Nigar - Naomi
Məsuliyyətdən imtina
Baxışlar: 3358
Dillər: 

Onun adı Nigar Səmədzadədir, ancaq özünü Naomi adlandırır. Naomi ətrafındakılardan fərqlənir. Mavi saçlar, qırxılmış qaşlar, süni xəz- bunlar xarici görünüşdən daha artıq bir şeydir. Özünü Naomi adlandıran Nigar istəklərini izləməklə  Azərbaycanda gənc qadının nə etməsi, necə davranması, hansı yolu seçməsi ilə bağlı ciddi və artıq formalaşmış sterotiplərə meydan oxuyur.  Bir müddət əvvəl çəkildiyi klipdə bənövşəyi bikini geyinmiş Naomi-Nigarın ağzında siqaret ilə çimərikdə rəqs etməsi əks olunub. Bütün bunlar sterotiplərdən çox uzaqdır.

 

2016-cı ildə Azərbaycanın elektronik musiqi kolletivi Dihaj 24 yaşlı Nigara kliplərində çəkilməyi təklif edəndə, o, bu imkanı əldən verməyib. Çox qısa saçlarını və klipdəki provokativ seksual hərəkətlərini nə ailəsi, nə də ki dostları xoş qarşılayib.  O, öz ünvanına "Sən transseksual şəxsə bənzəyirsən" ifadələrini eşidib. Bu isə ənənəvi Azərbaycanda heç də kompliment sayılmır.

 

Bakıda doğulan Nigar, 3 yaşı olanda valideynlərilə Danimarkaya köçüb. Daha sonra İspaniyaya gələn ailə bu ölkədə bir neçə il yaşayıb.

Sosial şəbəkələrdə Nigarın başqa təxəllüsləri var-  “Queen Kaukasia” və “Niggar Doubble”. 

Skandinaviyanın həyat tərzi ona özünüifadənin şəxsiyyətin bir parçası olduğunu öyrədib. Rəngarəng, parlaq geyimlər, fərqli, amma şən saç  düzümü, onun şəxsiyyətinin bir parçasına çevrilib.

 

 

"Mən pop mədəniyyətini, 80-ci illərin Buffalo tərzini və Spice Girls qrupunun hərarətini çox sevirəm. Öz kumirlərimə oxşamağı sevirəm. Həmişə özümü geyimin köməkliyi ilə ifadə etməyə çalışıram. Anam dəstəklədiyi üçün bəxtim gətirib, amma çox insan məni anlamır. Danimarka mənə özünüinkişafda çox yardım etsə də, orda belə hər zaman özümü tam rahat hiss edə bilməmişəm. Başqaların fikirləri və ya dedikləri mənə heç vaxt maraqlı olmayıb. Bunun da bədəlini ödəmişəm,- heç vaxt əsl dostlarım olmayıb".

 

On il ərzində Naomi iyirmiyə yaxın məktəb dəyişib.

"Hər məktəbdə və hər şəhərdə tərzimə və həyata münasibətimə tamamilə fərqli yanaşıblar", o deyir.

 

16 yaşında Bakıya qayıdan Nigar üçün bu şəhərin çərçivələrinə uymaq çətin olub. O, Azərbaycan Diplomatik Akademiyasına qəbul olub, sonra Azərbaycan Dövlət Neft Universitetinə keçib. Lakin bu universitetlərdən heç birinə marağı olmayıb.

"Rəsm dərslərinə qatılmağa, bijuteriya və keramik heykəllər düzəltməyə daha çox üstünlük verirdim.  Sonra qərar verdim ki, Danimarkada incəsənət üzrə yay məktəbinə gedim. 2015-ci ildə qayıdanda isə anamın istədiyi kimi yox, öz istədiyim kimi yaşamağa qərar verdim", Nigar danışır.

 

Musiqiçilər, rəssamlar və moda professionalları ilə tanış olduqdan və yaxınlaşdıqdan sonra Nigar (Naomi) öz yerini tapıb; O çox sevdiyi videoklipin bir hissəsində yer almaq kimi.

"Klipin çəkilişlərini ciddi qəbul etmirdim. Diana (qrupun solisti) ilə sosial şəbəkədə tanış olduq, Bakıya gəldikdən sonra isə şəxsən görüşə bildik. Dostlaşdıq və o mənə klipində çəkilməyi təklif etdi", Nigar xatırlayır.

 

"Biz sadəcə çimərliyə getmək istəyirdik, çox xoşbəxt və enerjili idim. Dihaj məni ilhamlandırırdı. Düşündüm, "gəlin əylənək". Təsəvvür etmədim ki, bu problem yaradacaq. Bir az şərab içdik, qarpız yedik. 13 yaşımda olanda anamın mənə verdiyi, amma heç vaxt ictimai yerlərdə geyinmədiyim bikinini geyindim", deyir Nigar.

 

Amma ekrandakı bu bir neçə saniyə sosial şəbəkələrdə təhqirlərə səbəb olub. Onu ailəsi və tanışları qınayıb.

"Bu barədə heç kimlə danışa bilmirdim. Heç kim bu mövzuda mənimlə müzakirə aparmaq istəmədi. Üzgün idim, tənha idim,” o deyir.

 

 

Nigar (Naomi) incəsənət sahəsində təhsilini davam etdirmək üçün yenidən Danimarkaya qayıdıb. O, həm də dünyadakı yerini tapmaq istəyir. O yer ki, orada Nigar özü kimi davrana bilər. Avropada o, özünü azad hiss edir, amma bu azadlığı idarə etmək çətindir. Depresiya və şəxsi problemlər vaxtı onu dəstəkləyən anası artıq kənara çəkilib.  

 

"Bakıda mənim hər şeyim, qeydimə qalan və məni sevən ailəm var. Amma özəl məkanım yoxdur. Danimarkada şəxsi həyat, şəxsi məkan çox önəmlidir.  Bütün bu zaman boyunca Bakıdakı ailəmdən asılı idim, indi isə hər şeyə özüm cavabdehəm".  

 

Çayxana
Haqqımızda
|
© Müəllif Hüquqları