“Bu ona görə edilir ki, yağın altına rəng keçməsin. Kələğayı rənglənəndən sonra, yağlar qaynar suda yuyulur. Bu iki rəngli kələğayılar üçün vacibdir. Kələğayılar dörd-beş, hətta səkkiz rəngdə ola bilər. Rəngləri isə özümüz istehsal edirik”.
“Alver zəif gedir. Baramaçılığın bərpasına başlamaq haqqında danışırlar, amma bunun nə vaxt baş verəcəyi haqqında dəqiq vaxt deməyiblər. Keçən ilə qədər Şəkidə ipək şirkəti var idi, indi ora dayanıb. Bu orada işləyən fəhlələr daxil, hamıya ziyan vurdu. Rəhbərliyin dəstəyi olmasa çox çətindir”.
“Axır vaxtlar xaricilərin də marağı artıb. Kələğayı 2014-cü ildə UNESCO-nun mədəni irsi siyahısına daxil edildi. Turist mövsümündə isə işlərimiz, xüsusilə yaxşı gedir”.
“Bu çox çətin və ağır sahədir, çünki bütün proses əl işidir. Üstəlik də daimi iş olmur, kimisə işlətmək və öyrətmək üçün iş olmalıdır. Xüsusi dövlət tədbirləri və şənliklər olanda sifariş gəlir”.
“Necə ki xalçalarımız sintetikə keçdi, kələğayılar da eləcə. Çinlilər nümunəni götürüb, ona uyğun istehsal edirlər, təbii ki, onlar ipək deyil”
“Kələğayı naxışlarının müəyyən sistemi var və onu hazırlayan hər kəs o sistemə riayət etməlidir. Kələğayının üzərindəki naxışlar kainatın və dünyanın quruluşunu təsvir edir. Örpəyin kənarındakı haşiyə dağ anlamındadır, bu insanları qoruyur. Ortadakı haşiyə isə o biri dünyanı təsvir edir və naxışlardan göründüyü kimi, o dünya indikindən daha rəngli və mürəkkəbdir”.