Mənim Qarmonum
Məsuliyyətdən imtina
Baxışlar: 1830
Dillər: 

10 yaşlı Sabirin bir xəyali var - musiqiçi olmaq.

O, məcburi köçkün ailəsində anadan olub. Sabir bütün həyatını Bakı şəhərinin Biləcəri qatar stansiyasının dəmir yollarının arasında yerləşən ailəsinin tikdiyi kiçik bir evdə yaşayıb.

Sabirin istedadına az adam inanıb. Amma o ruhdan düşməyib və imtahanda ən yüksək qiyməti alaraq   musiqi məktəbinə qəbul olub. Yaxşı nəticə göstərdiyi üçün də pulsuz təhsil almağa şans qazanıb.

Amma musiqi ifasını təkmilləşdirə bilmək üçün Sabirin akkordeona ehtiyacı var.

Valideynlərinin gəlirlərini nəzərə aldıqda isə bu musiqi aləti əlçatmaz görünür.

Ürəyi musiqi eşqi ilə döyünən Sabir gələcəyinin necə olacağını təsəvvür edə bilmir.

Bu çətinliklərə baxmayaraq hələ də ümid yeri var. Sabir qonşusunun sınıq qarmonu ilə məşq edir, bacarıqlarını artırmağa çalışır.

Sabirin atası Şahların doğma evindən köçkün düşəndə cəmi 12 yaşı var idi. Maraqlısı odur ki, həmin dövrdə o da musiqi dərsləri alıb. Amma müharibə zamanı onun musiqi aləti yanıb.

Bununla da Şahların “musiqiçi olmaq” arzusu öz sözləri ilə desək,  “çilik-çilik olub”.

Bu gün Şahların qarşısında olduqca çətin vəzifə dayanır: oğlunun arzusunun eyni tale ilə üzləşməməsi üçün çalışmaq.

 

Çayxana
Haqqımızda
|
© Müəllif Hüquqları