Patriarxal cəmiyyətdə əksər qadınların həyat hekayələrinin mərkəzini səssizlik təşkil edir. Belə cəmiyyətdə qızlar erkən yaşlardan susdurulur. Halbuki danışa bilmək, eşidilmək bir icmanın həyatında böyük əhəmiyyət kəsb edir. Qadınların səsi bəzən bütün əngəlləri dağıda bilirsə, qadınların səssizliyi həyatı onlar üçün zindana çevirir.

Yəmən rəssamdır, hələ uşaqkən qohumlarından biri tərəfindən incidilərək susqunluğa məruz qoyulub. Daha sonra yetkin yaşlarında həmin hadisənin travmatik nəticələrini özündə müşahidə edib. Bu travma - özünü ifadə etmək qorxusu onu məktəb illərində də, universitet dövründə də müşayiət edib, insanlarla danışmaq, kommunikasiya qurmaq zamanı qorxuları ortaya çıxıb. Və bir gün Yəmən bunları başa düşdükdən sonra özünə inamını qaytarmaq üçün mübarizə aparmağa başlayıb.

“Danışma!” qorxularla manipulyasiya edilmiş Yəmənin poetik portretidir.


buraxılış

QORXU

DONASI

Sonrakı mövzu