Əngəlləri Rəsmlə Aşmaq
Məsuliyyətdən imtina
Baxışlar: 598
Dillər: 

Xəstəliyinin ilk illərində Cavid yataq xəstəsi idi. Yataqda vaxt keçmirdi. Başını qatsın deyə, valideynləri ona karandaşlar və rəngləmə kitabları alırdılar. Bu, Cavidin rəsmlə ilk tanışlığı idi.

2018-ci ilin sonuna ola statistikaya görə, Azərbaycanda Cavid kimi 620 000 əlilliyi olan şəxs var. Dövlət Statistika Komitəsinin rəqəmləri göstərir ki, ölkədə əlilliyi olanların 71 000 nəfəri 18 yaşına çatmayanlardır.

Tədqiqatçılar vaxtaşırı Cənubi Qafqaz regionunda əlilliyi olanlara qarşı stereotiplər və stiqma haqqında yazırlar. Onların cəmiyyətdən kənarda qalması açıq-aydın görünür: Chai Khana əvvəlki buraxılışlarında əlilliyi olan şəxslər üçün əlverişli infrastrukturun olmamasını, ictimai binalara giriş imkanlarının məhdudluğunu işıqlandırıb. Bir çox ailələrdə əlilliyi olan uşaqlar ev əşyası kimi saxlanılır ki, küçədə ətrafdakıların qəribə baxışlarına tuş gəlməsin. Azərbaycanda əlilliyi olan uşaqların təxminən yarısı öz yaşıdlarından təcrid olunmuş şəkildə evlərində təhsil alırlar.

Bununla belə, çox yavaş da olsa, vəziyyət bir qədər dəyişməyə doğru gedir. Stereotiplər hələ qalsa da, indi Bakının küçələrində, ictimai məkanlarda əlilliyi olan sakinlərə daha çox rast gəlmək olar. Cavid və Nərmin də şəhərin aktiv gənclərindəndir; öz arzularının arxasınca qaçan, insanların qəribə nəzərlərindən çəkinməyən gənclərdir.

Revmatoid artriti olan Cavid Rəssamlıq Akademiyasında təhsil halır. “Əlilliyi olan insanlar üçün əlillik heç bir problem yaratmır. İstənilən əlilliyi olan insan öz əlilliyini bir müddət sonra unudur. Çünki insan elə bir xasiyyətdədir ki, hər şeyə adaptasiya ola bilir, hər şeyin yolunu tapır,” deyə 26 yaşlı rəssam bildirir.

Nərmin Quliyeva akademiyanın digər tələbəsidir. O da 26 yaşındadır, Cavidlə eyni fikri paylaşır. “Çalışıram hər şeyi özüm edim. Heç kimə demirəm ki, kömək edin filan. Çox aktiv insanam, özümü təcrit etmirəm əlilliyə görə,” Nərmin deyir.

Cavid və Nərminin rəssamlıq fəaliyyəti haqqında daha ətraflı Şahin Xəlil təqdim edir.

Gənclik

Fevral/Mart 2019

Çayxana
Haqqımızda
|
© Müəllif Hüquqları