Köç Dalğası
Məsuliyyətdən imtina
Baxışlar: 1331
Dillər: 

Bakının köhnə tikililərindən biri yaxın zamanda söküləcək.

Bu, şəhərin üzünü radikal şəkildə dəyişmiş söküntü dalğasına məruz qalan binalardan sadəcə biridir. Məhəllənin sakinləri minlərlə azərbaycanlı ailəsinin daha əvvəl yaşadığı taleyi yaşayır.

Binanın hazırkı sakinlərinin çoxu buraya müvəqqəti sığınacaq kimi yerləşmişdi: Dağlıq Qarabağ münaqişəsi nəticəsində evlərini itirmiş məcburi köçkünlər üçün buraya sığınmaq müvəqqəti xarakter daşıyırdı. Lakin bu müvəqqətilik uzun çəkib. İllər ərzində məhəllədəki qadınlar arasında yaranmış isti münasibət buranı yavaş-yavaş məcburi köçkünlər üçün də bir evə çevirib.

Hazırda sakinlər gözləyirlər ki, hökumət onları yeni evlə təmin etsin.

Rejissor Darina Nikolenko Bakının transformasiyası fonunda yeni evini gözləyənlərin gündəlik həyatını sənədli filmində təqdim edir.

Köçlər, Yanvar/Dekabr-2018/2019

 

Çayxana
Haqqımızda
|
© Müəllif Hüquqları