İslamın şiə mənsəbinin olduqca geniş yayıldığı Nardaran kəndi sakinlər üçün “ kiçik vətən” sayılırdı. Lakin iki il əvvəl, şübhəli radikal islamçılara qarşı keçirdiyi əməliyyatdan sonra hökümət buranı da Bakının bir kəndinə çevirməyə çalışır.
“Ora əsl kənd idi”, Nardaranda qohumu olan 26 yaşlı universitet müəllimi bildirir. “Divarlar və hasarlarda dini mətinlər və dualar yazılmışdı. Hər yerdə İslam bayrağı var idi. Lakin son hadisələrdən sonra bura da adi bir kəndə çevrilib…”
Bayraq və dini yazılar yox olsa da yeni fərqli şeylər peyda olub. Kəndin girişindəki polis ancaq burda qeydiyyatı olanları içəri buraxır. 9,000 nəfərin yaşadığı bu kiçik kənd Bakıdan 34 km şimal şərqdə yerləşir. Onlar başqa heç kimin nə taksi, nə da avtobusla kəndə girməsinə icazə vermir. Yerlilərin sözlərinə görə, kəntdə yaşamayanlar isə başqa yollarla içəri girməyə cəhd edir,
26 Noyabr 2015 -ci ildə hökümət qüvvələri bir sıra radikal baxışlı Nardaran sakinlərinin təxribat, terror hücümları və kütləvi ixtışaşlar hazırladığını əsas gətirərək kəndə daxil oldu. Şübhəli qismində həbs edilənlər isə onlara qarşı irəli sürülən bu ittihamları rədd edirlər.
Əməliyyatlar zamanı 6 nəfər öldü və Nardaran Ağsaqqalar Şurasının lideri Natiq Kərimov, dini xadim Taleh Bağırzadə və Müsəlman Birliyi qrupunun üzvləri də daxil olmaqla onlarla sakin həbs edildi.
İslamın şiəlik mənsəbinin qaydalarına ciddi riayət olunması Nardaran kəndinin qonşu İranın nəzarəti altında olduğu barədə fikirlərin yaranmasına səbəb olmuşdu.
Bir çox yerli sakin isə bu fikirləri qəbul etmir. Onların sözlərinə görə, Nardaran İslam dinin böyük əhəmiyyətə malik olduğu yerdir, buna baxmayaraq bu kənd digər bölgələr kimi Azərbaycanın bir parçasıdır.
“Burada çoxlu ali təhsilli insanlar var”, 66 yaşlı evdar xanım deyir. “Bəzi insanlar düşünür ki, əgər qadın müsəlmandırsa, evdə oturmalı və heç bir yerə getməməlidir,lakin bu həqiqət deyil. Bizim çoxlu qadın həkimlərimiz və müəllimlərimiz var.”
Nardaranın inteqrasiyasının tezliklə baş verəcəyi gözlənilmir,2015-ci ildə baş vermiş qarşıdurmadan sonra mərkəzi hakimiyyət kənd həyatında müəyyən dəyişikliklər etdi.
Kəndə yol döşəndi və mərkəzi yol genişləndirldi, küçə işıqları qoyuldu, elektrik əttləri dəyişdirldi, su və elektrik kimi kommunal ehtiyacların təhcizatı asanlaşdırıldı.
“Əvvələr yollar dar idi, yolu keçmək çox çətin idi”, ev xanımı deyir, o, şəxsi təhlükəsizliyi üçün adının gizli saxlanılmasını istəyir.
“İndi şükür Allaha qaranlıq deyil”, o deyir.”Küçə lampaları yanır, insanlar rahat gəzə bilir. Yollar normaldı. İşıq kəsilmir….”
2015-ci ilə qədər Nardaran əhalisinin bir çoxu kommunal xidmətləri ödəmirdi, kənd “Allahın ümidinə” qalmışdı. Lakin, hazırda kəndə sayğaclar quraşdırılıb.
Ev xanımına görə bu hakimiyyət tərəfindən aparılan sərt dəyişikliyidir. Həmçinin uzun zamandır bağlı olan polis məntəqəsi yenidən bərpa olub və Milli Təhlükəsilzik Nazirliyinin fililalı açılıb.
Müsahibimiz olan xanım Sovet zamanında doğulub və görülən tədbirlərə heç bir etirazı yoxdur. Onun sözlərinə görə polis məntəqələrinin olması kəndlilər üçün “sakit həyat”deməkdir.
Taleh Bağırzadənin vəkili isə 2015-ci ildən sonra kənddə vəziyyətin pisləşdiyini və yerli camaatın Azərbaycanın digər bölgələrindən daha da təcrid olunduğunu düşünür.
“Girişdəki polislərə görə, əhali daim narahat və gərgindir,” Yalçın İmanov bildirir. “Burda elə ailələr var ki, ataları qardaşları həbs olunub. Hakimiyyət Nardarana mədəniyyət və infrastruktur gətidiyini desə də, əslində bu sadəcə məsələnin görünən tərəfidir.”
Ev xanımına görə isə, 2015-ci ildə həbs edilənlər “dövlətə qarşı”çıxıb və bunun cəzasını çəkməlidirlər.
“Dini dövlər işlərinə qarışdırmaq olmaz. Onlar isə belə etmirdi. Din və dövlət ayrıdır”, o, İslam və Azərbaycanın dünyəvi dövləti haqqında deyir.
Nardaranın beş məscidindən yalnız birinin– Cümə məscidi- fəaliyyətinə davam edir. Xarici təsirlərin qarşısını almaq üçün hökümət məscid icması üçün İslam məktəbinin açılmasına icazə verib.
Şagirdlərin hicab geyinməsi məsələsi bir az fərqlidir. Baxmayaraq ki, Bakı məktəblərində hicab geyinilməsi istənilmir, Nardaranda və ətraf kəndlərdə qızlar hələ də məktəbə hicabla gələ bilir.
Kəndin küçələrində az adam gözə dəyir. Müsahib xanımın dediyinin əksinə olaraq, nə “yeni mağazaları gəzən insanlar”, nə də satıcılar gözə dəyirdi. Sadəcə sabun, kibrit, çörək, makaron və s kimi gündəlik ləvazimatlar satan kiçik məhəllə dükanlarının sayı çoxalmışdı.
Kəndin iqtisadi vəziyyəti də ürəkaçan deyil. Bir zamanlar Nardaran bütün Sovet dövlətlərinə gül ixrac edirdi, indi isə burda yaşamaq elə də asan deyil. Bir çox kənd sakini hələ də istixanalarda çalışır, bir çox sakin isə işsizliyin getdikcə artmasından şikayət edir.
Dəqiq rəqəmlər olmasa da, iqtisadçı Natiq Cəfərli hökümətin inkişaf lahiyələri nəticəsində “müəyyən iş yerlərinin açıldığını” qeyd edir.
Universitet müəlliminin sözlərinə görə, 2015-ci il ilə müqayisədə vəziyyət bir az yüngülləşib- hazırda kəndin buraxılış məntəqəsində hərbçilər yox, polis durur.
Bir çox sakin isə hələ bir neçə il də “mühasirə”şəraitində yaşayacaqlarını düşünür.
Hələlik isə görünən odur ki, Nardaran və Azərbaycanın digər bölgələri arasında hələ uzun müddət sərhəd olacaq.











