Qurbanlıq və onun mahiyyəti
Baxışlar: 2349
Dillər: 

 

Azərbaycanın toy adət-ənənələri müxtəlif mərhələlərdən keçməklə keçmişdən müasir dövrümüzə qədər gəlib çıxmışdır. Etnik qrup və reqionlardan aslı olaraq bu adətlərdə müxtəlif zamanlarda müxəlif dəyişikliklər olmuşdur. Məsələn, əsas toydan əvvəl olan bir sıra toy adətlərində müəyyən inkişaf olmuşdur: ərə gedəcək qızın təqdim olunması, ailəyə “söz göndərilməsi”, elçilik, kəbin (dini nigah), xina və nişan mərasimləri, toy, toydan sonrakı rituallar və s.

 

“Heyvan kəsimi” (qurbanlıq) da əsas toydan qabaq keçirilən adətlərdən biridir. SSR-dən əvvəlki dövrdə bu adət üç gün üç gecə müddətində həyata keçirilirdi. Ritualın qaydalarına görə, heyvan günün altında kəsilə bilməzdi- bu günah hesab olunurdu. Ədətə görə, bəyin ən yaxın dostu quzuya yaxınlaşır və bu sözləri deyirdi, “ ay camaat, bu bıçaq kütdür, kəsmir”. Bəyin anası vəziyyəti başa düşür və ona hədiyyə gətirir.

 

Hal-hazırda bu adət bir sıra reqionlarda mövcuddur. Məsələn, Azərbaycanın Şirvan reqioununda bu adət – heyvan kəsimi gəlinin evində baş tutur. Gəlinin evinin həyətində çadır qurulur və qadınlar ocaqda heyvan ciyəri bişirir. Daha sonra hər iki tərəfin “böyükləri” toplanır və hazır yeməklərdən yeyir. Qohumlar cütlüyün gələcəyini müzakirə edir, onlara müəyyən məsləhətlər verir və sonda oğlan evinin adamları nərd oynamağa başlayır. Reqionlardan aslı olaraq bu mərasimin adı dəyişir. Məsələn, heyvan kəsimi (qurbanlıq), ciyər axşamı, məsləhət axşamı, nərd axşamı və s. Sözü gedən axşamda “böyüklər” qarşıdakı toyu müzakirə edir və kimin nə edəcəyini qərarlaşdırır. Cavanlar arasında vəzifə bölgüsü edilir.

 

Bu adət başlanğıcını haradan götürüb və mənası nədir?

Toydan əvvəl qurban kəsdi mərasimindən əlavə dünya müsəlmanları hər il Qurban bayramını qeyd edir. Etimoloji olaraq, bu da ümümi semit adətlərdən biri kimi sayıla bilər. Qurbanlıq bayramı müasir Azərbaycan təqvimində rəsmi bayram kimi qeyd olunur və islami bayramlardan sayılır. Hər il keçirilən bu bayramda Allahın razılığını qazanmaq və savab işləmək üçün heyvanlar kəsilir. Bu tərzdə bayramlar dünyadakı digər dinlərdə də mövcuddur. Kəsilmiş heyvanın hamısı və ya yarısı digər insanlara paylanılır.  


Rəhilə Qeybullayeva , Azərbaycan Müqayisəli Ədəbiyyat Assosiyasının sədri, professor və tədqiqatçı, "Qurbanlıq və onun mədəni təbəqələri" adlı Tədqiqatında Qurbalığının tarixini və onun ədəbiyyətda transformasiyanı müqayisə edib.

Beləliklə, kurben ( Hurban- Semitic) –hərfi mənada “dağıdılma” deməkdir və b.e.ə. 587-ci ildə Qüdsün Babillər  daha sonra bizim eranın 70-ci ilində Romalılar tərəfindən dağıdılmasına aid edilir. Müsəlman ölkələrinin çoxunda rəsmi bayram kimi qeyd edilən Qurban bayramı müxtəlif mənəvi mənaları özündə daşıyır, məsələn, bu gün ehtiyac içində yaşayanlar yada salınır və Allahın razılığını almaq məqsədi ilə qurbanlıq kasıb ailələrə, qocalar evlərinə və yetimlərə  paylanılır.  Həmçinin iki küsülü insanı barışdırmaq üçün də qurban kəsilir. “Quzu kəsərəm, barışarıq”, ifədəsi də bir növ buna misal ola bilər. Müsəlmanların “Həc” ziyarəti də  Qurban bayramı ilə sonlanır.

 Pasxa bayramı yəhudilərin Misirdən köçürülməsini yad etmək üçün qeyd edilir. Bayramda bir yaşlı quzu kəsilir və matsa (yəhudilərin Pasxa bayramında yedikləri fətir) ilə yeyilir.  İstənilən halda quzu sağlam olmalıdır.

 

Müasir günümüzdə müxtəlif din və mədəniyyətlərdə ritualı izləmək üçün yalnız eyni mənanın fərqli  çalarlarını özündə əks etdirən təsvirlərdən istifadə edə bilərik ki, bu cür təsvirlər də Amerikadan Yaponiyaya qədər dünyanın bir çox xalqlarının mifologiyasında mövcuddur.

 

Qurbanlıq mərasimi incəsənət növlərinə də, məsələn, ədəbiyyata təsir edib. Ədəbiyyatda ritual xarakter daşımır və adətən “qurban edilmə” prinsipinin məğzinə uyğun olaraq qurban bir başqasının xatirinə olur. Məsələn, Viktor Hüqonun “Notrdam qozbeli” romanındakı qurban edilmənin təsviri kimi. ( Rahibin şəhvət hisslərinə təslim olmayan Esmeraldanın cadugər adı ilə qurban edilməsi.)

 

M.F. Axundovun “Aldanmış kəvakib” əsərində münəccimlər şahın başına böyük bədbəxliyin gələcəyini xəbər verir. Və şahı qorumaq üçün sadə kəndli Yusif Sərrac qurban seçilir. Oxşar təsvirə M. Qorkinin “Danko əfsanəsi” əsərində də rast gələ bilərik. Dankonun yanan ürəyi mahiyyətcə başqalarının xilası üçün qurban edilir. Sonda insanlar onların yolunu aydınladan və həyatlarını xilas edən Dankonun qəlbini ayaqları ilə tapdalayır. Bu bir növ İncildə təsvir olunan İsa peyğəmbərə oxşayır. O da özünü insanların xilası üçün qurban edir.  

 

Monoteizmdə nəyin qurban edilməsi (insan və ya heyvan) məsələsi heyvanın insanla əvəz edilməsi ilə öz həllini tapmışdır. Qurbanlıqla bağlı əfsanələrdən biri də İbrahimlə bağlıdır. O, Tanrıya olan sədaqətini sübut etmək üçün öz oğlu İsaq ( Quranda adı İsmayıl) ilə sınağa çəkilir. Lakin Tanrı onun oğlunu qurban etmıəsinə razı olmur və İsmayılın yerinə göndərdiyi quzunun qurban edilməsini buyurur. İslamda qoyunun qurban edilməsi ritualı əslində Qurandakı  mövzusunun əyani  təsviridir.

 

Monoteizmin müqəddəs yazılarında öz əksini tapan digər təsvirlərdən biri də insanların günahlarını yumaq üçün özünü qurban edən İsanin həm də Allahın quzusu olduğunu göstərən hekayədir. “Səhər o, İsanın ona tərəf gəldiyini görüb dedi, “Dünyanın bütün günahlarını öz üzərinə götürən Allahın bu quzusuna, bax!”

 Bundan əlavə  el arasında “quzum mənim” –deyilən və əzizləmə mənasinda işlədilən ifadə də movcuddur. İfadənin əsasən dini hekayələrdəki Qurban mövzusunun bir parçası olmasına baxmayaraq, sözün mənşəyi kimi Latın dilindəki ovis ( qoyun) götürülə bilər. İncildə “quzu” sözü İsa da daxil olmaqla  peyğəmbərlərin (Musa, Davud) əsas statusu kimi göstərilir.

Əgər ərəb dilində Qurban bayramını ifadə edən Tadhiyya sözü  digər dillərdə (Azərbaycan, Qazax, Türk)  tamamiylə fərqli məna daşıyırsa, bu halda bu bayramın əsl müsəlman bayramı olduğunu söyləmək doğru olarmı?

 

Qurbanın əsl mahiyyəti nədir? Müqəddəs sayılan mərasimlər, yazılar bir birindən  fərqli də olsalar da bir mədəniyyət nümünəsi və insan ilə ilahi qüvvə arasında orta nöqtədir . Yeməyini bölüşmək mədəniyyəti monoteist inanclardan uzaq olan Yaponiyada da günümüzə qədər qorunmuşdur. Ölkənin keçmiş paytaxtı Kyoto şəhərinin küçələrində  kiçik evlərə oxşayan məbədgahlarda ərzaq görə bilərsiz.

Müasir dövrümüzdə bu bayramın  əsasən müsəlmanların bayramı kimi tanınmasının əsas səbəblərindən biri mərasimin əyani şəkildə yerinə yetirilməsi və mehrabların tələb olunmamasıdır.

 

Tanrıya uzun illər etdiyi dualardan sonra, ahıl yaşında ata olmuş İbrahimin yeganə oğlunu qurban kəsməsi ilə bağlı hekayə Quranda xatırlanmaqla yanaşı İncildə də öz əksini tapıb. Allah İbrahimin oğlunu quzu ilə əvəz edir və bu dini ayin ilə də moneteist inanclarda insanın qurban obyekti olmasına son qoyulur. Qeyd edək ki, insanın qurban edilməsi ayinləri uzaq keçmişdə bir çox xalqlar  -istər qədim yunanlarla “yolu kəsişən”, istərsə də Haitinin qara dərili sakinləri kimi, yunanlanlardan xəbərsiz olan- arasında geniş yayılmışdı.

 

Muasir insanlar “ağ adamın” qurban kəsmə ayinlərini bədii və digər incəsənət növlərinə köçürtməklə “yaşadır”. Alberto Vaquez –Fiquera-nın İquana romanı və Mel Gibsonun “Apokalipsis” filmi buna misal ola bilər.

 

Muasir sivilizasiyamızdakı insanların arzusunun davamı kimi, fiziki qurban (insan və ya heyvan, adətən quzu) şəxsiyyətin etibarını itirməsi (bir növ qurban edilməsi) ilə əvəz edilib. Bu bir növ real və ya potensial düşmənin məhv edilməsidir. (Avelyanı öldürən Kaini təqlid etmə) “Siyasi cəsəd” ifadəsi  geniş yayılmağa başlayıb. Şərq və qərb nəzərə çarpan fərqliliklərinə baxmayaraq, bu məsələdə bir birindən  çox da fərqlənmir. Fiziki qurbanlığın mənəvi qurbanla əvəz olunması bu prosessin son mərhələsi sayıla bilər. Veqeterianlığın geniş yayıldığı coğrafıyalarda heyvanın da qurban kimi kəsilməsi yolverilməz sayılır. Qədim cəmiyyətlərin araşdırılması bu ayinin mahiyyətini ortaya çıxarır- bu qorxduğumuz və boyun qaçırdığımız, arzuladığımız, niyyət etdiyimiz bir şey ( və ya kimsə)  üçün nəyisə qurban veririk. Bir növ bir şeyi başqa nəyləsə əvəz edirik.

 

Çayxana  Rəhilə Qeybullayevaya xüsusi təşəkkürünü bildirir.

 

Çayxana
Haqqımızda
|
© Müəllif Hüquqları