İranda Azərbaycanlı Qadının Mübarizəsi və Çətinlikləri
Məsuliyyətdən imtina
Baxışlar: 5039
Dillər: 

Binanın bir küncündən gələn “canıva azzar” sözü məni çaşdırdı. Beş yaşında bir oğlan uşağı hirslə bunu atasına deyirdi. Bu tanış ifadəni eşitmək məni təəcübləndirdi. Mənə elə gəldi ki, mən öz doğma Azərbaycanımdayam. Lakin, əslində mən İstanbul hava limanının gözləmə zalında Təbriz uçuşumu gözləyirdim.

Təbriz İranın əsasən azərbaycanlılar yaşayan hissəsinin mərkəzi şəhəridir və təyyarədə olan sərnişinlərin əksəriyyəti azərbaycanılılar idi.

Demək olar ki, qadınların heç biri başını örtməyib. Gənc bir qadın hündür ayaqqbı, qısa paltar və dar lasin geyinib. Bu cür geyim İranda nəinki qadağandır, hətta buna görə,o, əxlaq polisləri tərəfindən həbs edilə və ya cəzalandırıla bilər.  Anası o qıza yaxınlaşır və soruşur ki, bu geyimdə İrana necə gedəcək. Qız isə kefi pozulmuş nə edəcəyini düşünür. Biri ona öz baş örtüsünü verir ki, ayaqlarına bağlasın, lakin başından ayaqlarına qədər bədən tam örtülü olmasa o İranda təyyarədən enə bilməz. Təyyarənin havaya qalxmasına isə 20 dəqiqə var. O, tələsik təyyarədəki qadınlara yaxınlaşır və onlardan kömək istəyir. Nəhayət, qadınlardan biri ona şalvar verir.

Təyyarə Təbriz hava limanına enəndə qadın sərnişinlər yaylıqlarını çantalarından çıxardıb səliqə ilə başlarına örtür.

Təbrizli qadınlar gündəlik həyatda da ölkədəki stereotipləri qırmağa çalışır. Qərb mediasının göstərdiyi qara çadralı və kişilərin dominantlıq etdiyi cəmiyyətdə heç bir hüququ olmayan qadınların əksinə olaraq, İran qadınları əslində siyasi və sosial həyatda aktiv rol oynayır

Azərbaycanlılar farslardan sonra İranın ən böyük etnik qrupudur. Əsasən  iran azərbaycanlılarının məsunlaşdığı Təbriz şəhəri ölkənin tarixi payaxtlarından biridir və Cənubi Azərbaycan əyalətinin mərkəzidir. Təbriz İran Azərbaycanının mədəni paytaxtıdır, bəzən yerli əhali şəhərin həm də siyasi paytaxt olduğunu deyir.

İranda Pəhləvilər sülaləsinin hakimiyyəti  ( 1925-1979) və hazırkı İran İslam respublikası zamanında da azərbaycanlılar ana dilində təhsildən məhrumdur. Öz mədəniyyətini, milli kimliyini təbliğ edən, dinc nümayişlərdə iştirak edən azərbaycanlılar təqib olunur, hətta asılır. Lakin bütün bu qadağalar bölgədəki azərbaycanlı qadınları mübarizədən çəkindirə bilmir.

29 yaşlı Nazilə Cavadbəyli ictimai fəal qadınlardan biridir. O, azərbaycan dilində məktəblərin açılması üçün mübarizə aparır və bir neçə kəntdə fars və azərbaycan dillərində kitabxanalar açıb. O,həmçinin bir sıra uşaq kitablarının müəllifi və İrandakı türklərin bu günü, keçmişi və gələcəyi haqqında məqalələr nəşr edən  Sədaqət jurnalının redaktoru idi.

Maliyyə problemləri səbəbindən jurnal bağlanıb. Cavadbəyli uşaqların ana dilində oxuya bilməsi üçün azərbaycan dilində yazır. Onun kitabları Türkiyə və Bakıda nəşr olunub.

İranda qadınların hüquqları qanunla məhdudlaşdırlır. Qadınlar president seçkilərində iştirak edə, hakım ola bilməz. Həmçinin onların atasının və qardaşının icazəsi olmadan ölkədən çıxışı qadağandır. Bununla yanaşı, onların varislik hüququ da məhdudur, ataları öldüyü halda qardaşlarına çatan miras iki dəfə çoxdur. Azərbaycan kökənli bir xanıma İranda hüquq mübarizəsi aparmaq ikiqat çətindir, bir tərəfən qadın kimi, digər tərəfdən isə azərbaycanlı kimi.

Yeddi kitab müəllifi, 55 yaşlı Fərənək Fərid inqilabdan sonraki ilk feministlərin sırasındadır. Dörd il əvvəl o, Urmiya gölünün suni şəkildə qurudulmasına qarşı keçirilən etriraz aksiyalarında iştirak etdiyinə görə 45 günlük həbs edilib.

“Onlar məni Urmiya gölünə görə həbs etdilər. Lakin məncə bu sadəcə nümayişlərdə iştirakım ilə bağlı deyildi, ana dilinin təbliği və feminism fəaliyyətlərim onlara məlum idi. Bu əsl Azərbaycan hərəkatı idi”, həbsxanada fiziki təyziqə məruz qalan Fərid deyir.

Fərid Təbrizə Azərbaycan dili və qadın hüquqları mübarizəsini eyni zamanda aparan ilk qadın idi. O deyir ki, mərkəzləşmə İranda əsas problemlərdən biridir, “ fəal qadınlar, Tehrana köçdükdən sonra milli məsələri yaddan çıxardır və əsasən qadın hüquqlarının qorunması istiqamətində fəaliyyət göstəririlər”.

“İslam inqilabından sonra milli köklərimizə qayıtmaq böyük hərəkata dönüşdü. Lakin, bir çox qadınlarımız ya milli məsələlər ya da qadın hüquqlarının müdafiəsi ilə məşquldu. İkisini bir yerdə apara bilmirlər.

Yaxın keçmişdən fərqli olaraq, indi bir çox ailələr qızlarını təhsildən məhrum etmir, əksinə onların savadlı və aktiv olmasını istəyir.

“Burda qadınlar kişilərdən daha fəaldır, qadın yazıçıların sayı kişilərdən daha çoxdur. Bu tarix boyu belə olub- Təbrizli qadınlar həmişə mübariz olub. Bu gün də qadınlar təhsil almaq və onu davam etdirmək istəyir. ”Keçmişdə isə hər şey daha fərqli idi”, Cavadbəyli deyir. Onun 23 yaşlı baldızı 6 bacısı ilə birlikdə təhsil almaqdan məhrum edilmişdi. Cavadbəylinin Parxahan kəndində böyüyən  64 yaşlı anası heç ibtidai təhsil sayılan mədrəsəyə də gedə bilməmişdi.

“O vaxtlar qızları oxumağa qoymurdular. Mən farsca danışa bilmirəm, amma istəyirdim ki, uşaqlarım təhsil alsın”, 10 uşaq və 10 nəvə sahibi olan Zərifə Bazmi deyir. Zərifə 15 yaşında ailə qurub.

Adilə Təhmasibi misal götürək. 61 yaşlı Adilə Əhəş şəhərində böyüyüb, 9 yaşında nişanlanıb və 13 yaşında ərə verilib. O əri ilə dağlara çıxıb və daha sonra İranın ən məhşur haykerlərindən biri olub. 1986-ci ildə o,Təbrizdəki hayker qadınların təşkilatını yaradıb. O, İranın müxtəlif bölgələrindən qadınları toplayaraq İranın daölarına səfərlər təşkil edib.

“İranın müxtəlif bölgələrindən olan 1200 qadın ilə dağlara çıxdıq. Mən istəyirdim ki, onlarda özünə inam yaransın, anlasınlar ki, kişilərsiz də dağlara səyahət edə, öz ayaqları üstündə dura bilərlər”, Təhmasibi deyir. Təşkilatda qadınlara dağçılıq ilə yanaşı, iqtisadi cəhədən heç kimdən aslı olmaları üçün müxtəlif peşələr də öyrədilirdi. Adilə Təbrizdə 8 mart – Beynəlxaq Qadınlar gününü qeyd edən ilk qadın olmuşdur. Həmin gün o , başqa qadınları evə dəvət etmiş, müxtəlif şerlər oxunmuş və qadın hüquqları müzakirə edilmişdi.

Rəsmilər bir neçə dəfə onun fəaliyyətini dayandırmağa cəhd ediblər. Məsələn,  8 mart bayramını qeyd etdiyi bilinəndə, o dindirilib və fəaliyyətə son qoyması barədə xəbərdarlıq edilib.

“Əlbəttə, mən istəmirdim ki, kimsə döyülsün və problem yaşasın, buna görə də 8 martı evdə keçirmədim, lakin gələn il digər qadınlar bu bayramı öz evlərində keçirdilər”.

Dağa çıxanda çadrasını çıxardığı üçün rəsmilər onun bu fəaliyyətinə də son qoymağa çalışdılar. O, 9 ay sevimli idmanından ayrılmalı oldu. Bütün bu məhdudiyyətlər təbrizli qadınları ictimai fəaliyyətdən uzaqlaşdıra bilmir. Bir çox qadın üçün çadra hökümətin geyinməyə məcbur etdiyi paltardır. İstənilən halda, heç nə qadınları düşündüyünü etməkdən çəkindirə bilmir.

Nazilənin 64 yaşlı anası çiçəkli qara çadrasını hətta evdə qadınların içində də çıxartmır. “Bunsuz özümü rahat hiss etmirəm. Hətta Bakıda olanda oğlum çadraı çıxartmağımı istəsə də, çıxartmadım. Çünki,artıq çadra geyinmək vərdiş halına gəlib,” o deyir.

Onun qizi Nazilənin fikrincə isə yaylıq onların mədəniyyətlərinin bir parçasıdır.

“Hətta İrandan kənara çıxanda da baş örtüyümü çıxartmıram. Biz belə böyüdülmüşük.Bu mənim seçimimdir və mən özümü belə rahat hiss edirəm. Məncə azadlıq düşüncə və fikirlərdədir”, o deyir.

Lakin bu fikirlə hamı razı deyil.  Baş örtüsü yazıçı və director Leyla Novruzinin seçimi deyil.

“İrandan kənara çıxan kimi, yaylığımı çıxardıram. Çünki bu mənim seçimim deyil”, Ərdəbil sakini 27 yaşlı Leyla deyir. “ Əlbəttə bunu geyinib geyinməməkdə azad olmaq istəyərdim, bizi buna məcbur edirlər, bu mənim şəxsi seçimim deyil. Mən demirəm ki, bu mənə istədiyim işi görməyə mane olur, lakin istənilən halda buna insanın şəxsi istəyi olmalıdır.”

Telegramla yanaşı, İnstagram və digər məhşur sosial medya vasitələri İranda olduqca məhşurdur və Leylinin çoxlu virtual izləyiciləri var.

O sosial mediyada başı açıq şəklini paylaşanda qadınlar tərəfindən tənqid edilib. “Əsasən də qadınlar məni tənqid etdilər.  Onların reaksiyası olduqca mənfi oldu. Mən anlamıram ki, axı niyə mən kişilər gunah işləməsin deyə başımı örtməliyəm. “ Mənə deyirlər ki, kişilər mənə baxın günah işləyəcək”.

Təbrizdə bir həftə qaldım, ancaq gördüklərimdən sonra anladım ki, dünya mediyası İranın mühavizəkarlığını olduqca şişirdir.

Təbriz Beynəlxalq hava limanı. Təbriz – İstanbul reysi

Təyyarə havaya qalxan kimi yaylıqlar çıxardılır. Bir çoxları üçün yaylığını başdan çıxartmaq azadlıqdır. İstanbulda gəzəndə  iki –üç dəfə yaylığımın olub olmadığını yoxlamaq üçün əlimi başıma aparmışdm.

İranın daxilində və xaricində

“İranı tərk edəndə mən heç vaxt yaylıq taxmıram. Buna görə də mənim hicabsız çəklimi çəkə bilərsiz. Fərənək Fərid İranın ilk feminist qadınıdır. O, həm qadın hüquqları, həm də milli məsələlərdə fəal olaraq çalışır. 2008-ci ildə onlar bütün İranda “İkili standandartlı qanunlara etiraz üçün min imza” başlatdılar. 

Üç kitab müəllifi olan Ferenek Fərid Təbrizdən olan başqa qadınlar ilə bu kampaniyaya qoşuldu. Qadınlara hücüm olundu və onları həbs etdilər. Lakin, bu petisiya beynəlxalq təşkilatlar səviyyəsində müzakirə olundu.  Beş il əvvəl o, Urmiya gölünün suni şəkildə qurudulmasına qarşı etiraz aksiyalarında iştirak etdiyi üçün 45 gün müddətinə həbs edildi.

 

 

Hayker Adilə Təhmasibi, 61. O, 13 yaşında ərə verildikdən sonra əri ilə birlikdə dağa çıxmağa başlayır. 1986-cı ildə o Təbrizli qadınların təşkilatını yaradır. O, İranın bütün əyalətlərindən olan qadınları toplayaraq, dağ zirvələrinə çıxır və bununla da onlarda özlərinə inam yaratmağa çalışır.


 

Mehri Caberian nəinki Təbrizdə, bütün İranda milli musiqi alətlərinin düzəldilməsi ilə məşqul olan ilk qadındı. O, 1981-ci ildə doğulub və  Təbriz Dövlət Universitetinin psxologiya fakultəsini bitirib. O kino və teatr aktrisası kimi işləyib, yerli qazet və jurnallar üçün məqalələr yazır və fotoqraf kimi çalışır. O, deyir ki, insanlar küçədə  dəmir və taxta ilə ora –bura qaçan görəndə təəcüblənir, çünki hər kəs bunun kişi işi olduğunu düşünür. “Ərim mənə cox dəstək olur, mənim üçün kişi yada qadın işi ayrımı yoxdur. Biz hamımız bərabərik”, o deyir.

 

Leyli Noroozi, Ərdəbilli gənc rejissor və yazıçı.  

“İrandan çıxan kimi baş örpəyimi çıxardıram, çünki bu mənim seçimim deyil. Əlbəttə, bunu geynib – geyinməyəcəyimə özüm qərar vermək istərdim. Deməzdim ki, bu mənə istədiyimi eləməyə mane olur, ancaq yenə də bu seçim məsələdir.”  

Rəqs müəllimi Münir 37

Münir 18 yaşından azərbaycan rəqsləri öyrədir.  O, deyir ki, hardasa 10  il əvvəl toyda heç kim azərbaycan rəqsi oynamırdı, lakin indi milli rəqslər olduqca yayılıb. “Milli deyil, fars rəqslərini oynamağımız məni olduqca narahat edirdi. Hər millətin öz rəqsi var. Bir gün toyda bir kişinin milli rəqs oynadığını gördüm və marağıma səbəb oldu. Mən Bakıdan gətirilən CD - lər aldıb öyrənməyə başladım. Daha sonra gizli dərslərə getdim. 

“Mən bunu  öz xalqım üçün edirəm. Həm də bu mənim xoşuma gəlir. Öz istədiyim kimi insan tapa bilmədiyim üçün ailə qurmamışam. Əgər ərə getsəm, rəqslə vidalaşmalı olacam, çünki güman ki, gələcək ərim rəqs etməyimi istəməyəcək. İndi isə çox rahatam.

Münir Təbrizin 3  müxtəlif yerində dərs deyir,həftədə bir neçə dəfə dərs üçün uzaq kəndlərə gedir. Munir gizli şəkildə fəaliyyət göstərir. “Onlar milli rəqsləri də siyasətə qarışdırır. İstəmirlər ki öz mədəniyyətimizi  qoruyub saxlayaq”, o deyir. Onun evinin ətrafında  rəqs məktəbi bağlı heç bir məlumat yoxdur.

 


 

60 yaşlı Salihpur Təbrizdə taksi sürücüsüdür. Bakıdan fərqli olaraq, Təbrizdə qadın sürücüyə rast gəlmək adı bir haldır. O, evlidir və 13 ildir ki taksi sürür. “Məni görəndə Bakıdan və Türkiyədən gələn hər kəs təəcüblənir Mənim ərim maşın sürmür, onu hər yerə mən aparıram”, o deyir. 

 

Təzə bişmiş çörək almaq üçün insanlar hər səhər çörək dükanına gedir. Demək olar ki, hər məhəllədə nuvah-çörəkxana görə bilərsiz.
Qanuna görə qadınlar avtobusun arxa oturacaqlarında oturmalıdır.
Çayxana
Haqqımızda
|
© Müəllif Hüquqları