Kərkənc: Ermənistandakı Yeni Şəfəqi xatırlamaq
Məsuliyyətdən imtina
Baxışlar: 3593
Dillər: 

Bayram Allazovun 83 yaşı var. O ildə bir dəfə Bakıdan bir neçə saatlıq məsafədəki evindən Gürcüstanın şimalındakı İrqançay kəndinə gedir. Onun məqsədi var.

O, hələ də doğma hesab etdiyi məntəqəni tapmağa çalışır.

Həmin məntəqə Ermənistanın ərazisindədir və Irqançay kəndindən ora cəmi bir neçə kilometredir.

Lakin onun cəhdləri hər dəfə boşa çıxır.

“Burdan baxıram. Heç nə yoxdur. Sədəcə boşluq,” Allazov qəmgin şəkildə deyir.

1988-ci ilin sonunda, Ermənistanın şimalında etnik azərbaycanlıların yaşadığı Qızıl Şəfəq kənd sovxozunun sədri Bayram Allazov olduqca vacib qərar qəbul edir.

O kəndlilərə təklif edir ki, öz kəndlərini Azərbaycanda əsasən etnik ermənilərin yaşadığı Kərkənc kəndi ilə dəyişsinlər.

Allazovun paytaxt Bakıda tələbə olan oğlu zəng vuraraq kərkəncli erməni dostunun bu təklifini atasına deyir.

Dağlıq Qarabağ ərazisi ətrafında yaranan münaqişə zəminində etnik ermənilər və azərbaycanlılar arasında zorakılıq çoxalırdı və belə zamanda bu təklif olduqca ağıllı addım kimi görünürdü.

1988-ci ilin fevralında Azərbaycanın Sumqayıt şəhərində yaşanan hadisələr bir çox  ermənini Azərbaycandan qaçmağa məcbur etmişdi.

 

Kərkənc kəndinin mənzərəsi
83 yaşlı Bayram Allazov və onun 70 yaşlı həyat yoldaşı Xanım şəkillərə baxır. Onlar bir müddət Bakıda uşaqlarının yanında yaşamağa cəhd etsələr də, 2018-ci ildə yenidən Kərkəncə qayıdıblar.
Bayram Alazov Ermənistanda çəkilmiş şəkildə özünə işarə edir.
Bayram Allazovun həyatyoldaşı Xanım (soldan ikinci) Gürcüstanın Marneuli kəndində qohumları ilə, 1960 ci il.
Bayram Allozovun evində
Kərkəncin girişində II Dünya müharibəsi zamanı həlak olanların xatirəsinə abidə ucaldılıb.
Bir neçə qəbrdə zədələr olmasına baxmayaraq, əhali söz verildiyi kimi erməni qəbirstanlığına nəzarət etdiklərini deyir.
Yerli əhali uşaqların kəndin erməni qəbiristanlığındakı qəbirlərə ziyan vurduğunu deyir.
Kərkənc evlərində azərbaycanlıların atlara olan sevgisini əks etdirən dekorasiyalar var.

Bu hadisələrdən sonra etnik azərbaycanlılar Ermənistanda özlərini təhlükədə hiss etməyə başlamışdılar.

Allazov Henrix Böll Fondunun kənd dəyişdirilməsi araşdırmasına deyib ki, Kalinino kəndində (hazırkı Taşır) pəncərədən atılan daş bir yaşlı azərbaycanlının ölümünə səbəb olur.

Qızıl Şəfəq kəndi vaxt Ermənistanda qalan sonuncu etnik azərbaycanlı kəndi idi, Allazov  deyir.

Allazov oğlu ilə telefonla danışandan sonra kənd əhalisi ilə Bakıdan gələn xəbərləri paylaşdıqları görüşlərin birində Kərkənc kəndindən gələn təklifi də səsləndirir.

“Biz (kişilər) qərara aldıq ki, gedək və oranı görək. Nə başqa seçimimiz vardı, nə də vaxtımız,” o xatırlayır.

Belə də olur. Onlar Kərkəncə gəlirlər. Hər iki xalqın nümayəndələri ikisinin də mədəniyyətində əhəmiyyətli məsələ olan bir – birinin qəbirlərinə hörmətlə yanaşacaqları haqqında şifahi razılıq əldə edirlər.

Bu razılıqdan sonra, Qızıl Şəfəq kəndinin kişiləri Azərbaycana köçmək qərarı alır. 

Mamed Vəliyev 1974-cü ildə Qızıl Şəfəqdə mal-qara üçün tikdiyi tövləni göstərir.
Mamed köçərkən nəinki ev mebelini və paltarlarını, həmçinin mal-qarasını da gətirə bilib. “Yarısı İraqnçaidəki (Gürcüstan) azərbaycanlılara satıldı. Ümümilikdə isə, biz hər şeyimizi gətirə bilmişdik. Təkcə iki mərtəbəli evimizdən başqa.”
Mamedin həyat yoldaşı 70 yaşlı Maral evdə xalçalar toxuyub dövlətə satırdı. Deyir ki, bəzəklər və xalça dizaynı erməni qadınlarının vurduğu bəzəkdən fərqlənmir.
Mamedin xanımı Maral Vəliyeva 1906-ci ildən qalan bu samovarı Qızıl Şəfəqdən Azərbaycana gətirib.
Keçmiş traktor sürücüsü Mamedin Kərkənc kəndindəki evi

Köç 1989-cu ilin may ayında başlayır və üç ay davam edir. Qızıl Şəfəq kəndinin 330 ailəsindən iki yüz ailə Kerkəncə köçür. Digərləri isə, 120 kilometr şimala-Bakıya köçür.

Allazov deyir ki,  Qızıl Şəfəqi ən son tərk edən o olub. “Etdiyimiz işin doğru olduğundan əmin idim”, o deyir.

Getməmişdən əvvəl azərbaycanlılar adət-ənənələrinə sadiq qalaraq Qızıl Şəfəq qəbiristanlığında sonuncu yas mərasimini təşkil edərək vfat edənlərlə vidalaşır.

Kəndlilər artıq geri qayıtmayacaqlarını yaxşı başa düşürdülər.

Hazırda, onların bütün xatirələri Qızıl Şəfəqlə bağlıdır.

“Çayırlar, bulaqlar, böyük, iki mərtəbəli evlər, təbii məhsullar, 800 sağlam heyvan və kəndi ikiyə bölən çay,” Allazov xatırlayır. “Moskovadan Yerevana gələn qonaqlar Taşırın gözəl təbiətini görmək üçün ora gedirdi”, o əlavə edir.

Kəndlilər Qızıl Şəfəqdəki evlərindən köçdüyü zaman divarları öpür və ağlayır. Yeni yaşayış məntəqələrinə köçdükdən sonra isə, onlar evlərə girmək istəmir və günün əsas hissəsini həyətlərdə keçirirlər.

“Tez-tez yuxuma girir”, Qızıl Şəfəq sovxozunda traktor sürücüsü işləmiş 81 yaşlı Mamed deyir: “Evimiz, kəndimiz və traktorum yuxuma girir.”

Başqa kəndlilər kimi Mamed və onun həyat yoldaşı Kərkəncə köçdükdən bir müddət sonra, bir neçə dəfə Qızıl Şəfəqə gedib. Onların sözlərinə görə, sərhədçilər onlara mane olmur və heç bir problem yaratmırdılar. 

Sevinc 1989 –cu ildə məktəbi bitirdiyi il, ailəsi ilə Ermənistandan Kərkəncə köçüb. O, atasının Qızıl Şəfəqdəki evinin olduqca böyük və geniş olduğunu xatırlayır. Deyir ki, bu səbəbdən Kərkəncdən olan etnik ermənilər orda yaşamaq istəmirdi. “Biz onu satdıq və puluna Bakıda ev aldıq”.1989 –cu ildə Sevinc məktəbi bitirdiyi il, ailəsi ilə Ermənistandan Kərkəncə köçürlər. O, atasının Qızıl Şəfəqdəki evinin olduqca böyük və geniş olduğunu xatırlayır. Onun sözlərinə görə, bu səbəbdən Kərkəncdən olan e
Sevinc və yoldaşı Elsevər
Sevinc Rus rəsssamı İvan Kramskoinin 1883-cü ilə aid “Naməlum qadının portreti” əsərinin yanında poza verir. O, bu şəkli Ermənistandan gətirib.
Belə görünür ki, Kərkəncdə hər evin öz pişiyi var. Azərbaycanda evdə heyvan saxlamaq geniş yayılmadığı üçün bu bir az qeyri-adi görünür.

“Mən öz evimə yaşayan erməni ailəsinin qonağı olurdum, amma gecə qalmırdım,” Mamed deyir.

Allazovun sözlərinə görə, Kommunist partiyası rəsmiləri kəndlilərin bir –bir ilə evlərini dəyişməsinin qarşısını almağa cəhd edib və kəndliləri Ermənistanı tərk etməməyə çağırıb.

Kərkəncin yeni sakinləri kəndin adını Şəfəq deyə dəyişdirməyə cəhd etsələr də, bu baş tutmayıb.

Onlara “Kərkənc”  sözünün əslində türk mənşəli olduğunu söyləyiblər və beləliklə kəndin adı olduğu kimi qalıb. (Kərkəncin erməni əhalisi isə kəndin adının erməni dilində “daşdan bərk” olduğunu deyir.)

Hazırda Kərkəncin digər qonşu kəndlərdən heç bir fərqi yoxdur, burada keçmiş erməni sakinlərdən çox az şey qalıb.

Söz verildiyi kimi, qəbiristanlığa toxunulmayıb. Yerli əhali uşaqların bir neçə məzar daşındakı şəkli cızdığını və bir-iki başdaşını aşırdığını deyirlər. Onlar gənclərə həmişə nəzarət edə bilmədiklərini də qeyd edirlər.

Azərbaycan və erməni qəbristanlığına nəzarət edən molla bu məsələ ilə bağlı Chai Khana –ya açıqlama verməkdən imtina edib.

Kəndin ağsaqqalı Allazov qəbirlərə ziyan vurulduğunu təəsüflə təsvir edir.

Qızıl Şəfəqlə bağlı xatirələrinə baxmayaraq, Allazov azərbaycanlılarla ermənilər arasında yenidən dostluq olacağına inanmır.

“Təsəvvür edin ki, kiçik bir bağınız var. Siz bar verən meyvə ağacları əkirsiz, sonra qəfildən qonşunuz gəlib bağınızı əlinizdən alır…” . 

Torpağa bağlılıq onun üçün böyük əhəmiyyət kəsb edir.

Allazov Qızıl Şəfəqdə olduğu kimi, Kərkəncdə də sovxoz sədri olub.

O deyir ki,  70 yaşlı həyat yoldaşı Xanımla qızlarının və üç oğlunun Bakıdaki evlərində yaşamağa cəhd etsələr də, orada çox qala bilməyiblər və geri dönüblər.

“Mən kənddə doğulmuşam və ömrümün çox hissəsi belə keçib. Bura üçün çox darıxırdım. Səhər xoruzun banını, itimin hürməsini və pişiklərin miyoldamasını eşitmək istəyirdim,” o deyir.

Allazov hər səhər əynini geyinib kənd təsərüffatı işlərində  kömək etməyə gedir.

Şərait və yaşayış yeri dəyişsə də, onun işinə olan bağlılığı dəyişməyib.

 

İqtisadi vəziyyətin elə də ürəkaçan olmadığı dövrdə, Azərbaycanın digər yerlərində olduğu kimi, Kərkəncdə də kişilər vaxt keçirmək üçün söhbət edir və kənddə baş verənləri müşahidə edirlər.
Tarlada işləməyə gedən kərkəncli qadınlar
“ Kərkəncdən Bakıya 120 kilometrdir, Qızıl Şəfəqdən Tbilisiyə də 120 kilometr idi”, Mamed deyir. “Bu da həyatın bir kinayəsidir.
1989-cu ildən sonra doğulan uşaqlar Qızıl Şəfəqlə bağlı hekayələri ancaq valideyinlərindən eşidir. Onların Qızıl Şəfəqlə bağlı heç bir xatirəsi yoxdur.

 

Dzyunashogh [Qızıl Şəfəq] haqqında burada oxuya bilərsiz. 

 

 Məqalənin məzmununa görə məsuliyyəti müəllif daşıyır. Müəllifin mövqeyi ChaiKhana mövqeyi ilə üst üstə düşməyə bilər. 

 

Çayxana
Haqqımızda
|
© Müəllif Hüquqları