Mən Nicəm
Məsuliyyətdən imtina
Baxışlar: 3761
Dillər: 

Azərbaycanın şimalındakı Qəbələdə zamana qarşı vuruşan bir kənd var.

Təxminən 4 min insanın yaşadığı Nic kəndi udi icmasının evidir.

Bu xalq Şərq Qafqazda  I-V əsrlər arasında mövcud olduğu iddia edilən əfsanəvi xristian krallığı Qafqaz Albaniyasının bir parçası olduğunu deyir.  

Udilər əsasən Azərbaycanda, Gürcüstanda və Rusiyada (Dağıstan) məskunlaşıblar.

Udilərin öz dili var. Bu dil ləzgi dil qrupuna aiddir. Udilər müsəlman qonşularından fərqli olaraq xristiandır.

Udilərin daha çox məskunlaşdığı Nic kəndi dağlıq Şəki şəhərinin cənub-şərqində yerləşir. İki məkan arasında məsafə 1 saatdır.

Ətrafdakı etnik azərbaycanlılar bu xalqın mədəniyyətinə təsir göstərsə də, onlar fərqli şəxsiyyətləri ilə qürur duyur.

Həftədə iki dəfə kəndin ibtidai məktəbində udi dilində dərslər keçirilir.

10 il əvvəl Azərbaycan hökuməti udilərin IV əsrə aid olan kilsəsi Çotarini bərpa edib.

Lakin bu addımların qloballaşma dövründə udilərin həyat tərzini qorumaq üçün kifayət edib-etmədiyi sual altındadır.


 

İyun 2018, Kimlik

Çayxana
Haqqımızda
|
© Müəllif Hüquqları