Nə Insan, Nə də Heyvan Haqlarının Qorunması
Baxışlar: 2059
Dillər: 

Hakimiyyət orqanlarının siyasi rəqiblərini sistemli təqib, həbs və azadlıqdan məhrumetməsi beynəlxalq ictimaiyyətin diqqətində olan Azərbaycanda endemik korrupsiya və insan haqları pozuntuları geniş yayılıb.

Düzdür, heyvanlara vurulmuş ziyan hələ də çarpmadan gedir və geniş yayılmış qalır.

2007-ci ildə Azərbaycan Ev heyvanlarının mühafizəsi haqqında Avropa Konvensiyasına qoşulub.

Konvensiyaya görə, tərəf sahibsiz heyvanların sayının onun üçün problemlər yaratdığını hesab etdiyi halda, o, heyvanları yol verilməməsi mümkün olan əziyyətlərə, ağrılara və ya narahatlığa məruz qoymadan onların sayını azaltmaq üçün zəruri qanunvericilik tədbirləri və ya inzibati tədbirlər həyata keçirməlidir.

Bu tədbirlərə , heyvanların tutulması gərəkdirsə, onlar minimum fiziki və mənəvi əziyyətlər verilməklə tutulmalı, tutulan heyvanların sığınacaqda saxlanılması və ya konvensiya əsasında evtanaziya edilməsi daxildir.

Lakin Azərbaycanda dövlətə aid olan heç bir heyvan sığınacağı yoxdur. Heyvanların güllələnməsi barədə isə məlumatlar hələ də aktualdır.

Sosial media heyvan haqları fəallarına təkcə hakimiyyəti açıqca tənqid etməyə yox, həm də problemi müzakirə etmək və həlli yollarını axtarmaq üçün meydan yaradıb.

Heyvansevərlər şəbəkə qurmağı və Bakıda sahibsiz itlərin və pişiklərin unudulmuş taleyinə kömək etmək üçün, könüllü əsasda bir neçə əsas yardım qüvvələri yaratmağı bacarıb. Paytaxtdan kənarda, küçə heyvanları taleyin umudina qalıb.



Sahibsiz heyvanlara kömək etmək üçün yaradılmış BARS (Baku Animal Rescue Society) təşkilatı əvvəlcə Facebook qrupu kimi fəaliyyət göstərsə də hazırda bu təşkilatın nəzdnində bir sığıncaq var.

Təşkilatın sözçüsü Emilya Tağıyeva deyir ki, 2010-cu ildə bir neçə heyvansevəri tale birləşdirib və BARS yaranıb. Ancaq rəsmi olaraq təşilat 2012-ci ildəq eydə alınıb.

Emilya deyir ki, Pirişkül qəsəbəsində yerləşən sığınacaqda 60-a yaxın it və 20 bala it saxlanılır.

Sırf könüllülərin hesabına fəaliyyət göstərən BARS və ya Baku Street Dog Rescue (BSDR) tamamilə daxili ianələr hesabına və ya maliyyələşir.

30 yaşlı psixoloq Emiliya BARS-la təşkilat yarandığı vaxtdan işləyir. İlk başlayanda təşkilatın 20 nəfərlik kollektivi olsa da  Emilya bildirir ki, hazırda müxtəlf səbəblərə görə cəmi 4 aktiv üzv işləyir.

 

Emiliya Tagiyeva və Yana Məmmədova

Könüllülər açıq havada it damları tikib və , nəsil artımı arzuedilməz olduğu üçün sığınacağa yerləşdirilmiş itlər mütləq  vaksin edilir və qısırlaşdırılır. Daha sonra itlərin sahiblənməsi üçün işlər görülür.

"Müşahidə edirəm ki,  analar uşaqlarına itə yaxın durmamalarını, itlərin  dişləyəcəyini və ya çirkli olduğunu deyirlər.  Uşaqları belə böyüdürlər. Bu nəsldən nəsilə keçir. Onlara bu fikri yeridirlər ki, heyvanlar təmiz deyil, mikrob, infeksiya, xəstəlik yayırlar və s. Uşaqlara məktəblərdə başa salmaq lazımdır ki, məsuliyyətli olsunlar, çünki sahibsiz heyvanlara məsul bizik", 3 pişik və bir it saxlayan Emilya o qeyd edir.

Təşkilatın digər sözçüsü Yana Mamedova xilas edə bilmədikləri, sığınacağa yerləşdirə bilmədikləri sahibsiz heyvanlara daima su və qida verməyə çalışdıqlarını bildirir.

O deyir ki, məktəblərə gedib uşaqlara heyvanla davranış barədə danışmaq istələr də, təhsil ocaqları bunda maraqlı olmayıb.

 

Heyvansevər Səadət Zəkiyeva da belə düşünr. "Uşaqlar süngərdir, nə görürsə, onu da götürür ", o deyir.

Qorxu və aqressiya heyvanlarda təhdidli davranışa səbəb olur.

"İt xeyirxahlıq görmür deyə aqressivdir. O, özünü müdafiə edir. Heyvanlara pislik etməsən, onlar zərərsizdir. Amma bizim millət düşünür ki, it pisdir və dişləyəcək. Buna görə döyürlər, qovurlar. Nəticədə it hirslənir və dişləyir. Sonda da deyirlər ki, baxın it aqressivdir. Daha bunun səbəbinə heç kim fikir vermir", BSDR-in sözçüsü Səadət deyir.

BARS könüllüləri məktəblərə gedib uşaqlara heyvanla davranış barədə danışmaq istələr də, təhsil ocaqları bunda maraqlı olmayıb, təşkilatın könüllüsü 28 yaşlı ofis meneceri Yana Məmmədova deyir.

 

Onların sözlərinə görə, Azərbaycanda ailələr sığınacaqlardan it götürmürlər. Vətəndaşlar daha çox cins itlərdə maraqlıdır. Bu səbəbdən könüllülər hevanlara xarici ölkələrdən sahib tapmağa çalışırlar.

Hər iki təşkilat onlarla itin Amerika və Avropa ölkələrində sığınacaq tapmasına yardım edib. Bunun üçün itlərə vaksin vurulub, onlar qısırlaşdırılıb, çipləşdirilib və pasport alıblar.

Sahibsiz havlama problemdirsə, sahibsiz miyoldama da problemdir. Kompüter proqramçısı və pişik sevər Afar Qurbanova "Koşkin Dom"-u dörd il əvvəl yaradıb.

O, burada 90 pişik və 10-a yaxın itin olduğunu deyir. Sığınacaq Sahibsiz Heyvanların Müdafiəsi İctimai Birliyinə tabedir.

Afaq sığınacağın necə yarandığını nəql edir:

 

"Bir tanışımın 7 əlilliyi olan pişiyi var idi. O, pişikləri atdığı üçün mən onları saxlamağa başladım. Ev kirayə tutdum,sonra isə pişiklərin sayı artmağa başladı. Müalicəyə ehtiyacı olan pişiklər çoxaldı və yeni ev tutmalı oldum."

 

Afaq deyir ki, əsasən əlilliyi olan və xəstə pişiklərin yerləşdirildiyi sığınacağa tamamilə o məsuldur, bu səbəbdən maddi çətinlikləri çoxdur.

"Evə görə ayda 400 manat kirayə verməliyəm. Üstəlik dərman və qida da alınmalıdır. Hər ay azı 1500 manata ehtiyacımız var.  Kömək edən insanlar var, amma bu azdır" .

 

Buna baxmayaraq, küçələrdə sahibsiz qalmaq bu köməksiz canlıların başına gələcək ən pis hal deyil.

"Azərbaycanda heyvanlar normal yaşamır, xəstəlikdən əzab çəkir, ədalətsizliyin qurbanı olur. İnsanlar işgəncə verir, maşın altında qalırlar. Heyvanlar da bizim kimi yaradılıbsa, normal yaşamağa haqları var", Baku Street Dog Rescue təşkilatının sözçüsü oy hokeyi üzrə məşqçi olan Səadət Zəkiyeva deyir.

O,  10 ildir ki, küçə heyvanlarının xilas edilməsində könüllü kimi fəaliyyət göstərir. Bu təşkilatda isə o, 2 ildir fəaliyyət göstərir.

BDSR-in heyvan sığınacağı Pirşağı kəndində yerləşir və burda 40 it və elə o qədər də pişik yerləşdirilib.

Səadət deyir ki, küçə heyvanları problemi ilə mübarizə aparmaq lazımdır, amma bunu daha mərhəmətli yolları tapılmalıdır.

Müsahibimizin sözlərinə görə, cəmiyyətin maarifləndirilməsi üçün çox az iş görülür. Səadət bildirir ki, küçə heyvanları problemini həll etməkdə hökümət yardım etməlidir və bunun üçün vəsait ayrılmalıdır.

"Küçədəki heyvanlar vaksinasiya və strelizə edilməlidir. Biz özümüzü Avropa hesab ediriksə, Avropa Oyunları, Formula kimi yarışlar keçirirksə, bu hər sferada özünü hiss etdirməlidir. Avropada küçə heyvanı yoxdur. İllər ərzində bu məsələ öz həllini tapıb," o bildirir.

Ancaq məsələnin daha qaranlıq üzü də var.

''Koşkin Dom''

Səadət şəhərdə sahibsiz itlərin güllələnməsindən də danışır. O, icra hakimiyyətinin tərkibində qeyri-rəsmi adı olan "İt yeşiyi"-nin fəaliyyət göstərdiyini və insanların xəbərdarlığı ilə sahibsiz itlərin öldürüldüyündən danışır.

"Onların bir qazeli var. Onun içi cəhənnəmdir. Hər itə bir güllə ayrılır, əgər atəş zamanı güllə iti yaralayıbsa belə, onu yenə qazelə atırlar və apardıqları yerdə öldürürlər. ya daşla, ya da möhkəm zərbə ilə divara çırpırlar. Bildiyimizə görə, hər ölmüş itin quyruğuna görə onlara 10 manat pul verilir. Biz bu biznesin dayanmasını istəyirik və bunun üçün mübarizə aparırıq".

Məsələ ilə bağlı Bakı şəhər İcra Hakimiyyətindən şərh almaq mümkün olmayıb.

Məhkəmə prosesi barədə isə fəal və iddiaçılardan biri olan, uzun müddət jurnalistika sahəsində çalışmış  Elxan Mirzoyev danışır. Prosesin əsasında duran hadisə 2013-cü ilin iyul ayında Yasamal rayonunda baş vermiş sahibsiz itlərin güllələnməsidir.

Həmin vaxt vətəndaşlar bu haldan şikayət edərək 200 ərizə ilə polisə müraciət edib.

Daha sonra isə 5 iş üzrə 98 iddiaçının ərizəsi ilə məhkəmə prosesi başlayıb. Lakin 3 ildir ki proses yekunlaşmır. Elxan Mirzoyev bu halı belə izah edir:

"Birinci instansiya və apellyasiya məhkəmələri bizim iddialarımızı rədd etdi, amma Ali Məhkəmə bizə haqq verdi. Biz illərdi bu məhkəmələr arasında gedib gəlirik. Hakimlər elə bil bizlə oyun oynayır. Ali məhkəmənin bizim xeyirimizə 6 qərarı var, ancaq hələ məhkəmə sonlanmır.  Burada məhkəmə bitən kimi Avropa məhkəməsinə müraciət edəcəyik", Lerik rayonunda yaşayan, 12 pişik və 5 it sahibi olan Elxan deyir.

O bildirir ki, heyvanların güllələnməsi, ya da sığınacaqların tikilməsi məsələni həll etmir. Problemi humanist yollarla həll edilməlidir.

"Biz sivil şəkildə həll edilməsini istəyirik. Dişi heyvanları qısırlaşdırmaq lazımdır. Bu dövlətin əlində heç nədir. İtlərin güllələnməyinə ayrılan vəsaiti elə məhz qısırlaşdırmaya ayırmaq olar. Pulun öldürməyə sərf edilməsi absurddur".

 


 

Çayxana
Haqqımızda
|
© Müəllif Hüquqları