İrsən Azərbaycanlı , seçimdə isə gürcü
Məsuliyyətdən imtina
Baxışlar: 3644

17 yaşlı Əziz Qəniyev Gürcüstanın etnik azərbaycanlıların üstünlük təşkil etdiyi və gürcü cəmiyyətinə inteqrasiyada hər zaman problemləri olan Kvemo Kartli bölgəsində yaşayır. Amma gürcü dilində sərbəst danışan və jurnalist olmaq istəyən bu yeniyetmə üçün inteqrasiya heç də problem deyil.

Dil ölkənin etnik azərbaycanlıları ilə gürcüləri arasında çoxdan bəri bir sədd yaradıb. Gürcüstan əsilli azərbaycanlılar bir qayda olaraq mono-etnik icmalarda yaşayıb və bir-biri ilə yalnız Azərbaycan dilində danışıblar. Yerli gürcülərlə ünsiyyət qurmaq üçün isə  rus dilindən istifadə edilib.

Qəniyev isə bu keçmişi dəyişdirmək istəyən Gürcüstan azərbaycanlılarının yeni bir nəslini təmsil edir. Xüsusi dil kurslarının sayəsində onların gürcü dili bilikləri artır. Sosial media və internet Gürcüstanı bu insanlara artıq daha yaxın edib.

Məktəbi bitirməyini bayram edən (məktəb zənginin şərəfinə “son zəng” adlandırılan ənənəvi tədbirdə) dostlarını seyr etdikcə və öz gələcəyini düşündükcə, Qəniyev bunun daha yaxın müddətdə baş verməsini istəyir.

 

 


Qeyd: Bu hekayədə qeyd olunan Azərbaycan üzrə media menecer Lalə Əliyeva Gürcüstan İctimai İşlər İnstitutunun (Georgian Institute of Public Affairs - GIPA) məzunudur. Videoredaktor Nino Orjonikidze GİPA-da dərs deyir.

    

İyun 2018, Kimlik

Çayxana
Haqqımızda
|
© Müəllif Hüquqları