Prezident şəxsiyyətinin gücü
Məsuliyyətdən imtina
Baxışlar: 1959
Dillər: 

Heydər Əliyevin adına və şəklinə bilbordlarda, şirkət ofislərində, məscidlərdə, hətta neft borularına verilən adlarda, bir sözlə Azərbaycanın hər yerində rast gələ bilərsiz. Lakin bu sadəcə səmimi, yaşlı insanın şəkli və ya Azərbaycan vətənpərvərinin xatirəsi deyil. Bu vətəndaşlara Azərbaycanın özünü necə tanıtdığını göstərir.

Sovet zamanında siyasi liderlərinin portretlərinin divarlara asılması, onlara abidələrin ucaldılması, şeir və kitabların həsr edilməsi adi hal idi. Azərbaycanda bu təcrübə 1991-ci ildə Sovet hökumətinin dağılmasından sonra da davam etdi. Lakin  şeirlər və poemalar artıq iki siyasi liderə - keçmiş prezident Heydər Əliyev və hazırkı prezident İlham Əliyevə həsr edilməyə başlandı.

Rəsmi olaraq "Azərbaycan xalqının ümummilli lideri" adlandırılan, keçmişdə kommunist partiyasının və SSRİ Dövlət Təhlükəsizlik Komitəsi - KQB-nin sədri olmuş Heydər Əliyev 1993-cü ildə müstəqil Azərbaycanın prezidenti seçilmiş və ömrünün sonuna kimi (2003-cü il, 80 yaş) ölkəni idarə etmişdir.

Əliyevin prezidentliyi dövründə bütün ölkə onun şəkilləri ilə bəzədilsə də, doğulduğu Naxçıvan şəhərində onun şərəfinə yalnız bir abidə var idi.

Lakin bu hal 2003-cü ildə onun oğlu 55 yaşlı İlham Əliyev prezident seçildikdən sonra dəyişdi. Əslən Bakıdan olan sosioloq Serqey Rumyantsev hesab edir ki, siyasətdə nisbətən yeni olan oğul Əliyev öz gücünü möhkəmləndirmək üçün atasının şəxsiyyətini kulta çevirib.

“İlhamın nə  atası kimi siyasi bioqrafiyası, nə də onun kimi xarizması var. O, yalnızca atasının oğludur”, o deyir.

Lakin Heydər Əliyevə olan pərəstiş təkcə hökümətin təbliğatı deyil, azərbaycanlıların keçmiş prezidentlərinə olan münasibəti də burada mühüm rol oynayır.

1993-cü ildə Heydər Əliyev post-Sovet Azərbaycanın ilk prezidenti Əbülfəz Elçibəyi əvəz edəndə onun tərəfdarları küçələrə axışmışdı.

Onun hakimiyyəti illərinə Azərbaycan Dağlıq Qarabağda ən vacib rayonlardan birini itirməsinə baxmayaraq, eyni zamanda ölkənin əhəmiyyətli dərəcədə zənginləşməsi və iqtisadi sabitlik də bu dövrə aiddir.

Bundan başqa 1999-cu ildə Əsrin Müqaviləsinin imzalanması da məhz Heydər Əliyevin hakimiyyət illərinə təsadüf edir. Bu müqavilə ilə neft yataqlarının işlənilməsinə başlanılıb.

Sadə azərbaycanlılar Heydər Əliyevin şəklini evlərindən asmaqla hökumətə olan loyallığını göstərə bilər və hətta keçmiş prezidentlə birgə şəklin olması vətəndaşa rəsmilərlə bir çox problemin həllində kömək ola bilər. Bütün bunlarla yanaşı sabiq prezidentə səmimi hörmətdən də bunu edənlər var.

 “Posterlərin yayılması və abidələrin tikilməsi ilə bağlı xüsusi bir qanun yoxdur”, sosioloq Serqey Rumyantsev  deyir.

“Lakin Heydər Əliyevi yada salmağa ehtiyacı var və insanlar bu yolu seçir. Onlar başqa variantlar haqqında düşünmür.”

Ölkədəki hüquq pozuntuları ilə bağlı tənqidlər hər iki Əliyevin üzərinə düşsə də, “ata və oğul Əliyevlərə səs verən insanların olduğunu inkar etmək olmaz”, o əlavə edir.

Bəziləri hətta onun məhşur “Mən fəxr edirəm ki, Azərbaycanlıyam”  sitatını telefon zəngi kimi istifadə edir.

Mərhum prezident Əliyevin özünün belə xatırlanmağa münasibətinin necə olacağı isə sual altındadır. Lakin aşağıdakı qeyd bizə bunları anlamağa kömək edə bilər: “İnsanlar məni sevir. Mən heç nə edə bilmərəm”, BBC-nin məlumatına görə, o,  bunu 2001-ci ildə keçmiş Sovet ölkələrindən olan jurnalistlərə deyib.

Heydər Əliyev deyirdi ki, Gəncə İcra Başçısına zəng edərək onun şərəfinə heykəl ucaltmamağa inandırmağa çalışıb.

“Mən ona zəng etdim və dedim ki, bu lazımsız bir şeydir. O, təkid etdi, lakin mən ona dedim ki, “Mən öldükdən sonra heykəl qoyarsız…”

Belə görünür ki, Azərbaycanda onun arzu etdiyindən də çox heykəl ucaldılıb.

Sumqayıt şəhəri Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzi özünündə Nərimanovun heykəli var, ancaq içərisində Nərimanova aid heç bir plakat yoxdur. Əvəzində Əliyevlərin fotoları var. Sanki mədəniyyət mərkəzini hansı Azərbaycan rəhbərinin şərəfinə adlandırmağa qərar verə bilməyiblər.
Taxta oymaçısı əl işləri arasında Heydər Əliyevin portretini xüsusilə nümayiş etdirir. Onun portreti olan divarda başqa heç bir iş yoxdur.
İlham Əliyevin seçki kampaniyasının sloqanı yazılan “İlhamla irəli” köynəkləri uzun zaman keçsə də, aşağı təbəqənin əynindən düşmür. Qurban bayramı.
Sədərək topdansatış bazarında Türkiyə-Azərbaycan bayraqlarını, prezident və dini şəxsiyyətlərin portretlərini tez-tez görmək mümkündür
Bir çox müasir tipli binalarda, müəssisələrdə Heydər və İlham Əliyevlərin portretlərini görmək adi haldır.
Düzgün seçim müzakirəsi? Sumqayıtda bir supermarket Heydər və İlham Əliyevlərin müzakirə etdiyi portretin qarşısında masa üstü örtüklər satır
Gənc nəsil üçün ilham: Sumqayıt uşaq bağçasında mərhum prezident Heydər Əliyevin karyerasından fotolar nümayış edilir. Şəkillərin başlığında deyilir: "Sumqayıt Azərbaycanın gözəl təcəssümüdür."
Sovetlərə aid olan memarlıq nümunəsi restovrasiya edildikdən sonra Azərbaycanın xəritəsi, bayraq və gerbi ilə birlikdə Heydər Əliyevin də portreti qoyulub.
Heydər Əliyev Qax şəhərinin mərkəzi meydanında gelən-gedəni salamlayır
Heydər Əliyevin pis şəraitdə olan Qax dəmiryolu stansiyasındakı portreti bir insan boyundan, təxminən, 2-3 dəfə böyükdür.
İnsanlar əl işlərində də keçmiş və indiki prezidentlərin və dini şəxsiyyətlərin portretlərinə də hər zaman yer verirlər.
İnsanlar əl işlərində də keçmiş və indiki prezidentlərin və dini şəxsiyyətlərin portretlərinə də hər zaman yer verirlər.
Şəmkir avtovağzalında portret, avtobusda yatan adamlar
Rəsmi dövlət tədbirlərində uşaqlar və böyüklərin əksəriyyəti Heydər Əliyevin şəkli olan döş nişanları taxırlar
Antik əşya və kitab dükanında “Yeni əsrin lideri – İlham Əliyev” və atasının portretləri.
Milli bayramlar və seçkilər kimi əhəmiyyətli ictimai tədbirlər zamanı dövlət televiziya kanalları həmişə mərhum prezident Heydər Əliyevin şəkilini ekranın bir küncündə yerləşdirir
Qısaömürlü olan Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) ilə bağlı yayım zamanı ekranın küncündə mərhum prezident Heydər Əliyevin şəkili

 

Məqalənin məzmununa görə məsuliyyəti müəllif daşıyır. Müəllifin mövqeyi ChaiKhana mövqeyi ilə üst üstə düşməyə bilər.

 

Çayxana
Haqqımızda
|
© Müəllif Hüquqları