Külək Dəyirmanları ilə Savaş
Baxışlar: 2543
Dillər: 

Satirik mövzuda yazılmış Don Kixot əsərinin qəhrəmanı bütün ölkəni gəzir və bihudə şəkildə külək dəyirmanları ilə döyüşür

15 il əvvəl 600 $ ilə biznesə başlayıb, hal-hazırda 20 Ali və Nino mağazasının sahibi olan Nigar Köçərlidən dostları tez-tez soruşur ki, ''niyə o da başqaları kimi sakitcə öz işini qurmaq yerinə, əbəs yerə haqsızlıq olan yerdə haqlı və ədalətli biznes fəaliyyəti ilə məşğul olmağa çalışır.''

Geofizik və mühəndis ailəsində dünyaya göz açan Nigar alim olmaq üçün böyüdülmüşdü. Azərbaycan ailələri hələ də inanir ki, “qadın nə qədər qazansa da ər çörəyi yemək” daha şirindir.

Bu cəhətdən Nigarın bəxti gətirmişdi, onun ailəsi Nigara “yaxşı ər tap, ərə get ondan sonra iş barədə düşünərsən” düşüncələrini aşılamırdı. Ona öz pulunu qazanmağın vacibliyi öyrədilirdi.

Nigarın dinlədiyim ilk ictimai çıxışında,o, auditoriya qarşısında bildirmişdi ki, kariyerasi üçün 3 əsas problem var.

Birincisi, o Azərbaycanda biznes qurur. İkincisi, o Azərbaycanda biznes qurmağa çalışan qadındır. Üçüncüsü isə o, kitab satışı ilə məşğuldur, lakin ölkədə kitab oxuyan azdır.

 

 

Bakida sahibkarlıq fəaliyyəti. Gecə rahat yatmaq üçün nə etməli

Nigar özünün risk altında fəaliyyət göstərdiyini deyir.  O deyir ki, burada özünü təhlükəsiz hiss etmir, çünki  hakimiyyət onun tərəfində deyil. Doğurdan da, hesabatlara görə, müflislik əleyhinə zəif qanunlar da daxil olmaqla,riskə qarşı minimal müdafiə Azərbaycanda biznesə başlamağa maneə yaradan amillərdən biridir. Lakin həyatı çətinləşdirən yazılmamış qanunlar da var. Bir neçə il əvvəl Nigar rüşvət verməmək qərarına gəlir. Çoxları ona məsləhət görür ki, gecələr rahat yatmaq istəyirsə sakitcə rüşvətini versin. Lakin o, cavabında rüşvət verməyin ona rahatlıq gətirməyəcəyini deyir.

 

Keçən il korrupsiyaya son qoymaq üçün bir sıra islahatlar edilməyə başladı ki, bu da öz  növbəsində kiçik biznes sahiblərinə təsir etdi. Nigara olunan təyziq isə hələ də davam edir. Onun ofisindən seyf oğurlananda polislərin cinayətə laqeyd yanaşmağı, Nigarı prdezident apparatına şikayət etməyə vadar etdi. Şikayətdən sonra o, məsələni müzakirə etmək üçün polisə çağırılır. Burada isə o, təhdid edilir və onunla aqressiv davranılır.

 

Kişilərin dünyası. Cəmi 3%

 

Dünya bankının hesabatlarında bildirilir ki, Azərbaycanda sahibkar qadınların ümümi göstərici 3 % təşkil edir.  Qonşu Gürcüstanda bu göstərici 18% -dır.

Nigarın fikrincə bu şişirdilmiş rəqəmdir.  2012-ci ildə əhali arasında aparılan sorğunun nəticələrinə görə rəyi soruşulanların 77% hesab edir ki, kişilər qadınlardan daha yaxşı sahibkardır. Doğurdan da, sahibkarlıq üçün daha xarakterik olan  bəzi göstəricilər (özünə əminlik, stereotipləri qırmaq) daha çox itəatkar, utancaq olan ənənəvi Azərbaycan qadınına yaddır.

 

Nigar ətrafında olan qadınlarda liderlik xüsusiyyətinin olduğunu deyir.  O, istedadli və ən əsası “mübariz” qadınların əhatəsində böyüyüb. Lakin, heç kimə sirr deyil ki, Azərbaycanda qadın sahibkar olmaq, hər gün  döyüşmək deməkdir.

Televiziya aparıcıları ondan efirdə mahnı oxumağı xahiş edir, və efir zamanı ona verilən suallar o qədər bəsit olur ki, atası televizoru söndürür və qızı gələnə qədər evi tərk edir. Nigarın buna cavabı isə belədir: əgər o öz düşüncələrinə ciddi yanaşırsa, bu onu niyə narahat etməlidir?

 

Kişilərin Nigarın cəmiyyətdəki aktiv ictimai roluna olan münasibəti aqressiyadan çox kinayəli mülahizələrdən ibarətdir. Kişilərin bir çoxu güman edir ki, Nigarın arxasında “dayısı”, yada onun biznesini maliyələşdirən “sponsoru” var.

 

Bakıda kitab satan..

 

Nigarın qarşılaşdığı üçüncü problem isə məhv olmuş bazarda necə qazanc əldə etməkdir. Son 6 ayın nəticələrinə görə Azərbaycanda kitab oxuyan əhali 52 faiz təşkil edir ki, onun da əksəriyyəti 35 yaşdan aşağı gənclərdir. Nigar təəsüf edir ki, Sovet dövründəki ədəbiyyat təbliğatına baxmayaraq, Azərbaycanda kitab almaq ənənəsi zəifdir. Azərbaycanlıların çoxu kitabların onlara hədiyyə edilməsini gözləyir. “Əli və Nino”-ölkənin ikinci böyük şəhəri Gəncədə kitab festivalı keçirəndə,yerli əhaliyə festivalın əsas ideyasını başa salmaq olduqca çətin oldu.

 

Boşluğu doldurmaq

 

Sovet təhsil sisteminin bir ənənəsi kimi, hal-hazırda oğlanlar qədər, qızlar da  Azərbaycan universitetlərində təhsil alır. Lakin, Nigar və onun həmfikirlərini narahat edən məsələ, gənc qızların təhsil və biznesdə aktiv rol almaq istəyini öldürən ictimai stereotiplərdir.

Lakin, qadınların öz biznesini qurmağa həvəsləndirilməsi və qeyri-neft sənayesində onlara dəstəyin verilməsi qadınlara qarşı düşüncələrin dəyişməsində mühüm rol oynayacaq. Nigarın sözlərinə görə, ona çox vaxt  “dəli” deyirlər. Və “dəlilik” istənilən yerdə  sahibkarda olmali olan xüsusiyyətlərdəndir. Lakin Azərbaycanda çox az qadın və ya kişi külək dəyirmanları ilə savaşda  əsəb hüceyrələrini sərf etmək istəyir.




 


 

Çayxana
Haqqımızda
|
© Müəllif Hüquqları