”, demişdilər. O, müntəzəm olaraq cəsarətli məzmunda şerlərlə çıxış etdiyi müxtəlif şer günlərində iştirak etmişdir.

 “Öz ana dilində yazmağa çox az adam cəsarət edirdi, və düzünü desəm biz özümüz də ana diliizi yetərincə yaxşı bilmirdik”, o deyir.  “Biz sadəcə bu dildə danışa bilirdik, yeni söz öyrənmək bizim üçün yeni kəşf demək idi.”.

Salmasda yaşayan əhalinin əksəriyyəti azəri olmasına baxmayaraq, şəhərdə əhaliyə xidmət göstərən iki kitab mağazası var ki, onlardan biri də Mehdilinin müəllimi Nadali Cəlilə məxsusdur. Kiçik yaşlarında Məhsa gününü o kitab mağazasında keçirərdi. 

 

Bu illər onun milli kimliyinin və hara mənsub olduğunun  formalaşdığı illər idi. Daha sonra o, Sovetlər Birliyinin dağılmasından sonra başlanan ə hələ də davam edən müharibə nəticəsində Azərbaycan ayrılmış Qarabağ müharibəsi və 1945-1946-cı illər ərzində paytaxtı Təbriz olmaqla qurulan Milli Hökümət - 21 Azər hərəkatı haqqında məlumatlar öyrənmişdir.

O, kitabları çox sevirdi. Atasının kitabxanasında axtarış edərkən onun qarşısına “Əsli və Kərəm” dastanı çıxır. Tarixi 16-cı ərsə aid olan, müsəlman azəri gəncin xristian erməni qızına aşıq olmasından bəhs edən müəllifi naməlum bu faciəvi əsər səkkiz yaşında qıza olduqca dərin təsir edir. Əsər azərbaycan dilində ərəb əlifbası ilə yazılmışdı. Kitab oxumaqdan başqa o, həmdə yazmağa başlamışdı.

O, Türkiyə sərhəddinə yaxın yerləşən Urmiya şəhərindəki üniversitetin baytarlıq fakültəsinə daxil oldu. Bu sahənin olduqca gəlirli olması səbəi ilə ailəsi Məhsaya oraya daxil olmağı tövsiyyə etmişdi. Lakin, fakultə Məhsanın ürəyincə deyildi. Universitetde insanların çoxu farsca danışırdı.Azərbaycan dilində danışmaq böyük problem idi. Bir çox tələbə ona həqarətlə baxır, digər bir qrup isə onun cəsarətini tərifləyirdi. Demək olar ki orta qrup yox idi.

O, Azərbaycan və Fars dilində şerlər yazan Şəhriyarın anım gecələrində iştirak edirdi.

“Mən Urmiya tədbirlərdə iştirak edirdim və öz həmfikirlərimlə tanış olurdum. İlk əvvələr tədbirlərdəki tək qadın mən idim, lakin sonradan tədbirlərlə gələn xanımların sayı artmağa başladı.Mən milliyətçi olmağa başlamışdım”.

2002-ci ildə Məhsa,  Azərbaycan və Fars dillərində fəaliyyət göstərən “Oyanış” jurnalında yazmağa başladı. Həmin il o, universitet yataxanasında pulsuz azərbaycan dili dərsləri verməyə başladı.

“Biz fəal və cəsur xanımlardıq. Bir gün biz İranda Azərbaycanlıların üzləşdıyi çətinliklər barədə flayerlər paylamaq qərarına gəldik və 1000 dən çox elan paylaya bildik. Hətta bundan kişilərin də xəbəri olmadı”.

Bütün məhdudiyyətlətə baxmayaraq onlar 1992-ci ildə başlayan Dağlıq Qarabağ müharibəsi mülkü əhalinin kütləvi şəkildə qətl edildiyi Xocalı faciəsinin də gizli şəkildə yad etdilər. 

2005-ci ildə o üniversitet yataxanasından atıldı. Səbəb isə onun müasir türkiyənin banısı Mustafa Kamal Atatürk, Qarabağ və Azərbaycan haqqında oxuduğu şerlər idi.

“ O gecəni heç vaxt unutmayacam. Ana dilimdə bir neçə şer oxudum deyə gecə ilə qaldığım yerı hücüm etdilər. Bizim yataxana şəhərdən 20 km aralıqda yerləşir ,gecə saat 1 idi və məni oradan çıxartmaq istəyirdilər. Lakin, digər qızların müqaviməti ilə üzləşdirkləri üçün bunu edə bilmədilər.”

 

Bu hadisədən sonra Mehdili İran hakimiyyətinin qara siyahısına düşdü. Tez tez izlənilir ə sorğuya çağırılırdı.

“O qədər sorğuya çağırıblar ki, say hesabını unutmuşam. Lakin deyə bilərəm ki, bütün bunlar hafizəmdə dərin yaralar açıb.”

Fəallarla mübarizə 2006-cı ildən sonra daha geniş vüsət almağa başladı. Həmin ilin may ayında İranın farsdilli “İran” qazeti türk dilində danışan tarakan karikaturası nəşr etdi. Bu karikatura ölkənin yarısını təşkil edən Azərbaycanıların qəzəbinə səbəb oldu, ölkədə genış etiraz dalğası başladı. Etrazlar dövlət qazetinın “ milli zəmində provokativ materiallar yaymaq” səbəi ilə bağlanıldı. Ölkənin mədəniyyət naziri rəsmi şəkildə üzr istədi.

Bu hadisələr milli hissləri daha da oyatdı və ölkədə mütün azlıqlara eyni davranılmasını tələb edən aktivistlətin sayını artıtdı. Hökümət onların hakimiyyətinə təhlükə ola biləcək milli oyanışın yarandığını gördü.

Etirazlarda iştirak edən tələbələr dərslərə buraxılmadı,Mehdili bir neçə dəfə polis sorğularına çağırıldı. 2011 –ci ildə o İran rejimi əleyhinə çıxışlar etdiyi səbəbi ilə təhlükəsizlik qüvvələri tərəfindən zindanda sorğulanıb. Məhkəmədən sonra bir illik şərti cəza verilib.

Bu mübarizəsi yolunda o, öz məhəbətini tapdı. 2011-ci ildə onun kimi digər fəalların müdafiəsi ilə məşqul olan Musa Barzin Xəlifəli ilə tanış oldu və ailə həyatı qurdu. Nikah müqaviləsində qızıl yerinə Qarabağ torpağı və 21 Azər hərəkatının hakimiyyətdə olduğu günləri simvolizə edən 1324 kitab istədi.

Musa Barzini 27 ay həbs cəzası alıb, lakin üç ay həbsdə qaldıqdan sonra 100 milyon ( $US 40000) girov qoyub və  ailəsi ilə İranı tərk etməyə məcbur olur. 2012-ci ildən bəri olar Türkiyənin paytaxtı Ankara şəhərində yaşayırlar.

Mehdili öz mübarizəsini unutmayıb. O, Azərbaycan Milli Cəbhəsinin rəsmisidir və hüququ tapdalanan insanların haqqlarını aramaqda onlara kömək edir. O baytarlıq fakultəsini ataraq Türkiyədə beynəxalq əlaqələr üzrə təhsilini davam etdirir.

Mehdili güya İrandakı siyası məhbuslar haqqında yalan məlumatlar yaydığı üçün hələ də İran hakimiyyətinin hədəfindədir. Ailəsi dəfələrlə təhdid olunub.

“Bu mənə qarşı olan çirkli propaqandadır. Bunun səbəbi isə fəaliyyətimdir”, o, Ankaradakı evindən Chai-Khanaya verdiyi müsahibədə  deyir.

“Mən xoşbəxtəm. Mənim ideyalarımı və fikirlərimi qəbul edən ailəm və həyat yoldaşım var. Onlar heç vaxt məni öz işimdən yayındırmaq istəməyiblər. Bu asan deyil. Və mübarizəm hələ də davam edir.”  

 

 

Məqalənin məzmununa görə məsuliyyəti müəllif daşıyır. Müəllifin mövqeyi ChaiKhana mövqeyi ilə üst üstə düşməyə bilər.

Çayxana
Haqqımızda
|
© Müəllif Hüquqları