Emilin oyun meydançası
Məsuliyyətdən imtina
Baxışlar: 3415

Mal-qara bazarı həftə sonları Emil Məsimovun oyun meydançasına çevrilir. 12 yaşlı Emil hər bazar günü yaşadığı Sabirkənddə hələ dan yeri ağarmamış oyanır və atası Xalidlə birgə Marneuli şəhərindəki mal-qara bazarına yollanır.

Gürcüstanın paytaxtı Tbilisinin qərbində yerləşən və əsasən etnik azərbaycanlıların yaşadığı Marneuli şəhərindəki bazar Emilin yaşadığı kənddən 10 kilometr aralıdadır.

Gecə saat 1-dən günortaya qədər bazarda buzovları, inəkləri daim yoxlamaq, satmaq, saymaq. Bir sözlə gün çox uzun çəkir.

Emilin doğma kəndində heyvandarlıq əhalinin əsas təminat mənbəyidir.

Şənbə günü gecə saatlarından başlayaraq ətraf kəndlərdən insanlar mal-qarasını satmaq üçün Marneuli bazarına axın edir.  

Emil və Xalid Məsimovlar bazarda inəkləri alıb-satmağa çalışır.

Onlar mal-qaranı hələ qaranlıq olanda alır, bir neçə saat sonra isə daha baha qiymətə satırlar.

Onlar ən yaxşı gündə 200 lirəyə qədər (82 dollar) mənfəət əldə edə bilirlər. Bu, ailənin əsas gəliridir.

Beləcə altıncı sinif şagirdi Emil erkən yaşdan yaşamaq üçün pul qazanmağın vacibliyini öyrənməyə vadar olub. Amma o yalnız deyil, bazarda daha çox uşaq gözə dəyir.

2017-ci ildə çəkilən "Oyun meydançası" vaxtından əvvəl böyüməyə məcbur olan uşaqlar barəsindədir.


Gürcüstan İctimai Əlaqələr İnstitutunun "Multimedia Jurnalistika və Media İdarəetmə Məktəbi" ilə birgə


 Iyun 2018, Kimlik

 

Çayxana
Haqqımızda
|
© Müəllif Hüquqları