Müharibənin gündəlik həyatımızda təzahürü
Məsuliyyətdən imtina
Baxışlar: 2775
Dillər: 

This material may contain terms, which are not favored by all the parties of the dispute/conflict. Terms used in a material belong to the author and not Chai-Khana. 

 

1994-cü ildə tərəflərin bağladığı atəşkəs barədə  müqaviləsi ilə Ermənistan və Azərbaycan arasında altı il ərzində hər iki tərəfdən 30.000-dən çox insanın həyatını itirməsinə, minlərlə sakinin məcburi olaraq yaşadığı ərazini tərk etməsinə səbəb olan hərbi əməliyyatlara son qoyuldu. Yeni müstəqillik əldə etmiş Azərbaycanın o zamankı prezidenti və müqaviləni imzalayan digər tərəflər bu sənədin bölgəni hüquqi qeyri-müəyyənliyə sürükləyəcəyini anlayırdılar, belə ki, atəşkəs zorakılığa son qoysa da münaqişəni həll etmədi. Atəşkəs isə davamlı olaraq pozulur.

Təmas xəttində davamlı olaraq atəş səsləri eşidilirdi və 2016-cı ilin Aprel ayında müharibə yenidən alovlandı. Dörd gün davam edən müharibə hər iki tərəfdən 200 nəfərin ölümü ilə nəticələndi. Moskvanın sədirliyi ilə tələsik imzalanan saziş Cənubi Qafqazdakı qeyri-stabilliyə son qoysa da, müharibə buludları hələ də bölgəni hədələyir.

Həll olunmayan status –kvo insanların gündəlik həyatında müxtəlif cür təzahür edir- mağazaların pəncərələrinə qəhrəmanların şəkilləri yapışdırılır, işğal olunmuş ərazilərin göstərildiyi xəritələr bütün metro stansiyalarında vurulur. Məktəb şagirdləri şer və rəsmlərlə “ana yurdları Dağlıq Qarabağı” yad edir. Bu qeyri-müəyyən vəziyyət isə insanlarda  millətçilik ruhu formalaşdırır.

 

Məktəb şagirdləri Şuşanın işğalı gününü (8 may 1992) yada salır.Şuşa şəhəri Qarabağın əsas şəhəri Xankəndiyə gedən dəhliz rolunu oynayan strateji nöqtə idi. Azərbaycan məktəblərində müharibə zamanı işğal olunan bütün rayonlar yada salınır. Belə günlərdə şagirdlər şerlər deyir və münaqişənin ən vacib tarixlərini yada salırlar.
Sumqayıt şəhərində ərzaq mağazasının pəncərəsində Azərbaycan əsgərinin şəkli. Şəkildə “Azərbaycan əsgəri, sənə inanırıq, səninləyik” yazılıb. Buna bənzər şəkillərə hər yerdə rast gəlmək olar, beləliklə vətəndaşlara əsgərlərin daima vəzifə başında olduğu və yada salındığı göstərilir.
Azərbaycanın eks-prezidentinin Azərbaycan-Türkiyə əlaqələrinin möhkəmliyini təsvir etmək üçün işlətdiyi “Bir millət, iki dövlət” ifadəsindən sonra, bir çox yerlərdə hər iki ölkənin bayraqlarını görmək olar.
Bakıdakı uşaq baxçasının divarında əlifba və oyuncaqlarla yanaşı Qarabağ müharibəsi zamanı həlak olan əsgərlərin şəkilləri var. Müharibədə həlak olan əsgərlər şəhid sayılır. Onların məktəblərdə şəkillərinə və kiçik yol kənarı abidələrinə rast gəlmək olar.
Şirniyyat dükanında Azərbaycanın görkəmli şəxslərinin şəkilləri var. Mərkəzdə Mübariz İbrahimovun şəklidir. O, Azərbaycan və Ermənistan arasındakı təmas xəttində 19 İyun 2010 tarixində vəziyyətin gərginləşməsi nəticəsində şəhid olan milli qəhrəmandır. Digər iki şəkil – (solda) yüksək oktanlı benzin ixtira edən Yusif Məmmədəliyev və Azərbaycan musiqisinin atası hesab olunan Üzeyir Hacibəyov (sağda). O 1885-ci ildə Şuşada anadan olub.
Sumqayıtdaki velosoped təmiri mağazasında Mübariz İbrahimovun və Məhəmməd peyğəmbərin nəvəsi Hüseynin sözləri yazılan şəkil var. Rəngi qaçmış bu köhnə şəkillər müharibənin hələ də davam etidiyini xatırladır.
Bayraq günündə, 9 Noyabr 2016, Daşkəsən rayonunun icra başçısı Əhəd Abıyev “Ermənistan bayrağının” əks olunduğu şiferi yumruğuyla sındıraraq böyük səs-küyə səbəb olmuşdu. Belə ki, sonradan yayılmış video görüntülərdə onun sındırdığı şiferdə əslində Kolumbiya bayrağının əks olunduğu ortaya çıxmışdı.
Onlayn çatlarda milliyətçilərin anti-Ermənistan abu-havası yüksəkdir. Bir qrup Heydər Əliyevin “Hərəyə bir ağac” sözündən ilhamlanaraq, özlərini “Hərəyə bir erməni başı” adlandırıb.
Sosial şəbəkələrdə həmçinin Ermənistana qarşı informasiya müharibəsi də aparılır. Bu cür qruplar əsasən Erməni yalanlarını ifşa edir və Azərbaycan - Türkiyə dostluğunu təbliğ edir.
Dağlıq Qarabağda doğulan hazırkı Ermənistan prezidenti Serj Sarkisyanın məsxərəyə qoyulduğu meyxananın skrinşotu. İfaçılar çox vaxt Ermənistan ictimai fiqurları haqqında meyxana deyirlər. Ermənistanın düşmən olduğunu aşılayan xatırlatmalar musiqi və incəsənət də daxil olmaqla müxtəlif sferalarda özünü göstərir.
7 Fevral- milli qəhrəmanın doğum günündə, Sumqayıtda yerləşən kitab mağazasında Mübariz İbrahimovun əks olunduğu əlfəcinlər nümayiş etdirilirdi. Bu əlfəcinlərdən alan müştərilər istənilən kitaba endirim əldə edirdi. Vətən üçün döyüşən insanların yada salınması vətənpərvərlik ruhunu yüksəldir.
Bakı mağazalarının birində Qarabağı qorumağa çağırış əks olunan köynək. Vətənpərvərlik hətta əyinə geyinilə bilər.
Paytaxtın Sahil metro stansiyasında Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuş rayonlar və işğal tarixlərinin əks olunduğu illüstrasiya. Bakının təxminən bütün metro stansiyalarında münaqişəyə aid müxtəlif poster və şəkillər var
“Torpaq, uğrunda ölən varsa, vətəndir.”
Çayxana
Haqqımızda
|
© Müəllif Hüquqları