Sərhədsiz: Erməni ilə Azərbaycanlının sevgi hekayəsi
Məsuliyyətdən imtina
Baxışlar: 6756
Dillər: 

Altmış yaşlı Anjela Rüstəmova 1975-ci ilin həmin gününü hələ də yaxşı xatırlayır. O, Gürcüstanda yaşayan etnik azərbaycanlı sevgilisi Vaqifi düşünür,  onun yaşadığı Ermənistanın Alaverdi kəndinə gələcəyi günü həsrətlə gözləyirdi.

Nəhayət, bərbər işləyən 32 yaşlı Vaqif Rüstəmov Alaverdiyə gəlir və 18 yaşlı Anjelaya evlənmək təklif edir. O, Anjelaya birlikdə yaşayacaqları “xoşbəxt həyat” vəd edir.

Hər iki tərəfin ailəsinin təzyiqlərinə baxmayaraq, onlar evlənir və xoşbəxt yaşayır. Onların sevgi hekayəsi 42 il davam edir.

Rüstəmova öz gənciliyini xatırlayır və qeyd edir ki, azərbaycanlıya aşiq olacağını heç vaxt ağlına gətirməmişdi. Hər iki xalqın keçmişi və fərqlilikləri haqqında çox oxumuşdu. “Ermənistana gəzməyə gələn azərbaycanlı  qonaqlarla hər yerdə-küçədə, mağazalarda,ictimai yerlərdə mübahisə edirdim, çünki çox gənc idim”.

Lakin, bir gün Gürcüstan azərbaycanlılarının tez-tez gəldiyi Alaverdi bazarında Vaqif Rüstəmovu gördükdən sonra hər şey dəyişir.

Onun həyat yoldaşının yaşadığı Sadaxlı kəndi hazırkı Ermənistanla sərhəddə yerləşir. Gənclər bir birinin dilini və dinini öyrənir. Onlar birlikdə yazın gəlişini xəbər verən Novruz bayramını və Erməni Apostol Kilsəsinin Nakatsenendyan Toner bayramını qeyd edirlər. 

Ermənistanda doğulan Anjela Rüstəmova 60, Gürcüstanın Orpeti kəndindəki evində. Onun həyat yoldaşı etnik Azərbaycanlı Vaqif, bir müddət əvvəl ölüb.
Anjelanın hazırda tək yaşadığı evinin həyətində dekorativ güzgü. Azərbaycanlı dostları onu Ayna çağırır.
Anjela evinin balkonunda Vaqifin şəkillərinə baxır.
Anjela və Vaqif Rüstəmovların evliliğinin ilk illərində çəkilən şəkil.

Anjelanın Azərbaycanlı dostları onu “Ayna”  deyə çağırır.  

“İndi Azərbaycan adətlərini özümünkündən daha yaxşı bilirəm,” Rüstəmova deyir. “Evləndikdən sonra gördüm ki, əslində biz bir-birimizə çox oxşayırıq.

Onlar hətta öz aralarında dolma məsələsini də həll edib.

“Hər iki millət dolma və lavaşın ona məxsus olması barədə mübahisə edir. Bizim mədəniyyətimiz və adətlərimiz çox oxşardı”,- Rüstəmova deyir. Ona görə mətbəxt davası etmək gülməlidir.

“Bu yeməyin kimə məxsus olduğu nə üçün bu qədər əhəmiyyətlidir? Bu sadəcə bir yeməkdir.”

1980-ci ildən sonra Dağlıq Qarabağda müharibəsinin başlanması ilə cütlüyün həyatı daha da çətinləşir.  Bəzi Sadaxlı sakinləri Vaqifə arvadını boşasın deyə   təzyiq göstərməyə çalışır, bəziləri Anjelanı Ermənistana göndərməyi məsləhət görür.

“Hətta bir dəfə kəndin nümayəndəsi (icra hakimiyyəti) qapımızı döyüb, boşanmağımız lazım olduğunu dedi,” Rüstəmova bildirir.  Cütlük kənd nümayəndəsinin bu hərəkəti barədə rəsmi orqanlara şikayət etməmək qərarına gəlir.

Zaman keçdikçə kəndlilərin mənə qarşı şübhəsi aradan qalxdı.

“Bizim -birimizdən ayrılacağımızı düşünənlər səhvlərini başa düşdü. Onları qınamıram. Onlar sadəcə bizim birlikdə xoşbəxt olduğumuza inanmırdı. Lakin,  sevgimizin bütün çətin sınaqlardan üzü ağ çıxmağı məni çox sevindirir.

 

Anjelanın Opretidə kiçik mağazası var. Lazımı ləvazimatları həftədə iki dəfə Marneulidən alır.
Anjela Oretidəki evinin qarşısında kofe hazırlayır.
Keçmiş yunan kəndi olan və Ermənistanla sərhəddə yerləşən Orpetinin yollarındakı donuzlar.
Anjela yemək otağında
Anjela Opretidəki evinindən kənardakı ləyəndə qabları yuyur.
Anjela tək yaşadığı evin sobasında su qaynadır.

74 yaşlı, iki ayağı amputasiya olunmuş şəkər xəstəsi, ağciyər serrozundan əziyyət çəkən  ərinin son günlərinə qədər Rüstəmova onu tək buraxmayıb.

Anjela ərinin  ölümündən sonra  da Ermənistana qayıtmır, çünki  Sadaxlıya yaxın Opreti kəndindəki iki mərtəbəli evi ona daha doğmadır. Evin hər yerində Vaqifin şəkilləri asılıb.

“Ermənistana qayıda bilərdim, ancaq getmədim”, o deyir. “Bu evdə Vaqiflə gözəl xatirələrimiz var. Onları tərk edə bilmərəm, mən bu evdə ölmək istəyirəm”.

Onların uşağı olmayıb. İndi Anjela tək yaşayır. Hər gün o, ev işlərini görür, daha sonra meyvə-tərəvəz, siqaret və Gürcü içkisi çaça satdığı zirzəmisinə gedir.

Ərinin xəstəliyinə görə çoxlu borcu olsa da o, yenə də həyata küskün deyil.

“Düzdü, çox çətin günlər idi, amma Vaqif bütün çətinliklərə dəyərdi,” Rüstəmova deyir.

Dağılan Erməni Azərbaycan qarışıq ailələrinə görə çox təəsüflənir.

“Azərbaycanda erməni gəlinlərin olduğunu bilirəm”, o, deyir. “ Onlar ailələrindən imtina edib Azərbaycanda qaldılar. Onlar, öz valideyinlərini, qardaş bacılarını görə bilmir. Olduqca çətin həyatdı”.

Rüstəmova Azərbaycan və Ermənistan televiziyalarına baxır  və onun  sözlərinə görə hər iki tərəfdə yayılan “yalan xəbərlər” iki xalqın vəziyyətini daha da çətinləşdirir.

“Gələcəyə baxmalıyıq və münaqişə sülhlə həll edilməlidir. Heç kim ölməsin, ailələr dağılmasın”.

Öz xoşbəxt evliliyini heç vaxt unutmur. Əri öldüksən sonra heç vaxt yemək bişirməyib. Hər gecə Vaqifi düşünür.

“Onun ölümündən sonra, birlikdə yatdığımız yataq otağına girə bilmirəm. Yataq otağının qapısını bağlamışam.”

Anjelanın  gözlərindən yaş axır.

 

Opreti kəndi Rüstəmovanın vətəni Ermənistanla sərhəddə yerləşir.
Həyat yoldaşının bir neçə ay əvvəl öldüyü evin yemək otağında.
Anjela ailə albomuna baxır
Anjela 42 il evli olduğu əri ilə birlikdə çəkilmiş fotosunu əlində tutub.
Anjela həyətində saxladığı it ilə oynayır.
Həyətində əkdiyi qızıl güllərin arasında
Gürcüstanın Ermənistanla sərhədində yerləşən, keçmiş yunan kəndi Opretinin girişi

 

Text: Nurana Mammad

Photo: Ian McNaught Davis

Editor: Elizabeth Owen

Çayxana
Haqqımızda
|
© Müəllif Hüquqları