Kandovan - Dünyadakı son mağara kəndi
Məsuliyyətdən imtina
Baxışlar: 1743
Dillər: 

Hava soyuq, şaxtalı və çiskinli idi. Kandovana gədən yol qalın qar örtüyünə bürünmüşdü, maşınlar güclə hərəkət etdiyindən bu gözəl mənzərdən həzz almaq mümkün deyildi.

Culfadan olan taksi sürücüsü qadın ( Azərbaycanın Naxçıvanla sərhədi) dünyanın ən son mağara kəndinə gedirdi. Lakin, birdən tanımadığımız bir yerdə maşını saxladı və bildirdi ki, burdan o tərəfə gedən deyil. Kandovana 5 km dən az yol qalmışdı , lakin bu şaxtalı havada ora bizə başqa planet kimi gəlirdi. Yanımızdan keçən daha böyük maşın yolda saxladı və bizi də özü ilə apardı. Beləliklə biz xilas olduq.

Kəndi duman bürümüşdü və heç bir şey görünmürdü. Lakin açıq havada aydın görünür ki, 600 kəndlinin yaşadığı bu kəntdə yaşayış yerləri vulkanık daşlardan oyulmuş mağara evlərdir.

Uzaqdan kənd nəhəng termit yuvalarına bənzəyir. İranın şimal şərqində yerləşən Kandovan insanların yaşadığı son mağara evləri sayılır. Bu kəndin 700 il bundan əvvəl monqol istilalarından qaçan insanlar tərəfindən salındığı güman edilir.

Bu gün hardasa 100 ailə bu evlərdə yaşayır, lakin yerli insanlar bununçox davam etməyəcəyini deyir. Bu rəqəm azalır və turizmin sürətlənməsi ilə əlaqədar yerli insanlar burdakı əhalinin burdan gedəcəyindən və evlərin otellərə çevriləcəyindən narahatdır.

Kandovan qışda. İllər keçdikcə kənd böyümüşdür. Bəzi evlərin yarısı mağaranın içində yarısı isə çölündədir, bəziləri isə tamamən mağaradan kənardadır.
Kəndililər qaz balonu alır. İranın neft və qazla zəngin ölkə olmasına baxmayaraq, ölkə ərazisinin bir çox reqionlarında, o cümlədən, Kandovanda qaz şəbəkəsi yoxdur
Kəndililər Qarda qaz balonları daşıyırlar
Turizm inkişaf edir. Və kiçik suvenir mağazaları açan kənd sakinlərinin iş imkanaları artır
Turizm yeni-yeni çiçəklənməyə başlayanda əhali turizmə skeptik yanaşırdı. Lakin, zamanla onlar öz kəndlərinin turizm potensialını başa düşməyə başladılar və yeni şəraitə uyğunlaşmağa başladılar
Mağara evlərdən bir çoxu sonradan tövlə kimi istifadə edilir.
İnsanlar mühafizəkardır və qadınların kameradan qaçır.
Mağaranın içərisi zəif işiqlandırılıb və xalçalarla bəzədilib.
Kəndlilər deyir ki, mağaraların qışda isti yayda isə sərin olmaq kimi xüsusiyyəti var.
Qadınlar kameradan qaçdığı üçün çayı kişi gətirir.
Səidənin 14 yaşı var. Kandovandakı məktəb 4-cü sinifə qədər olduğu üçün, təhsillərini davam etdirmək istəyən uşaqlar kəntdən 15 km aralıda yerləşən qonşu kənd məktəbinə gedirlər. Səidə və onun yaşıdları həftənin 5 günü mədrəsədə yaşayır və həftə sonu evə gəlirlər
Bu reqionda erkən nikahlara tez-tez rast gəlinir. “Bu sənin təhsil səviyyəndən aslıdır, qızlarını erkən evləndirən ailələrin çoxunun təhsili olmur”,kənd sakini deyir. Təhsilsiz olmaq isə qızların 13 yaşında ərə verilməsi deməkdir. Lakin qızlarına oxumağa şərait yaradan ailələr onların 18 yaşının tamam olmağını gözləyir.
Keçidlərin qardan təmizlənməsi
Çayxana
Haqqımızda
|
© Müəllif Hüquqları