İslami dəb inanclı qadınlar üçün nə deməkdir?
Məsuliyyətdən imtina
Baxışlar: 3703
Dillər: 
Bu gün nə geyinim? Bu sual qarderob qarşısına keçən sekulyar qadınlarda olduğu kimi, Bakıda dindar müsəlman qadınları da çox yorur. 
Ciddi, eyni zamanda cazibədar geyimlərə inanclı qadınların əli çatsın deyə, Validə xanım öz ideyasını əmələ çevirib. 
 
O, üç il əvvəl evdar qadın və üç uşaq anası ikən Turban Moda adlı butik geyim evini qurdu; bu, şəhər mərkəzində tək-tük belə mağazalardandır.
Validə Xanım deyir, bu kiçik biznesin ərsəyə gəlməsinin səbəbi o idi ki, müsəlman qadınlar üçün hicab və paltar seçimi çox məhdud idi.
 
"Paltarlar əsasən eyni tərzdə və qara rəngdə idi," 33 yaşlı iş qadını bildirir. 
 
Heç bir moda və ya satış təcrübəsi olmayan Validə Xanım, öz dizaynını hazırlamağa və tikməyə başlayır, onların reklamı üçünsə Instagramı platforma olaraq istifadə edir.
 
Onun bu ideyası əksəriyyəti şiə olan sekulyar Azərbaycanda İslama marağın artdığı dövrə təsadüf edir. ADA Universitetinin professoru Fuad Əliyevin fikrincə, Sovet İttifaqının dağılmasından sonra ideoloji boşluğun doldurmaq ehtiyacı insanları dinə yönəlməyə sövq edib və bu da dindarların sayının artmasına gətirib çıxarıb.
 
Bu proses də ö növbəsində halal, yəni dini qaydalara görə məqbul sayılan geyimlərə tələb yaranmasına səbəb olub. Dəqiq statistikası yoxdur, ancaq paytaxtda və regionlarda hicablı qadınlar xeyli gözədəndir, baxmayaraq ki, qadınların Azərbaycanda başdan-ayağa qara çarşab geyinməsi nadirdir.
 
Xanım o fikirdədir ki, "insana nə yaraşırsa və hansı geyimdə rahatdırsa", dəb odur, lakin onu da vurğulayır ki, "müsəlman qadınlar üçün bəzi qaydalar pozulmamalıdır".
 
"Saçın və boynun örtülü olmalıdır, qollarını və ayaqlarını topuğa qədər açıq qoymamalısan, o cümlədən, paltar bədənə yapışıb vücud cizgilərini göstərməməlidir. Qalan hər şey qəbul ediləndir", -deyə o izah edir. 
 
Xanımın təşəbbüsü dünya miqyasında bir tendensiyadır. Thomson Reutersin Qlobal İslam İqtisadiyyatının Vəziyyətinə dair hesabatında deyilir ki, Müsəlman istehlakçıların geyim xərcləri 2015-ci ildə 243 milyard dollara çatıb,  2021-ci ilə qədər 368 milyard dollardan çox artacaq.
 
Ostin şəhərindəki Texas Universitetində Yaxın Şərq Tədqiqatları üzrə professor Faiqə Şirazinin "Marka İslamı: Dindarlığın Marketinqi və Ticarəti" kitabında qeyd edir ki, İslami moda imanını və həyasını daha müasir stillə qarışdırmaq istəyən qadınlara xidmət edir.
 
Böyük geyim markaları da istehsalatda bu müştərilərin tələbatlarını nəzərə alırlar.
2016-cı ilin əvvəlində Dolce & Gabbana müsəlman qadınlar üçün yeni çarşab seriyası buraxdı. Bu uzun, gen çarşablar parlaq qara rəngli və krujevalı idi. 
Bir il sonra isə ABŞ idman geyimi şirkəti Nike başı və sinəni örtən bir idman hicabı təqdim etdi.
 
Bununla belə, bu qarderob bazarı çox müxtəlifdir. Nəyin İslama uyğun olub-olmaması məsələsi ilə mübahisə mövusudur.
 
"Dində dəb konsepsiyası və moda trendləri söhbəti ola bilməz", -deyə 23 yaşlı hicablı Bakı sakini Gülşən Salayeva bildirir. "Sən kişilərin diqqətini cəlb etməmək üçün hətta dikdaban ayaqqabı və ətir də istifadə edə bilməzsən. Hicab taxmağın əsas məqsədir odur ki, özünə kənardakıların diqqətini çəkməyəsən. İslamda qara və ağ geyimlərə icazə verilir".
 
Gülşən Salayevanın fikrincə, rəngli və bəzəkli hicab, o cümlədən kosmetika istifadə etmək haramdır. 
 
Bir çox din kitabları və müsəlman qadınlar isə bu fikirlər razılaşmırlar. 32 yaşlı keçmiş həkim, hazırda ev qadını olan  İradə Eyvazova bildirir ki, Məhəmməd peyğəmbərin hədislərində belə geyinməyin qadağan olunduğuna dair heç nə yoxdur.
 
"Bəzi mənbələrə görə, Məhəmməd Peyğəmbər bildirib ki, qadınlar boyunlarını örtmək üçün paltarlarının aşağısını kəsib yuxarı yapışdırırdılar. Bəziləri başlarını örtdükləri şalla sinələrini də bağlamaq üçün istifadə ediblər", - deyə Eyvazova açıqlayır. “Qadınlar həqiqətən kişilərin diqqətini cəlb etməkdən çəkinməlidirlər. Yalnızüz və əllər görünə bilər. Bununla belə, qadınların qara rəngə geyinməsinə dair heç bir təlimat yoxdur".
 
Bəzi dindar qadınlar bununla razılaşırlar. "Parlaq rəngli hicablar populyardır indi", Xanım bildirir. "Qadınlar əsasən eyni modelin fərqli rənglərini alırlar ki, hər günün əhvalına uyğun olanını seçib bağlasınlar".
 
Xüsusi günlərdə istifadə olunmaq üçün Xanım həm də parlaq qaşlarla bəzədilmiş saç örtükləri satır. İdmanla məşğul olan qadınlar arasında idman hicabları məşhurdur. Başqa bir qrup qadın isə türbana üstünlük verir. Boyunları gizlətmək üçün, boyun və sinənin üst hissəsini örtən elastik parça taxırlar.
 
Digər bir önəmli geyim akssessuarı isə bone adlanır - saç xəttini örtmək üçün hicabın altından geyinilən yumşaq parça. Bəzi hicabaltlıqları boğazı da örtür, əgər
sinəsi açıq olan paltar geyinəcəksizsə. Xanım deyir ki, çənəsi böyük olan qadınlar üçün çənəni də örtən hicablar mövcuddur.
 
Bir çox azərbaycanlı müsəlman qadın bir addım daha irəli gedir və hicabları altında saçlarını yüksək səviyyədə birləşdirmək üçün xüsusi yastiqcalardan istifadə edirlər - bir görünüş daha cazibədar hesab olunur.
 
Dindar qadınların geyim üçün müraciət etdiyi yer isə təkcə Xanımın butik mağazası kimi xüsusi yerlər deyil. Müsahibə aldığımız qadınlar daha çox seçim üçün Zara, Stradivarius, Mango, Pull & Bear and Massimo Dutti kimi populyar markaların mağazalarından da alış-veriş edirlər.
 
"İslamda gözəl geyimlərə, gözəl rənglərə yanaşma normaldır", - deyə 28 yaşlı müəllimə Nərgiz Abdulova bildirir. "Allah bizə deməyib ki, kifir olun və özünüzü eybəcərləşdirin".
Bakıda müsəlman qadınlara xidmət göstərən bu butik mağazada müxtəlif naxışlar və rənglər hakimdir. İnanclı müsəlman qadınlar bədən cizgilərini gizlədəcək paltarlar geyinirlər. Qollar isə biləklərə qədər örtülür.
Rəngarəng hicablar. Müsəlman qadının nəyi geyinib nəyi geyinməyəcəyi məsələsində fikir ayrılığı var. Bəzi inanclılara görə, dəb əhəmiyyətsizdir və geyim sadə olmalıdır. Başqaları isə düşünür ki, İslamda parlaq, dəbli geyimlər də halal sayıla bilər.
Saç xəttini örtmək üçün hicabın altından yumşaq papaqlar geyinilir. Bu altlıqlar çənəni örtməyə də yarayır. Eyni zamanda onların yaxanı örtmək üçün də çeşidləri var.
Xanım qış mövsümündə qalın və kapşonlu hicabaltlıqları satır. O cümlədən qonşu ölkə Dağıstanda istifadə olunan dəri örtülər.
Bakı kənarında hicab və əba geyinmiş qadın. Azərbaycanda yaşlı qadınlar, xüsusilə paytaxtdan kənarda yaşayanlar, nadirən parlaq paltarlar geyinir. Bunun inancla isə əlaqəsi yoxdur.
Bakı mərkəzində rəngli, naxışlı hicab taxmış qadın. Azərbaycanda geyim tərzində məhdud imkanları olan müsəlman qadınlar adətən rəngarəng hicablar və aksessuarlarla qarderoblarına müxtəliflik qatırlar.
Bakının mərkəzində Qərb stilində butik. Dünya üzrə müsəlman qadınların mütəvazi, eyni zamanda cəlbedici geyimlər təklif edən moda evlərinə yönəlməsində artış müşahidə edilir.
İslamın rəngi hesab olunan yaşıl müsəlman qadınların geyimində və aksessuarlarnda da tez-tez rast gəlinən rəngdir. Başdan-ayağa qara rəngə bürünmüş qadınlara nadirən rast gəlinsə də, Azərbaycanda hicablı qadınlar xeyli gözə dəyməkdədir.
Bəzi Azərbaycan qızları ailə ənənələrinə sadiq qalaraq yeniyetmə yaşlarından hicab geyinməyə başlayırlar.
Bakının Əhmədli qəsəbəsində bir mağazanın önündə uzunqollu paltar.
Əhmədli qəsəbəsində dindar qadınlar üçün geyim mağazası. Paytaxtın mərkəzində bu cür mağazalar çox nadirdir. Şəhər mərkəzində daha çox beynəlxalq geyim mağazaları yerləşir.

August, 2018 Religious Beliefs

Çayxana
Haqqımızda
|
© Müəllif Hüquqları