İşartı
Məsuliyyətdən imtina
Baxışlar: 3138
Dillər: 

16 yaşdan tez nikaha girmək Gürcüstanda qanunsuz hesab olunur və 17- 18 yaş arası qızların nikahı yalnız məhkəmənin qərarı ilə reallaşa bilər. UNICEF-in hesabatına görə, Gürcüstanda qadınların 14 faizi 18-dən aşağı yaşda ailə qurur. Bu kimi hallar Gürcüstanın bütün bölgələrində var, lakin Səma Həsənovanın yaşadığı bölgədə, yəni azərbaycanlıların məskunlaşdığı regionda daha çox müşahidə olunur.

Səmanın yaşadığı Kvemo Sarali kəndində, bu yaşda qızlar məktəbi tərk edib ərə getməyə hazırlaşır. 15 yaşlı Səma hazırda 10-cu sinifdə oxuyur, sinifdə qızların sayı Səma da daxil olmaqla cəmi üçdür. Onun sözlərinə görə, 12-ci sinifdə ümumən 3 nəfər var və onların üçü də oğlandır. Səma deyir ki, 12-ci sinifdə tək olsa belə bu, onun orta məktəb təhsilini başa vurmasına mane olmayacaq.

Səma təhsil alıb öz ayağı üzərində durmaq istəyən, arzularının arxasınca gedib onları reallaşdırmaq istəyən fərdlərdən biridir. Qaranlıqdan bir işartı verən bu qızcığaz isə gələcəkdə jurnalist olmaq niyyətindədir.

 

Çayxana
Haqqımızda
|
© Müəllif Hüquqları