Müharibə Uşaqları
Baxışlar: 3307
Dillər: 

90-cı illərin əvvəllərində alovlanan Qarabağ münaqişəsi zamanı və münaqişədən sonra dünyaya gələn nəsil də hələ davam etməkdə olan bu müharibənin iştirakçısına çevrildi.  2016-cı ilin Aprel ayında Dağlıq Qarabağ və Azərbaycan arasında baş vermiş   dörd günlük müharibədə müstəqillik dövründə doğulan nəsil öz ataları ilə eyni səngərlərdə savaşdı. Aşağıdakı rəsimlər dörd günlük Aprel müharibəsində vəfat edən insanlar haqqındadır.


 

Vladimir Narinyan, Martuni rayonu

Vladimir üç ay sonra hərbi mükəlləfiyyətini başa vurub evinə qayıtmalı idi. Onun anası Nela deyir ki, Vladimir cəbhə bölgəsindən öz sevimli kəndi Karvinə zəng edəndə ailə üzvləri ilə yanaşı qonşuluqda olan hər kəsin vəziyyəti ilə maraqlanırdı. O, məzuniyyət götürüb evə gələndə qonşulara baş çəkib, hamı ilə ayrılıqda söhbət etmişdi. Sanki Nelanın oğlu sağdır və o, Vladimirin dizi üstünə  qoyduğu şəkli ilə yox, onun özü ilə danışır.

Mayor Suren Melkumyan, Hadrut rayonu, Tumi kəndi.  

Dörd oğul atası olan Suren, işi ilə əlaqədar olaraq uşaqlarına yetərincə zaman ayıra bilmirdi. Onun xanimi Arev deyir ki, uşaqların tərbiyəsi ilə əsasən özü məşqul olurdu. “Nə vaxt başqa atalar kimi olcaqsan, uşaqlarını məktəbə aparacaqsan” sualına həmişə bir cavabı var idi, “Təqaüdə çıxanda, digər atalar kimi olacam”.

Mayor Maksim Qriqoryan, Hadrut rayonu Tumi kəndi

Maksimin anası Lusik xanim uşaqlarını tək böyüdüb. Onun əri  90-cı illərdə birinci Qarabağ müharibəsi zamanı həlak olub. Onun dediyinə görə, Maksimi son dəfə öz nəvələrinin ad günündə görüb. Maksim həmin vaxt olduqca xoşbəxt idi. Həmin gün onun müəllimi gitarada ifa edirdi Maksim isə məhşur “Çiçəklər, çiçəklər, solmayan çiçəklər” mahnısını oxuyurdu.

Aznaur Balayan, Hadrut rayonu Moxrenes kəndi

Aznaurun atasi 1992-ci ildə birinci Qarabağ müharibəsində ölüb. Aznaur isə 24 il sonra Aprel ayında cəbhədə yaranmış gərginlik zamanı həlak olub. Onun anası Sirun deyir ki, Aznaur heyvanları, xüsusiylə də Zita ləqəbli atını, çox sevirdi. Boş vaxtlarında atını minib qonşu kəndlərdəki qohumlarına baş çəkərdi. Cəbhədən hər dəfə zəng edəndə anasına Zitaya yaxşı qulluq eləməyi tapşırırdı.

Mayor Rudik Movsesyan, Xankəndi

Rudikin xanımı deyir ki, Rudik nadir hallarda əlinə düşən boş vaxtı qızlarlyla keçirməyi sevirdi. Onlar musiqi sədaları altında rəqs edirdilər. Rudik rəqs etməyi hər şeydən çox sevirdi.

Masis Tovmasyan, Xankəndi, könüllü

Tovmasyanın ailə üzvlərinin hamısı hərbçidir. Bir neçə il əvvəl Masis hərbidəki işindən istefa verib mülki işlərdə çalışmağa başlamışdı. Aprel ayında o, işini atır və könüllülərin daşıyan avtobusa minib cəbhəyə yola düşür. Keçmiş əsgər öz növbəsinin gəlməyini gözləmir və həlak olduğu təmas xəttinə gedir.  

Hayk Qriqoryan, Martuni rayonu, Gişi kəndi

Müstəqillik dövrünün uşağı Hayk ikinci Qarabağ müharibəsində həlak olub. O, nişanlı idi və 2016-cı ilin yayında evlənməyə hazırlaşırdı. Ölümündən bir neçə gün əvvəl, öz doğum günündə, toya qədər ata evini təmir edəcəyini demişdi. Bütün lazım olan tikinti materiallarını almışdı və boş vaxtında atası ilə evi təmir etməyə hazırlaşırdı.

Leytenant Onik Qriqoryan, Əsgəran rayonu, Xramort kəndi.

Onik böyük ekranda oğlu ilə futbol izləməyi sevirdi. Hər dəfə futbol yarışları olanda oğlu ilə Xankəndindəki kafelərə gedər və böyük ekranda oğlu ilə futbola baxardı. Ölümündən bir neçə gün əvvəl oğlu Hovanes ondan Çempionlar Liqasının yarışlarını birlikdə  izləyib-izləməyəcəklərini soruşmuşdu. Onik isə ona demişdi ki, bu dəfə oyuna özü tək baxmalı olacaq, amma gələn dəfə mütləq birlikdə baxacaqlar.

Nver Simonyan, Hadrot rayonu, Taqaser kəndi

Nver nişanlı idi və evlənmək istəyirdi. Nənəsi hətta cavanlar  ayrı , rahat yaşasın deyə öz evini onlara verməyə hazırlaşırdı. Nver bu xəbərdən olduqca şad olmuşdu və evi təmir etməyə başlamışdı. O, nənəsinə qarşı çox həssas idi.

 Məqalənin məzmununa görə məsuliyyəti müəllif daşıyır. Müəllifin mövqeyi ChaiKhana mövqeyi ilə üst üstə düşməyə bilər.

 

Çayxana
Haqqımızda
|
© Müəllif Hüquqları