Köçərli - Işğal Altında Olmayan Sonuncu Stansiya
Məsuliyyətdən imtina
Baxışlar: 1432
Dillər: 


 

1983-cü ildə istifadəyə verlən Köçərli dəmiryolu stansiyası Qarabağ bölgəsində işğal altında olmayan sonuncu stansiyadır. Qarabağ münaqişəsi başlayana qədər bura Bakı-Xankəndi dəmir yolu xəttinin bir stansiyası kimi həm sərnişin, həm də yük daşınması məqsədilə istifadə olunub.


1994-cü ildən bəri Köçərli Bakidan Qarabağ bölgəsinə gedən dəmir yolu xəttinin axırıncı stansiyası kimi fəaliyyət göstərir və yalnız sərnişin daşınmasında istifadə olunur.


Stansiya nəzarətçisi Rafael Məmmədov deyir ki, dəmiryolunda aktivlik Sovet dövründəki kimi olmasa da hər gün sərnişinlər qatardan istifadə edir. Yay aylarında xüsusən də Bakıda Universitetlərin açıldığı dövrdə sərnişin sıxlığı yaşanır, qalan vaxtlarda isə dəmiryol stansiyası adi günlərini yaşayır. 

 

 

 

Münaqişə aktiv fazada olan vaxtlarda və hərbi əməliyyat gedən dövrdə stansiya tibb məntəqəsi və məcburi köçkünlərin sığınacaq yeri kimi istifadə olunub. Qarabağdan olan məcburi köçkünlər son illərə kimi stansiya ətrafındankı yük qatarlarında məskünlaşıb. Artıq 3 ildən çoxdur ki, məcburi köçkünlər yeni yaşayış qəsəbələrinə köçürülsələr də hələ də bəzi vaqonlarda onların əşyaları qalır.
Uzun illərdir təmir olunmayan stansiya aprel ayında baş vermiş 4 günlük döyüşlərdən də ziyan çəkib.


Bir neçə mərminin yaxınına düşməsi nəticəsində stansiyanın tavan hissəsi və pəncərələri zərər görüb. Ətrafa düşən mərmi partlayışı nəticəsində bir neçə şüşə sınıb və mərminin qəlpələrindən tavanda çatlar əmələ gəlib. Yağış yağan zaman tavandan zala yağış suları sızır.

Sonuncu stansiya cəbhə bölgəsində yerləşdiyinə baxmayaraq qaz xətti çəkilməyib, istiliklə təchizatı ancaq elektrik enerjisi hesabınadaır. Qış aylarında elektrik kəsiləndə stansiyanın istilik problemləri olur.

 



 

Çayxana
Haqqımızda
|
© Müəllif Hüquqları